Gəncənin deputatı: Dünənki aksiyada iştirak edənlər Gəncə sakinləri deyil

Gəncənin deputatı: Dünənki aksiyada iştirak edənlər Gəncə sakinləri deyil"Dünən Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında ekstremist dini radikal təmayüllü şəxslər qeyri-qanuni aksiya keçirməyə cəhd ediblər. Qeyri-qanuni aksiyanın qarşısının alınması zamanı Gəncədə 2 yüksək rütbəli polis zabiti şəhid olub. Yüksək rütbəti zabitlərin həlak olması və Gəncədə keçirilən qeyri-qanuni aksiya bütün Azərbaycan xalqı tərəfindən pislənilir və lənətlənilir. Mən bu hərəkətləri törədənlərin, təşkilatçılarının, arxasında dayanan qüvvələrin, müxtəlif sosial şəbəkələrdə və saytlarda çağırışlar edənlərin hamısının tapılmasını, aşkar olunmasını və cəzalandırılmasını müvafiq qurumlardan tələb edirəm".

Sonxeber.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Musa Quliyev dünən icra hakimiyyəti qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, bu hadisə təkcə Gəncəyə vurulan zərbə deyil:

"Bu, Azərbaycan dövlətçiliyinə vurulan bir zərbədir. Azərbaycanı güclü dövlət kimi və inkişafını görmək istəməyən qüvvələrin məkirli niyyətinin Gəncədə təzahürüdür. Hesab edirəm ki, dünənki hadisələrdə Gəncə sakinlərinin bu zorakılıq aksiyasına qarşı çıxması, heç bir dəstək verməməsi və pisləməsi bir daha onu göstərdi ki, bütün Azərbaycan xalqı və Gəncə sakinləri bu qanunazidd dini radikalizm hərəkətini pisləyir, bunu törədənlərə ən ağır cəzaların verilməsini tələb edir. Mən sizin saytınız vasitəsilə Azərbaycandakı bütün siyasi qüvvələrə, partiyalara, Qeyri-Hökumət Təşkilatlarına, dini qurumlara müraciət edirəm ki, hər kəs öz rəsmi mövqeyini ortaya qoysun və dövlətçiliyi dəstəkləsin.

Şübhəsiz ki, Azərbaycan dövləti güclüdür. Belə niyyətli insanların heç vaxt Azərbaycanda öz məqsədlərinə çatmasına dövlətimiz və əhalimiz imkan verməyəcək. Amma ölkədə sabitliyi pozmaq, insanları xof və qorxu altında saxlamaq istəyən və bu niyyətdə olan başqa qüvvələrin də olması istisna deyil. Hesab edirəm ki, qısa müddət ərzində hüquq-mühafizə orqanlarımız bütün bu işin təşkilatçılarını, günahkarlarını, iştirakçılarını aşkara çıxaracaq. Düşünürəm ki, sosial şəbəkələrdə, saytlarda bu məsələ ilə bağlı "fəallıq" göstərən, çağırışlar edən hər kəsin məsuliyyəti ortaya qoyulmalıdır. Əgər lazım gələrsə, həmin saytlar və sosial şəbəkələr nəzarət altına götürülməlidir. Hesab edirəm ki, öncə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin törədilməsi və həmin hadisənin ardınca belə bir qeyri-qanuni aksiyanın törədilməsi və hadisə nəticəsində 2 yüksək vəzifəli polis zabitinin şəhid olması bizi daha da ayıq-sayıq olmağa çağırır".

Musa Quliyev bildirib ki, dünənki qeyri-qanuni aksiyada iştirak edənlər Gəncə sakinləri deyil:

"Bu hadisə heç şübhəsiz ki, əvvəlcədən hazırlanmış, təşkil olunmuş və düşünülmüş bir hərəkətdir. Hazırda hadisə ilə bağlı istintaq aparılır. Yəqin ki, qısa zaman kəsiyində istintaqın nəticələri elan olunacaq. Bu hadisənin Gəncə sakinlərinin adına yazmaq və bağlamaq böyük günah olar. Burada müxtəlif düşərgələrdə təlim keçmiş və radikal yönümlü, ölkənin sabitliyini pozmaq və iğtişaş törətmək istəyən şəxslər iştirak ediblər. Onlar müxtəlif ölkələrdən də, bölgələrdən də ola bilərlər. Amma onların heç birinin Gəncəyə və Azərbaycana aidiyyatı yoxdur. Hesab edirəm ki, bu qeyri-qanuni aksiyada başqa bölgələrdən də olan insanların iştirak etməsi mümkündür. Bütün bunlar istintaqın gedişində aydınlaşacaq".

Deputat hazırda Gəncədə olduğunu da bildirib.

"Hazırda Gəncədəyəm. Şəhərdə tam sakitlik və sabitlikdir. Bütün dövlət qurumları, şəhər əhalisi, mağazalar və bazarlar işini əvvəlki kimi davam etdirir. Şəhərdə heç bir problem yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3508   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021