Xalq artistinin ölümqabağı həkimdən son istəyi - Dostu gizlinləri açdı

Xalq artistinin ölümqabağı həkimdən son istəyi - Dostu gizlinləri açdıSon filmini çəkə bilmədi, əcəl aman vermədi, amma milli kinomuza "Tütək səsi", "Ad günü", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq", "Təhminə", "Otel otağı" kimi sevilən filmlər bəxş etdi. Xalq artisti, tanınmış rejissor Rasim Ocaqovun xatirə günüdür.

Unudulmaz rejissoru yaxın dostu, rejissor Əbdül Mahmudbəyli ilə yad edəcəyik.

– Bu gün Rasim Ocaqovun xatirə günüdür. Yaxın dost kimi onun yoxluğunu daha çox hansı məqamda hiss edirsiniz?

– Hər məqamda və hər yerdə onun yeri görünür. Rasimin çəkdiyi filmlər Azərbaycan mili kinosunun inciləridir və o filmlər 20-ci əsr kinosunda xüsusi mərhələ təşkil edir.

– Bəzi rejissorlar var ki, özündən başqa heç kimi bəyənmir. Ocaqovun sevimli rejissoru var idimi?

– Ocaqov Həsən Seyidbəylini yüksək qiymətləndirirdi. Həmişə deyirdi ki, Seyidbəyli böyük rejissordur.

– Sevimli aktyorları da vardı?

– Ocaqov filminə bəyəndiyi və inandığı aktyorları çəkirdi. Fəxrəddin Manafov başda olmaqla filmlərində rol alan bütün hər kəs onun sevimli aktyorları idi.

– Sevilən, sözükeçən, hörmətli insan olub…

– Elədir, amma bir dəfə də olsun kiməsə ağız açmayıb. Hansı ki, nazirlərin yanında belə hörməti vardı. Bir kəlmə sözü ilə böyük bir problemi həll etməyə qadir idi. Amma Ocaqov köhnə kişilərdən idi, özünə hörmət etməyi bacarırdı.

– Deyilənə görə rejissor pultu arxasında çox sərt, tələbkar olub. Maraqlıdır, həyatda necə bir insan idi?

– Çox həssas, insanpərvər, duyğusal idi. Dost məclislərimiz olurdu, qəpiyəcən hesabı özü verirdi. Əlimizi cibimizə salmağa qoymazdı. Müəllifini unutduğum misralar vardı: "Gözlərim gözlərinə gözləyirəm, gözlə dedi, Sevgisin, məhəbbətin sözlə deyil, gözlə dedi". Bir-iki qədəh içəndən sonra onu deyirdim. Onun da çox xoşuna gəlirdi. Həmişə duyğulananda mənə deyirdi ki, Şeyx, o şeiri söylə.

– Aktrisa Xalidə Quliyeva bizə demişdi ki, reanimasiyada həkimdən son xahişi siqaretlə bağlı olub…

– Hə, elə olub. Reanimasiyada halı üstündə olmayanda həkimə deyib, mənə siqaret verin.Yanımda həkim ona dəfələrlə dedi ki, siqaret çəkmək qəti qadağandır. Həkimə dedi ki, mən 70 ildir o kişi ilə dostluq edirəm, indi ona xəyanət edə bilmərəm. Bizə də deyirdi ki, mən siqaretdən ləzzət alıram, ləzzət aldığım şeydən niyə imtina etməliyəm ki? Məzar daşında da siqaretlə olan fotosunu həkk ediblər..

– Son görüşünüzü xatırlayırsınızmı?

– Ölümündən bir gün əvvəl Kinostudiyaya gəlmişdi. Liftin qabağında qəfildən halı pisləşdi, hay-həşir düşdü, onu xəstəxanaya çatdırdılar. Yadımdadır ki, halı pisləşəndə də əlindəki siqareti tullamamışdı.

– Həyata keçməyən arzuları vardımı?

– Ocaqov hər zaman film çəkmək arzusu ilə alışıb-yanıb. Son arzusu da elə film çəkməklə bağlı idi. Rüstəm İbrahimbəyov ona bir ssenari təqdim etmişdi, amma bəyənməmişdi. Dedi ssenaridə dəyişiklik olsun, sonra baxaram. Son filmini çəkmək üçün əcəl ona aman vermədi.

yenicag


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3206   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021