Gəncə təxribatının arxasında dayanan güc – Keçmiş nazirdən ilginc iddialar

Gəncə təxribatının arxasında dayanan güc – Keçmiş nazirdən ilginc iddialarGəncədə öz vəzifəsinin icrasını həyata keçirən polislər cinayətkarlar tərəfindən qətlə yetirildi. Bir neçə gün əvvəl Gəncə icra hakimiyyətinin başçısına qarşı həyata keçirilmiş sui-qəsd cəhdində olduğu kimi bu dəfə də cinayətkarları "qəhrəman" kimi təqdim etməyə çalışanlar var. Xüsusilə də radikal şiəliyin təbliğatında istifadə edilən ifadələrdən istifadə edərək, cinayətkarları "məzlumların hüquqlarının müdafiəçiləri" kimi təqdim edirlər. Bu, ideoloji model İranın inqilabçı ideologiyasına oxşayır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş nazir baş verənlərdə İranın adının hallandırılmasına da diqqət çəkib:

"Yaranan təəssürat budur ki, İran rəhbərliyindəki bəzi radikal dairələr Azərbaycanda sabitliyin pozulmasında maraqlıdır, onlar ölkəmizdə məzhəb qarşıdurmasının yaranmasına çalışırlar. Lakin əminəm ki, istintaq bu işin əsl icraçılarını üzə çıxaracaq.

Müstəqilliyin ilk illərindən bu yana Azərbaycan və İran arasında tənzimlənmiş davranış qaydaları var idi. Onu da belə ifadə etmək olardı, biz daxili işlərinizə qarışmırıq, siz də öz ideologiyanızı ölkəmizdə yaymırsınız. Bu qaydalar uzun illərdir qüvvədədir. Lakin İran rəhbərliyindəki bəzi qüvvələrin bu qaydaları pozmağa çalışdığını və Gəncə hadisələrinin bunu əks etdirdiyini sübut edir. Dəfələrlə iranlı rəsmilər və diplomatlarla görüşümdə bildirmişəm ki, Azərbaycan İranla mehriban qonşuluq münasibətlərinin qurulmasında maraqlıdır".

Tofiq Zülfüqarov hesab edir ki, Gəncə şəhərində baş verən hadisələrdə daha çox İrana bağlı qüvvələr önə çxır:

"Bunun səbəbi Azərbaycanla bağlı deyil. Bu, ABŞ tərəfindən İrana edilən təzyiqlərin nəticəsində ortaya çıxıb. Digər yandan, bir sıra Qərb dövlətləri və İsrailin təzyiqləri atında olan İran rəhbərliyindəki irtica dairələri Azərbaycana qarşı açıq düşmənçilik aparmağa sövq etdi.

Həqiqətən Azərbaycan öz ərazilərindən xarici qüvvələrə İrana qarşı istifadə etmək üçün icazə vermək niyyətində deyil. Azərbaycan dəfələrlə öz ərazisindən istənilən xarici qüvvələrin anti-İran fəaliyyətini həyata keçirməyə imkan verməyəcəyini bəyan edib. Əgər İranın rəhbərliyi Gəncə şəhərində Azərbaycan dövlətinə qarşı təxribat törətmiş qüvvələri neytrallaşdırmırsa, buna yenidən baxıla bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2973   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ermənistanın havadarı olan ölkələr sülh məsələsinin həll olunmamasına çalışırlar" - Politoloq

Ermənistan mətbuatında Nikol Paşinyan bu gün Tavuş marza səfər edəcəyi bildirilib. Ermənistan hökumət səfərin təfərrüatlarını açıqlamayıb. Paşinyanın Azərbaycanla sərhəd olan əraziyə gəlməsinin səbəbi nə ola bilər? Sərhədlərin delimitasiyasına necə təsir göstərə bilər ?. Məsələ ilə bağlı politoloq Tura

18 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:. "Möhtərəm Mehriban xanım,. Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətil

22 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:. "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18 mart
.

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinya

19 mart