Artıq çəkili polislər işdən çıxarılacaq

Artıq çəkili polislər işdən çıxarılacaqHindistanda polislərə arıqlamaq tələbi irəli sürülüb. Xarici KİV xəbər verir ki, artıq çəkidən azad olmayan polislər işlərini itirə bilər. Karnataka əyalətində yerləşən polis şöbəsində qoyulan bu qaydanın tətbiqinə səbəb son 18 ayda 100-dən çox polisin artıq çəkinin yaratdığı xəstəliklər səbəbilə ölməsidir.

Şöbə rəisi Bhaskar Rao polislərin sağlamlığına görə narahat olduqlarını, onların qızarmış yeməklərə, içki və siqaretə üstünlük verdiklərini dilə gətirib.

14 min nəfərin işlədiyi şöbədə artıq çəkidən əziyyət çəkənlərə arıqlamaqda kömək ediləcək. Bunun üçün yoqa, üzgüçülük və s. idman qruplarının yaradılması planlaşdırılır.(Qaynarinfo)

Dünyada   Baxılıb: 1076   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR