"Ora gələnlərin əksəriyyəti sıravi əhalidir" — İcra başçısı dağ başında keçirdiyi görüşdən DANIŞDI
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev ucqar dağ kəndində əhali ilə keçirdiyi görüşün sosial şəbəkələrdə maraqla qarşılanmasından danışıb.
Sonxeber.az-ın məlumatına görə, Ə.Abıyev "Ölkə.Az"-a açıqlamasında bildirib ki, həmin yer Çovdar kəndidir və rayon mərkəzindən 27 kilometr uzaqlıqda yerləşir:
"Həmin kənd dəniz səviyyəsindən 18 kilometr yüksəklikdə yerləşir. Prezident Administrasiyasının tapşırığı ilə yerlərdə bu cür görüşlər keçiririk, əhalinin problemlərini yerindəcə həll edirik. Kimin nə problemi varsa, bacardığımız qədər köməklik göstəririk. Camaat da bu cür görüşlərdən çox razılıq edirlər".
İcra başçısı qeyd edib ki, sözügedən görüşlər formal xarakter daşımır:
"Mənim əhali ilə keçirdiyim bütün görüşlər bu cür səmimi şəraitdə baş tutur. Adətən bu cür görüşlərdə mənimlə bərabər rayonun polis rəisi və prokuroru da iştirak edir. Görüşlərdə iştirak edən insanların əksəriyyəti sıravi əhalidir. Yəni, görüşlər formal xarakter daşımır. Cənab prezident də hər zaman bildirir ki, biz icra başçıları əhali ilə yaxından işləyək, onların içərisində olaq, problemləri ilə yaxından maraqlanaq və sairə. Mən də cənab prezidentin bu tapşırığına uyğun olaraq əlimdən gələni edirəm ki, əhalinin dövlətimizdən narazılığı olmasın. Sağ olsun, Daşkəsən camaatı da ölkə başçısının siyasətini tam dəstəkləyir, daim dövlətimizin yanındadırlar".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1446 Tarix: 12 iyul 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşƏməkdar məşqçi vəfat etdi
Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd
19 aprelÇoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF
Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri
19 aprelBakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?
Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə
19 aprelÖvladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi
Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü
19 aprelUşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"
19 aprelAbel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi
19 aprelAzərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin
19 aprel