Heç kim bizi tutduğumuz yoldan döndərə bilməz

Heç kim bizi tutduğumuz yoldan döndərə bilməzAzərbaycanın dövlət başçısı İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə Gəncə hadisələrinə çox konkret, sərt, qətiyyətli mövqe nümayiş etdirdi. "Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz, tutduğumuz yoldan heç kim döndərə bilməz" söyləyən İlham Əliyev eyni zamanda Azərbaycanda siyasi və ictimai stabilliyi pozmaq istəyən, ölkədə xaos və anarxiya yaratmaq, sonra da dini şüarlarla cəmiyyəti radikallaşdırmağa çalışan, xaricdə olan qüvvələrə yetərincə sərt mesajlar ünvanladı.

Dünən dövlət başçısı İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Heç kim bizi tutduğumuz yoldan döndərə bilməzİyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi, iyulun 10-da isə şəhərin mərkəzi meydanında iki yüksək rütbəli polis zabitinin qətlə yetirilməsini dövlətimizə qarşı törədilmiş cinayətlər təki dəyərləndirən dövlət başçısı deyib: "Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak oldu. Yaralanan vətəndaşlarımız da var, onlardan biri də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara Allah şəfa versin".

İ.Əliyevin sözlərinə görə, bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir: "Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib".

Dini şüarlar altında törədilmiş sözügedən terror aktları həm də özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir.

"Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir" söyləyən İ.Əliyev ötən il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu, İslam Həmrəyliyi Oyunları keçirildiyi, habelə bu il Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olduğunu və bir neçə il əvvəl Bakı şəhərinin bu şərəfli ada layiq görüldüyünü xatırlatdı.

Müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanda dini sahədə görülən işlərə ən yüksək qiymət verdiyini də vurğulayan Azərbaycan Prezidenti dövlətimizin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına tarixi-dini abidələrimizin tam bərpa olunduğunu, yenidən qurulduğunu, yeni məscidlər tikildiyini bildirib.

Bütün Azərbaycan xalqının bu qanlı cinayətləri birmənali olaraq pislədiyini və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdiyini xüsusilə vurğulayan İ.Əliyev daha sonra deyib: "Yəni, bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır".

Heç kim bizi tutduğumuz yoldan döndərə bilməzAzərbaycanda xalqla hakimiyyət arasında inamsızlıq yaratmaq, ölkəni dini şüarlarla pərdələnmiş təxribatlar və teraktlar vasitəsilə xaos, vətəndaş müharibəsi burulğanına sürükləmək istəyənlərə isə dövlət başçımızın mesajı aydın, konkret və sərt oldu: " Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək".

O, dövlətimizin öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetiridiyi bildirərək cinayətkar dəstənin zərərsizləşdirildiyini, əməliyyat-axtarış işlərinin davam etdirildiyini deyib: "Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq".

Prezident İlham Əliyev xatırlatdı ki, müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilib, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd olub: "Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz.

Azərbaycanın siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq".

Dövlət başçısı bir daha xatırladıb ki, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir.

Hazırda dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir.

Prezident İlham Əliyev dedi: "Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi".

Dövlət başçısı həm də Azərbaycana qarşı qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyasından da bəhs etdi.

Bunun heç bir səmərəsi olmadığını vurğulayan İlham Əliyev dedi: "Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir".

Heç kim bizi tutduğumuz yoldan döndərə bilməzAzərbaycan prezidentinin çıxışında diqqət çəkən əsas məqam odur ki, Gəncdəki hadisələr birmənalı olaraq din pərdəsi altında ekstremizm və terrorizm qismində dəyərləndirməklə yanaşı, bu cəhdlərin arxasında xarici qüvvələrin durduğuna işarə vurulub.

"Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var", - dövlət başçısı deyib.

Heç kim bizi tutduğumuz yoldan döndərə bilməzEyni zamanda prezident bəyan etdi ki, xalqın və dövlətin təhlükəsizliyinin tam təminatı ölkə siyasətinin leytmotivini təşkil edir: "Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik".

Milli.Az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5132   Tarix: 14 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

Sabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli

29 mart
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28 mart