"Düşmənin yeni təxribatları gözlənilir" - Polkovnik

"Düşmənin yeni təxribatları gözlənilir" - PolkovnikErmənistan tərəfi Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar zamanı, müəyyən beynəlxalq tədbirlər ərəfəsində cəbhə bölgəsində gərginlik yaratmağa, təxribatlar törətməyə cəhd edir. Son günlər ölkəmizdə yaşanan hadisələrdən istifadə edən düşmənin kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü-1984-cü il təvəllüdlü Karen Kazaryan əsir götürülüb.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, düşmənin təxribata əl atması bizim üçün gözləniləndir, çünki Ermənistan tərəfi bundan əvvəl də dəfələrlə diversiya hücumlarına cəhd göstərib. Polkovnik qeyd edib ki, sonuncu təxribatda məqsədin nə olduğu əsir götürülən Kazaryanın dindirilməsindən sonra bilinəcək.

"Cəbhə bölgəsindəki şərait nəzarət altındadır. Paşinyanın sərt çıxışlarından və oğlunu Dağlıq Qarabağa göndərilməsi ilə bağlı bəyanatından sonra cəbhə bölgəsində sakitliyin müəyyən şəkildə pozulması müşahidə olunurdu. Hətta onların Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri Azərbaycanın hücumunu gözləmədən aktiv şəkildə döyüşlərə başlamaqla bizi masa arxasına oturmağa məcbur etmək kimi çıxışlar edirdilər. Bunun fonunda cəbhə bölgəsində hansısa diversiya qruplarının işləyəcəyi gözlənilən idi. Amma Azərbaycanın müdafiə naziri Zakir Həsənov, nazirliyin rəhbərliyi daim cəbhə bölgəsindədir. Hər bir istiqamətdə gücləndirmə ilə bağlı tədbirlər görülür. Yeni alınan kəşfiyyat və müşahidə avadanlıqları yerləşdirilir. Ona görə də Qazax istiqamətində baş verən diversiyanın qarşısı alınıb, onlardan biri əsir götürülüb. Hazırda cəbhə bölgəsində vəziyyət silahlı qüvvələrimizin tam nəzarəti altındadır".

Ehtiyatda olan polkovnik qeyd edib ki, düşmənin yeni təxribatları gözlənilir: "Biz düşmənin növbəti təxribatlarını gözləyirik. Ordumuz istənilən təxribatın qarşısılı almağa tam hazırdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1121   Tarix: 16 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə

27 iyun 2021