Azərbaycanda maşın nömrələri ilə bağlı MÜHÜM YENİLİK: bundan sonra...

Azərbaycanda maşın nömrələri ilə bağlı MÜHÜM YENİLİK: bundan sonra...Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq.

Sonxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bilddirib ki, 001, 100, 111, rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur:

""Dövlət rüsumu haqqında" Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq.

Eyni zamanda adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artıq 35 manat olacaq.

Qanun bu gün dərc edilsə də, hələ tətbiq edilə bilməyəcək, çünki yeniliklərin tətbiqi üçün həm "Yol hərəkəti haqqında" Qanuna da dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir".

Sosial   Baxılıb: 7572   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR