Telman Adıgözəlovun vəfatıyla bağlı şok fakt: "Onu öldürdülər" - VİDEO

Telman Adıgözəlovun vəfatıyla bağlı şok fakt: "Onu öldürdülər" - VİDEOBugün xalq artisti, bənzərsiz aktyor Telman Adıgözəlovun doğum günüdür.

Sənət dostu, əməkdar artist Hicran Nəsirova aktyorla bağlı xatirələrini Yenicag.az-a bölüşüb:

"Telman olduqca şux, həyatsevər bir insan idi, heç vaxt ölüm barədə düşünməzdi. Zarafatcıl insan idi. Biz tamaşa oynayanda pərdə arxasında dayanıb bizi güldürürdü. Amma qəribədir ki, bu cür pozitiv insan çox kövrək idi. Doğum günlərində həmişə gözləri dolurdu. Anası dünyasını dəyişmişdi. Həmişə ondan danışanda ağlayırdı. Onun yanında ana barədə mahnı oxuyan kimi gözünün yaşını sel kimi tökərdi. Xəstəliyini vaxtında özünə desəydilər, heç ölüm onu vaxtsız aparmazdı. həkimlərdə günah olub. "Evləri köndələn yar" tamaşasının ikinci hissəsi çəkilirdi. Aeroport yolunda çəkilişimiz oldu. Telman maşın sürürdü, mən də yanında oturmuşdum. Dedi ki, Hicran qolum çox ağrıyır. Dedim get həkimə, özünü yoxlatdır. Dedi getmişəm, həkimlər "osteoxondroz" diaqnozu qoyublar. Dedim əşşi, nə "osteoxondroz", yəqin ürəyində problem var. İnfarkt da keçiribmiş. Təsəvvür edin, infarkt keçirən adamı "osteoxondroz" diaqnozu ilə massaj ediblər. Demək ki, onu həkimlər öldürdülər".

Aktrisa onun toydan gələndən sonra, gecəyarısı həyatla vidalaşdığını xatırlayıb:

"Həmin gün toydan gəlib, keçib yerində uzanıb. Qızı mətbəxə keçəndə atasının otağında xırıldadığını görüb. Yaxınlaşıb, həkim çağırıblar, amma gec olub. Ölüm ona heç yaraşmırdı. Çox dostcanlı adam idi. İşdə kiminsə problemi olanda qabağa düşüb həll edirdi. Vaxtsız ölümü ilə dostlarını da yandırıb yaxdı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 5655   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Niftulla Əsgərov vəfat etdi

Əməkdar artist Niftulla Əsgərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb

22 yanvar
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21 aprel
.

Xalq artisti Elgiz Əkbərdən niyə incidi?

Martın 10-da Xalq artisti Naibə Allahverdiyevanın yubiley tamaşası keçirilib. Naibə Allahverdiyeva tamaşaya aparıcı Elgiz Əkbəri dəvət etsə də, aparıcı tamaşaya gəlməyib. Elgiz Əkbər öz proqramında Naibə Allahverdiyeva ilə canlı bağlantı quraraq, efirdə ondan üzr istəyib. -a açıqlama verən aktrisa incikliyin

13 mart
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

"Azərbaycanlı rolunu oynadım, hamı məni "Ay balam" çağırdı" - Türkiyəli aktyor

Türkiyəli kino aktyoru Ruhi Sarı azərbaycanlı rolunu ifa etməsi barədə danışıb. -ın -a istinadən xəbərinə görə, 2002-2003-cü illərdə ekranlara çıxmış "Yarım elma" adlı serialda azərbaycanlı Huşəng rolunu canlandıran aktyor bu rola görə problemlər yaşadığını bildirib. "Dedilər azərbaycanl

25 yanvar