Marsda canlı həyat məhv olub — NASA-dan ŞOK AÇIQLAMA

Marsda canlı həyat məhv olub — NASA-dan ŞOK AÇIQLAMAMars planetindəki canlı həyatın mövcudluğu bu gün də alimləri çox maraqlandırır.

Sonxeber.az "Ölkə.Az"a istinadla xəbər verir ki, 2012-ci ilin 27 sentyabr tarixində NASA alimləri sensasion açıqlama veriblər. Məlum olub ki, NASA-nın Marsdakı aparatı Qırmızı planetin səthində qurumuş çayın izlərini aşkar ediblər. Çay bir neçə yüz min il əvvəl quruyub. Bu çay "Geyla" krateri yaxınlığındadır. Çayın mövcudluğu qədim dövrdə Marsda canlı orqanizmin olduğuna dəlalət edir. Bəs görəsən Marsda milyon il əvvəl nə baş verib? Hansı qlobal fəlakət planeti cansız səhraya çevirib? Bəlkə nə vaxtsa Qırmızı Planetdə mövcud olan canlılar planetin dərinliklərində gizlənib?

Marsdan əldə edilən məlumatları tədqiq edən alimlər müəyyən ediblər ki, 800 min il əvvəl nəhəng kosmik cism Marsın atmosferini və planetin səthini dağıdıb. Bunun nəticəsində isə Qırmızı Planetin maqnit qütbləri dəyişib. Maqnitosfer yoxa çıxıb. Bu isə planeti öldürücü kosmik şüalanmadan qoruyurdu. Belə şəraitdə isə canlı orqanizmlər Mars səthinin dərin qatlarında gizlənərək sağ qala bilərdilər.

Aralarında 68 milyon km məsafə olan Mars və Yer planetləri ümumi sirli əlaqəyə sahibdirlər. Hər iki planet Günəşdən optimal həyat qurşağında yerləşir. Yəni, canlı orqanizmlərin yaranması üçün əlverişlidirlər. Hər iki planet demək olar ki, eyni astronomik parametrlərə sahibdir. Kainatdakı digər planetlərdən fərqli olaraq təkcə Marsda və Yerdə maqnit sahəsi var. Məhz bu sahə planetimizi kosmik radiasiyadan qoruyur. Hər iki planetin atmosferi eyni qazlardan təşkil olunub. Təkcə Yer planetinin atmosferində oksigen qazı var.

Hətta planetlərin relyefləri də oxşardır. Dağlar, düzənliklər, çaylar və dənizlər. Sadəcə bizim planet bioloji həyatın mənbəyi olan su ilə doludur. Qırmızı planetdə isə qurumuş çaylar və nəhəng dağların zirvələrində buzlar var. Nəhəng "Ellada" kraterinin analizi sübut edib ki, bu krater nəhəng səma cismi ilə toqquşmadan yaranıb. Kosmik görüntülər isə buz şəklində suyun mövcudluğunu sübut edib.

Bütün məlumatlar sübut edib ki, Mars planetində həyat məhv olub. Dəhşətli fəlakətlər planetdə həyat beşiyini dağıdıb. Hətta güclü zərbədən planetin peykinin trayektoriyası da dəyişib. Qum fırtınaları isə dəmir və daş dağıntıların üzərində tüğyan edir. Bu dağıntılar isə şəhəri xatırladır.

Marsın kosmik peyklərindən əldə edilən fotolar isə burada nə vaxtsa yüksək inkişaf etmiş sivilizasiyanın mövcudluğundan xəbər verir. Fotolarda silindir formalı obyektlər var və bu obyektlər təbii yollarla yarana bilməz. Bundan başqa bu obyektlər bir neçə kilometr uzunluğu olan düz novlarla birləşdirilib. Yüzlərlə alim bu məsələ üstündə baş sındırır.

Marsın Sidoniya regionunda peyklərin köməyi ilə onlarla piramida formasında binalar kəşf edilib. Onlardan bəzisi 500 metr hündürlükdədir. Kənarların uzunluğu isə 2 kilometrə çatır. Bu ölçü isə Misir piramidalarından 10 dəfə böyük deməkdir.

Marsdakı tikililər planetin şimal qütbündə inşa edilib. Bu binalar düz bucaq altında yerləşir. Piramidaların yanında isə Mars Sfinksinin üzü yerləşir. Onun isə ölçüsü kilometr yarımdır. Bu obyektin ilk fotosu 1976-cı ildə ABŞ-ın "Vikinq" aparatı vasitəsilə əldə edilib. 30 il sonra isə Sfinksin fotosu başqa aparat tərəfindən çəkilib.

2012-ci ildə isə Mars atmosferində metan qazı kəşf edilib. Bu xüsusi qaz bitki və ya canlı orqanizmlərin çürüməsi nəticəsində yaranır. İndi alimlər iddia edirlər ki, Qırmızı Planetdə hələ məlum olmayan gizli həyat forması var...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2354   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021