Deputat şikayətləndi: İlahi, görəsən, bu, bizim dilimizdir?

Deputat şikayətləndi: İlahi, görəsən, bu, bizim dilimizdir?Ölkə prezidentinin Azərbaycan dili ilə bağlı növbəti sərəncamını çox vacib və təqdirəlayiq hesab edirəm. Doğrudan da, belə bir sərəncama ehtiyac vardı.

İstər elektron məkanda, istər virtual məkanda, istər də yazılı məkanda - mediamızda, qəzet və jurnallarımızda, ədəbiyyatımızda, efir məkanımızda Azərbaycan dilinin istifadə və işlənmə qaydaları, ədəbi normaları kobudcasına pozulmaqdadır. Bu məsələdə böyük bir xaos, sistemsizlik, özbaşınalıq var.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, şair Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, adıçəkilən məkanlarda, sahələrdə Azərbaycan dilinin qayda-qanunlarına bir sıra hallarda əməl olunmur.

"Kim necə istəyir, o cür də yazır, kim necə düşünür, o cür də danışır. Bu məsələni insanların kefinə buraxmaq olmaz.

Dil müqəddəsdir, bayraq, gerb, himn, ordu kimi ən vacib atributlardandır, milli kimlik və mənlik məsələrindəndir. Dilimizi şərəfimiz, namusumuz kimi qorumalıyıq.

Burada "mən necə istəyərəm, o cür də edərəm" kimi yanlış və zərərli yanaşmaya, tendensiyiya son qoyulmalıdır.

Əgər biz öz dilimizə sahiblik , onun qayda-qanunlarına riayət etməsək, o zaman əcnəbilərdən, digər millətlərin nümayəndələrindən nə gözləyə və ya nə tələb edə bilərik? Öncə özümüz, sonra da başqaları, yəni, el məsəlində deyildiyi kimi, "əvvəl evin içi, sonra çölü"...

Bəzən efirlərdə, mediada, ədəbiyyat nümunələri kimi təqdim olunan "əsərlər"də elə sözlərə, elə ifadələrə rast gələrsən ki, mat-məətəl, donub yerində qalırsan, deyirsən, İhahi, görəsən, bu, bizim dilimizdir?

Ayağı-başı bilinməyən söz, ifadə olarmı, onu haradan tapıblar, beləsinin əlinə kim qələm və ya mikrofon verib?

Ona görə hesab edirəm ki, Azərbaycan dili ilə bağlı verilən hər bir qərar, sərəncam olduqca vacibdir, təqdirəlayiqdir və onun da bütün şərtlərinə, müddəalarına əməl olunmalıdır.

Bu, hər bir kəsin, ələlxüsus, qələm əhlinin, yazarların, efir insanlarının, söz adamlarının borcudur", - deyə millət vəkili əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 947   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır. 8 k

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - DEPUTAT

"Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir, gərginləşib. Təbii ki, buna əsaslı səbəblər var. İlk növbədə Fransa Ermənistanın müttəfiqidir və bu ölkədə böyük erməni icması yaşayır bu icmada dövlətin Azərbaycan- Ermənistan münasibətlərindəki mövqeyinə təsir edir". Bunu -a danışa

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel