Qolu sarğılı süpürgəçi qadın kimdir? - Yaşadığı yerdən FOTOLAR+VİDEO

Qolu sarğılı süpürgəçi qadın kimdir? - Yaşadığı yerdən FOTOLAR+VİDEOBakıda qolu sarğılı küçə süpürən qadın barədə bəzi məlumatlar üzə çıxıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, 1941-ci il təvəllüdlü, Alaverdova Nelya 10 ilə yaxındır ki, küçə süpürür.

Uzun müddət Nizami küçəsində yerləşən köhnə ayaqqabı fabrikində işləyib. Ora bağlandıqdan sonra küçədə daşların üstündə yatıb.

Ərazidə yaşayan insanlar onu Mənzil Kommunal Təsərrüfat Birliyində işə düzəldiblər. 10 ildir ki, qadın burada işləyir və süpürgəçilərin xidməti otağında kiçik bir yerdə yaşayır.

Məlumata görə, qadın əslən iranlıdır. Atası vaxtilə Bakıda yüksək vəzifədə çalışıb və ermənilər tərəfindən öldürülüb.

Qadının yaşadığı yerə yollandıq. Lakin onu evində tapa bilmədik.

Alaverdova Nelya ilə birlikdə işləyən Güllizar Vəliyeva bildirib ki, bu gün səhər saatlarında qadın qaldığı yerdən çıxıb:

"Burada yaşadığı yerdə yıxılıb və qolunu əzib. Kömək etdik. Mənzil Kommunal Təsərrüfat Birliyindən Abbas müəllim gəlmişdi. Ona Nelyanın yıxıldığını dedik. O da dedi ki, hazırlaş, səni həkimə aparacağıq.

Özü harasa getdi və həkimi hardan tapdı, bilmirik. Qolunda sarğı ilə gəldi. Bu gün səhər saat 6-da biz işə çıxanda burada idik. Özü hara gedib bilmirik".

Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin şöbə müdiri Fərhad Qənbərov deyir ki, Nelya 2010-cu ildən 4 saylı Mənzil Kommunal Təsərrüfat Birliyində işləyir:

"Həmin ilin mart ayında bizim qurumun rəisi səhər Fikrət Əmirovun heykəli tərəfdə bir qadın soyuqdan donur. Ondan niyə burada olduğun soruşub.

Nelya bildirib ki, qalmağa yeri yoxdur. Onu süpürgəçilərin xidməti otağına gətirib. Burada yer ayırıb və əşyalarını qoyublar. Həmin müddətdən bu ərazidə işləyib və qalıb".

Fərhad Qənbərov bildirib ki, qadın dünən icazəsiz ərazini təmizləməyə çıxıb:

"Qolu əzildiyi üçün işə buraxılmırdı. Biz ərazini təmizləməyə işçi göndərən zaman üzərlərində qurumun gödəkçəsi olur. Dünən şəkil çəkilən zaman gödəkçəsi olmayıb. Onun burada pişikləri var. Onları yemləməyə çıxıb. Əlində süpürgə olub, çəkiblər".

Qolu sarğılı süpürgəçi qadın kimdir? - Yaşadığı yerdən FOTOLAR+VİDEOQolu sarğılı süpürgəçi qadın kimdir? - Yaşadığı yerdən FOTOLAR+VİDEOQolu sarğılı süpürgəçi qadın kimdir? - Yaşadığı yerdən FOTOLAR+VİDEOQolu sarğılı süpürgəçi qadın kimdir? - Yaşadığı yerdən FOTOLAR+VİDEOQolu sarğılı süpürgəçi qadın kimdir? - Yaşadığı yerdən FOTOLAR+VİDEOQolu sarğılı süpürgəçi qadın kimdir? - Yaşadığı yerdən FOTOLAR+VİDEOQolu sarğılı süpürgəçi qadın kimdir? - Yaşadığı yerdən FOTOLAR+VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2824   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel