Bakıda 300 orta məktəb direktoruna töhmət verildi – 30 direktor işdən çıxarıldı

Bakıda 300 orta məktəb direktoruna töhmət verildi – 30 direktor işdən çıxarıldı"Təsəvvür edin ki, bu il ərzində Bakı şəhərində yerləşən 317 orta ümumtəhsil məktəbdən 300-nün direktoruna töhmət verilib. Çünki sənədləşdirmə işlərini düzgün aparmayıblar".

Bunu İnterpress.az-a açıqlamasında təhsil üzrə eskpert Kamran Əsədov deyib. O bildirib ki, həmin direktorların töhmət almasına səbəb isə sənədləşdirmə işlərini düzgün həyata keçirə bilmədikləri olub: "Onlar sənədləşdirmə işlərini bacarmırlar. Onlar şəffaf yolla direktor təyin olunublar, amma bu təyinat keyfiyyətli deyil. Ona görə də, direktorların təyinatı zamanı əsas keyfiyyət önə çıxarılmalıdır. Şəffaflığı o qədər də önəmli deyil. Hesab edirəm ki, bu şəffaflıq daha böyük təhlükələrə gətirib çıxara bilər".

Ekspert ötən il orta məktəblərə təyin olunan onlarla direktorun daha sonra öz ərizələri ilə işdən çıxdığını vurğulayıb: "Təkcə 2017-ci ildə 236 direktor təyinatı olub. Onlar arasında 30-a yaxın direktor iki aydan sonra öz ərizələri ilə işdən çıxıb və yaxud da çıxarılıb".

K.Əsədov pedoqoji fəaliyyəti olmayan ali təhsilli bacarıqlı başqa ixtisas sahiblərinin direktor olması məsələsinə də toxunub. Onun sözlərinə görə, direktor olmaq istəyənlərin sırf pedoqoji fəaliyyətinin olması önəmli deyil: "Ali təhsilli şəxs istər baytar olsun, istərsə də həkim olsun, əsas odur ki, onda menecerlik bacarığı olmalıdır. Çünki burada söhbət onun dərs aparmasından getmir, müəssisəni idarə etməsindən gedir. Ona görə də, direktorluq biliklər əsasında deyil, bacarıqlar əsasında müəyyən edilməlidir. Ona görə də direktorların idarəçilik bacarıqları olmalı və onlar məktəbə pul gətirməli və pul qazandırmalıdır. Təəssüf ki, direktorların məktəbə pul qazandırmasını deyəndə onların rüşvət alması kimi başa düşülür. Xeyir, bu, belə deyil. Bu gün ümumtəhsil məktəbləri dövlətdən maliyyələşir. Hesab edirəm ki, dövlət məktəblərə ayırdığı maliyyəni dayandırmalıdır. Direktorlar da yaxşı idarəçidirlərsə, məktəbə pul qazandırmalıdır. Necə olur ki, özəl təhsil müəssisələri qazanc əldə edə bilir, amma bizim bu direktorlar kreslolarında oturub rahat şəkildə aylıq qazanclarını alırlar. Nə keyfiyyət var, nə də kəmiyyət".

"Ona görə də hesab edirəm ki, direktor olmaq üçün sırf müəllimlik ixtisasına sahib olmağa ehtiyyac yoxdur. Əsas idarəetmə bacarığına və menecerlik fəaliyyətinə önəm verilməlidir ki, müəssisəyə qazanc gətirilsin" deyə, K.Əsədov əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3459   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində saytında "Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur" sərlövhəli yazı dərc olunub. Yazı eyni gündə saytın "Facebook" sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb. Yazı sosial şəbəkə hesabında paylaşıldıqda

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

XƏBƏRDARLIQ - Bu tarixdən güclü külək əsəcək, çaylardan sel keçəcək

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-1

29 mart
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

29 mart
.

Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı

Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin sabiq rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyevə yeni vəzifə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Pərviz Vəliyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Əməyi

29 mart
.

Azərbaycanda hər doğulan uşağa görə birdəfəlik 5000 manat MÜAVİNƏT VERİLMƏLİDİR! - TƏKLİF

Malum olduğu kimi, Rusiyada doğum nisbətinin artımı məqsədilə bir sıra sosial-iqtisadi layihələr həyata keçirilir. Belə ki, birinci uşaq üçün analar 466 417 rubl (12 min 879 AZN) pul alırlar. İkinci uşaq üçün isə müavinət 150 min rubl (4100 AZN) artırılır. Üç uşağı olan ailələr üçün dövlət əlavə olara

29 mart
.

Butikimizin "saxtakarlığ"ı Türkiyədə viral oldu

Yerli butiklərdən biri maraqlı reklam üsuluna əl atıb. OLAY yazır ki, TikTok-da videolar paylaşan mağaza süni intellektdən istifadə edib. Maraqlısı budur ki, onlar bununla bir sıra dünya ulduzunun, türk məşhurun simasını başqa şəxslərin bədəni ilə birləşdiriblər. Guya həmin simalar mağazadan alış-veri

29 mart