"Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz "

"Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz "Xəbər verdiyimiz kimi xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alıb. Belə ki, onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

Xalq artistinin elmi dərəcə alması sosial mediada və şəbəkələrdə heç də birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Bizimyol.info -ya danışan təhsil eksperti Kamran Əsədov elmi adların və dərəcələrin verilməsi ilə bağlı qeyri-şəffaflıqdan və mövcud vəziyyətdən danışıb:

"Azərbaycanda elmi adların və elmi dərəcələrin verilməsi elmi tədqiqat işlərinin həyata keçirilməsi şəffaf obyektiv ədalətli şəkildə həyata keçirilmir. Bu gün Azərbaycanda kifayət qədər icra hakimiyyəti başçılar,ı dövlət orqanlarında çalışanlar var ki, professor, elmlər namizədidir. Görüntü xətrinə pafos xətrinə elmi ad alıb, halbuki dünyanın inkişaf etmiş ölkələrində bu kimi hallara heç vaxt rast gəlmək olmaz. Bu ənənə Sovet dövründən qalıb. Mənim xatırladığım qədərilə Nazpəri xanım bir neçə il öncə tələbə adını qazanmışdı. Bu onun məşhurluğundan çox-çox sonra baş verən bir hadisədir. Sonra onun magistratura, aspirantura təhsili ilə bağlı heç bir məqaləyə rast gəlməmişəm. Nəzərə alsaq ki, mən bütün məqalələri araşdırıram.

Məsələ budur ki, bu gün Azərbaycanda başı dolu, cibi boş olan adama yer yoxdur. Əgər pulun varsa, sən vaxtından öncə professor da ola bilərsən. Gərək birinci cibin dolu olsun, başın dolu olması isə sonraki məsələdir. Araşdırsanız Azərbaycanda o qədər savadlı adamlar, gənclər var ki, onlar aylarla, illərlə akademiyalarda, institutlarda növbə gözləyirlər. Onların elmi ad almaqlarına ciddi şəkildə maneəçilik törədilir. Təsəvvür edin, Azərbaycanda bir dənə də olsa gənc elmlər doktoru yoxdur. Dünyanın heç bir ölkəsində bu hallara yol verilmir. Elmlər akademiyası və elmi institutlar gənclərin elmə gəlmələrinə ciddi şəkildə maneəçilik törədirlər. Məşhurların bir çoxu isə pul verib işlərini yazdırırlar, lakin gecə-gündüz elmlə məşğul olan elmə faydalı olan insanlar isə müdafiəyə buraxılmır. Elə adamlara elmi adlar verilir ki, ona nəinki elmə, qoyun otarmağa belə icazə vermək olmaz. Onların hansı elmi tədqiqatları dünyaya məşhur olub? Bu tipli adamlar məmurları, məşhurları xaricdə də ciddi qəbul etmirlər.

Azərbaycandan kənarda elmdə və təhsildə rəhbər olan şəxslər var ki, tarixdən də xarici şəxslərlə danışan zaman tərifləyirlər ki gör necə də dahi adamdır. Tarixdən də yazır, biologiyadan da məqalə yazır, kənd təsərrüfatından da, siyasətdən də, iqtisadiyyatdan da məqalə yazır. Bilirsinizmi bu hadisə necə baş verir? Hansısa imkansız bir elm adamı məqaləsini çap etdirməlidir lakin pulu yoxdur və həmin adam məqaləni ondan alaraq çap etdirir. Bunun müqabilində isə məqalədə öz adını da qeyd etdirir. Bu gün Azərbaycanda elm bu vəziyyətdədir. Gedib elmi ad alanların yazdıqlarını oxuyun, hansında azərbycana töhfə verəcək məlumatlar dərc olunub? Hər kəs gedib Ukraynada və digər ölkələrdə magistr doktrantura dərəcəsi alıb azərbaycanda müdafiə edirlər. Elmi bu dərəcədə ucuzlaşdırmaq, bayağılaşdırmaq olmaz. Azərbaycanda təhsil fiaskoya gedir. Bu çox təəssüf doğuran haldır. Bizim illərlə qazandığımız uğurlar onlara görə hədər gedir. Azərbaycandaki elm adamları bu diqqətsizliyin, bu hörmətsizliyin nəticəsində xaricə çıxıb gedirlər. Ölkədə yalnız qondarma, əldəqayırma elm adamları qalıb. Bu məsələyə sözün əsl mənasında mövqe bildirməyin vaxtı çatıb.

Anlaya bilmədiyim bir məqam var ki müğənninin, məmurun əmək məcəlləsinə görə 8 saat iş müddəti var, sənin vəzifə səlahiyyətin necə imkan verdi ki, tədqiqat apardın? Bu şəxslərin heç birinin elmdən xəbəri yoxdur. Elmi işin müdafiəsi zamanı da 5 manat, 3 manat pul verirlər hər kəs də "uraa" deyib əl çalır və o elmi dərəcə alır, ancaq kim kasıb və yazıq balasıdırsa onları sıxışdıraraq elmdən iyrəndirirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2976   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021