Manat "təkbaşına üzərsə" nə olar?

Manat "təkbaşına üzərsə" nə olar?"Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən ölkədə üzən məzənnəyə keçid 2017-ci ilin əvvəlində olub. Bununla belə, üzən məzənnəyə tam keçildiyini iddia etmək doğru olmazdı. Çünki sabit məzənnənin olması ondan xəbər verir ki, üzən valyuta rejiminə tam olaraq keçilməyib".

Bunu Sonxeber.az-a iqtisadi ekspert Vüqar Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan monitorinq və qiymətləndirmə üzrə hesabatında 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacağına münasibət bildirərkən deyib.

Mərkəzi Bankın atmalı olduğu addımlar

V. Bayramov tam üzən məzənnəyə keçmək üçün bir neçə addımın atılmalı olduğuna diqqət çəkib: "2020-ci ilədək müddət ərzində Mərkəzi Bank valyuta bazarının liberallaşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirərsə, nəticədə Mərkəzi Bank üzən valyuta rejiminə keçə bilər. Yox əgər Mərkəzi Bank sabit məzənnəni qoruyub saxlamağa çalışacaqsa, üzən məzənnə rejiminə keçid kifayət qədər çətin olacaq. Çünki üzən məzənnə rejiminə keçid valyuta bazarının liberallaşdırılmasının aparılmasını tələb edir".

Manat neftin qiymətindən asılıdır

Bəs üzən məzənnə rejiminə tam keçid baş tutarsa, bunun manatın məzənnəsinə təsiri necə olacaq? Ekspert suala cavab olaraq bildirib ki, bu, 2020-ci ildə dünyada neftin qiymətindən və ölkədə aparılan islahatların sürətindən asılı olacaq: "İndidən 2020-ci ildə valyutaya olan tələbi proqnozlaşdırmaq nəinki çətindir, praktiki olaraq mümkün deyil. Çünki Azərbaycanda valyutaya olan tələbin dəyişməsi birbaşa neftin qiyməti ilə bağlıdır. Neftin dünya bazar qiyməti yüksək olarsa, valyutaya tələbin ödənilməsində imkanlar yaranır, aşağı olarsa valyutaya tələbin ödənilməsində çətinliklər formalaşır".

İnandırıcı görünmür

Həmsöhbətimin sözlərinə görə, mövcud siyasət təhlil edilsə, yaxın dövrlərdə tam üzən məzənnəyə keçid inandırıcı görünmür: "Üzən məzənnə rejiminə tam keçidlə bağlı real addımlar atılmayıb. Əgər bu reallaşarsa, manatın məzənnəsi birmənalı olaraq neftin dünya bazar qiymətindən asılı olacaq".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6506   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel