365 mindən çox heyvan peyvənd olundu: sarılıq təhlükəsinə qarşı

365 mindən çox heyvan peyvənd olundu: sarılıq təhlükəsinə qarşıKənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq, Dövlət Baytarlıq Xidməti bu ilin 6 ayı ərzində leptospiroz xəstəyinə qarşı 246 119 baş iribuynuzlu, 119 164 baş xırdabuynuzlu heyvanlarda profilaktik peyvəndləmələr aparıb.

Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, hazırda ölkə ərazisində heyvanlar arasında bu xəstəlik qeydə alınmayıb.

Leptospiroz heyvanlarda qızdırma, sarılıq, hemoqlobinuriya, mədə-bağırsaq sisteminin atoniyası, dəri və selikli qişaların nekrozu və balasalma ilə səciyyələnir. El arasında bu xəstəliyə sarılıq da deyirlər.

Qeyd edək ki, leptospiroz xəstəliyi iti, yarımiti, xroniki və simptomsuz (latent, gizli) keçə bilər. Xəstəliyin xarakteri törədicinin serovarından yox, onun virulentliyindən və orqanizminin rezistentliyindən asılıdır. Leptospirozun tipik gedişi zamanı yoluxucu prosesin inkişafının bütün mərhələləri (inkubasiya, prodromal, xarakterik simptomlar və nəticə) aydın görünür. Xəstəliyin ağır keçməsi intoksikasiya səviyyəsindən asılıdır.

Xəstəlik qısamüddətli qızdırma, intoksikasiya əlamətləri, sarılıq, qanlı sidik, qan sağıntıları, selikli qişaların və dərinin nekrozu, boğaz heyvanlarda balasalma və ya yaşama qabiliyyəti olmayan balaların doğulması (xüsusən donuzlarda və atlarda) müşahidə edilir.

Təsərrüfatlarda profilaktika və sağlamlaşdırıcı tədbirlərə aşağıdakılar daxildir:

• təsərrüfata yeni daxil olan heyvanlarla və yemlərlə törədicinin gətirilməsinin qarşısını almaq;
• leptospirozun epizootik mənbəyinin öyrənmək və ləğv olunması üçün tədbirlər görmək;
• qeyri-sağlam təsərrüfatlarda peyvəndləmə işlərini aparmaq;
• təsərrüfatlarda olan heyvanlarda müayinələr aparmaq;
• təsərrüfat daxilində tutulan gəmiriciləri müayinədən keçirmək.

Qeyri-sağlam təsərrüfatlarda təsərrüfat işləri məhdudlaşdırılır. Bütün heyvanlar peyvənd edilir, xəstələr isə təcrid olunaraq, müalicəyə cəlb edilirlər.

Hazırda respublikada fəal peyvənd vasitəsi kimi polivalent, formalinlə inaktivasiya edilmiş və depolaşdırılmış vaksin heyvanlara tətbiq edilir. Vaksin iri və xırdabuynuzlu heyvanlarda tətbiq edilir.

Müalicə məqsədilə xəstə heyvanlara hiperimmun serum (çəkidən asılı olaraq qaramala 50-120 ml, buzovlara 20-40 ml, qoyun və donuzlara 5-30 ml dərialtına vurulur) və geniş təsir dairəsinə malik antibiotiklər (streptomitsin, ditetrasiklin və s.) yeridilir. Əlavə olaraq simptomatik müalicə aparılır: ürək preparatları, qlükoza, bağırsaq qurumaları zamanı işlətmə dərmanları tətbiq edilə bilər.

Leptospiroz zamanı orqanizmdə hipoqlikemiya inkişaf etdiyinə görə vena daxilinə 40%-li qlükoza məhlulu atlara və qaramala 500 ml, itlərə 5-10 ml, buzov və dayçalara 50-200 ml yeridilir.

Mədə-bağırsaq sisteminin atoniyasına qarşı, ürək fəaliyyətini nizamlamaq üçün preparatlar ümumi qəbul edilmiş dozalarda tətbiq edilir.

Xatırladaq ki, heyvanlarda aparılan müalicə-profilaktika tədbirləri baytar həkimi tərəfindən icra edilir. Xəstəliyin özbaşına müalicəsi yolverilməzdir. Xəstəlik insan sağlamlığına təhlükə yaradır və adətən iti gedişli olur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən leptospiroz xəstəliyinə görə epizootik vəziyyət sabitdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 575   Tarix: 20 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel