Ərəblər Bakıda niyə ölür? Spirtli içki, "Viaqra", yoxsa...

Ərəblər Bakıda niyə ölür? Spirtli içki, "Viaqra", yoxsa...Bakıda oteldə daha bir ərəb turist ölüb. Hadisə "Viva Boutique Hotel"də baş verib. Ərəb turistin mədə qanaxmasından öldüyü ehtimal edilir. Xatırladaq ki, bu ilin yanvar ayında Bakıda hoteldə ərəb turist ürək çatışmazlığından dünyasını dəyişmişdi. Nərimanov rayon Prokurorluğunun məlumatına görə, 56 yaşlı Məsfər Oman Əlbillahi qaldığı hotel nömrəsinə yüngül əxlaqlı 3 qadınla gəlib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Fakt bununla da bitmir.

Sonxeber.az musavat.com-a istinadən bildirir ki, bundan 2 il əvvəl JW Marriott Abşeron otelindəki nömrələrdən birində ərəb turistinin cəsədi aşkarlanmışdı. 1953-cü il təvəllüdlü Əlmuhanna Məhəmməd Əli Aminənin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib. Məhkəmə-tibb ekspertləri 270 kiloqram çəkisi olan ərəbin cəsədini yarıblar. Ərəb turistin ürək tutmasından öldüyü qənaətinə gəlinib.

Ərəb turistlərin Bakıda ölmələri ilə bağlı bir neçə versiya var. Azərbaycana axın edən ərəb kişiləri özlərini burada sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Ehtimal olunur ki, ərəb kişilərin orqanizmi buna davam gətirmir.

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl hesab edir ki, Bakıdakı ərəb turistlərin ölümünə sağlam olmayan həyat tərzi səbəb olsaydı, onda gərək Bakıya gələn bütün ərəblər öləydi: "Ərəbistanda iqlim şəraiti Azərbaycanda daha ekstremal və daha istidir. Ərəblərin ölümünə iqlim və sağlam olmayan həyat tərzinin səbəb olduğuna inanmıram. Ərəblərin yeməyi bizimkilərdən daha ağırdır. Bir məsələ var ki, ərəblər içkinin qədərini bilmirlər. Mədə qanaxmasına həddən artıq spirtli içki qəbul etmək səbəb ola bilər. Marketdə dəfələrlə görmüşəm ki, ərəblər xeyli spirtli içki alıb. Bir dəfə yaxınlaşıb soruşdum, siz nə aldığınızı bilirsiniz? Dedi, hə. Bildirdim ki, aldıqları içkiləri çox içmək olmaz. Dedilər, narahat olma, bilirik. Onlar aldıqları spirtli içkiləri həmin gecə içib bitirsəydilər, sabaha sağ çıxmayacaqdılar. Biz ən azından nəyi necə içiləcəyini bilirik. Ərəblərin içki təcrübəsi, içki mədəniyyəti yoxdur. Biz elə bir coğrafiyada yaşayırıq ki, uşağı qatıq, süd, ayranla böyüdürük. Həmçinin, çörəyimiz qıcqırmış xəmirdən hazırlanır. Bir yaşından da uşağa çörək veririk. Qatıq, ayran, mayalı çörəyin tərkibində də spirt var. Bizim bədənimiz ta uşaqlıqdan spirtə alışır. Orqanizmimizdə spirtə qarşı mexanizm formalaşır. Amma ərəblərin yediyi çörək Pitadır. Çox vaxt da lavaş yeyirlər. Pita da, lavaş da mayasız hazırlanır. Bizim qədər qatıq yemirlər. Əsas düyü, ət yeyirlər. Məsələn, biz qıcqırmış meyvələrdən tut və s. yeyirik. Qıcqırmış meyvənin tərkibində spirt var. Ərəblər heç qıcqırmış meyvə də yemirlər. Onların yediyi xurmadır. Xurma da nə qədər qalsa, qıcqırmır. Bunun da təsiri var".

V.İsmayıl ərəblərin ölümünə səbəb olacaq cinsi aktivliyi artıran dərmanları da ikinci ehtimal kimi qeyd edir: "Ərəblər Azərbaycana 5-6 günlük gəlir. Fələkdən bir gün çalmış kimi istəyirlər cinsi əlaqədə çox olsunlar və "Viaqra"dan istifadə edirlər. Amma bunlar konkret hadisəni izah etmir. Bunlar sadəcə versiyadır. Konkret hadisə haqda məlumatım yoxdur".

Androloq-seksopatoloq Orxan Ağabəyov deyir, cinsi aktivliyi artıran dərmanlar o zaman ölümə səbəb ola bilər ki, insanda əvvəlcədən ürək problemləri olsun: "Bu dərmanlar ürək xəstəsi, yaxud ürəyindən əməliyyat olun insanları öldürə bilər. Əks halda heç bir doza aşması ölümlə nəticələnə bilməz. Ümumiyyətlə, dozanı aşmağın müsbət effekti yoxdur. Ona görə də dozanı aşmağın mənası yoxdur. 150 qram kifayətdir. Sağlam, normal, ürək xəstəliyi olmayan insan qəbul edərsə, pis heç bir şey olmayacaq".

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Bakıda olan ərəb turistlərin də tez-tez təcili yardıma müraciət etdiklərini deyir. Şikayətlər isə müxtəlifdir. Əsasən qızdırma, baş və qarın ağrısına görə təcili yardıma müraciət edirlər.

Maraqlıdır, Azərbaycana gələn kütləvi ərəb turistləri sərhəd-gömrük keçid məntəqələrində müayinədən keçirmi?

Dövlət Gömrük Komitəsi bildirir ki, bütün sərhəd-gömrük keçid məntəqələrində quraşdırılan xüsusi termovizorlar vasitəsilə ölkənin gömrük ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölçülür. Bədən temperaturu normadan artıq olan şəxslər dərhal müəyyən edilir və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Bundan başqa, hər hansı region və ya ölkədə yoluxucu xəstəliklərin yayılması faktı qeydə alındığında Səhiyyə Nazirliyinin məktubuna əsasən həmin region və ya ölkədən gələn şəxslər sanitar həkimlərin köməyi ilə sorğu-sual edilərək lazımi zəruri tədbirlər görülür. Hazırda bu istiqamətdə hər hansı riskli hallar müşahidə olunmur.

Məlumatda o da qeyd edilir ki, beynəlxalq təcrübədə sərhəd-gömrük keçid məntəqələrində insanların kütləvi şəkildə tibbi müayinədən keçirilməsi praktikası mövcud deyil.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3562   Tarix: 20 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021