Sualtı sivilizasiya yoxsa yadplanetlilərin bazası? — Su pərilərinin sirri

Sualtı sivilizasiya yoxsa yadplanetlilərin bazası? — Su pərilərinin sirriDemək olar ki, bütün xalqların əfsanələrində insana bənzəyən, suyun altında yaşayan məxluqlar haqqında məlumat var. Avropa və Şərq folklorunda bu məxluqları su pərisi, undina, Qədim Misirdə sirena, Romada isə nayad adlandırıblar. Bu gün izə anomal hadisələri tədqiq edən bir sıra alimlər okeanın dərinliyində sualtı sivilizasiyanın olduğunu iddia edir.

Sonxeber.az "Ölkə.Az"a istinadla xəbər verir ki, su pəriləri haqqında məlumat Şumer mətnlərində də var. Gil lövhələr üzərində insana bənzəyən, balıq quyruqlu məxluqlar haqqında kifayət qədər məlumat var. Bu məxluqlar Fars köfrəzində yaşayır və insanlarla dost idilər. Onlar insanlara müxtəlif sənətləri və elmləri öyrədirdilər. Şumerlilər bu qəribə məxluqları oana adlandırırdlar. Oanalar insan dilində danışa bilirdilər.

Lövhələrə əsasən, su adamları insan qidası qəbul etmir, quruya ancaq gündüzlər, hava isti olanda çıxırdılar.

Tarix boyu okean sakinləri barədə müxtəlif söhbətlər dolaşıb. Onları gördüyünü iddia edənlərin sayı da çoxdur. Orta əsrlərdə isə dəniz səyyahları dəfələrlə okean ənginliklərində qəribə məxluqlar görüblər. Amma səyyahların təsvirləri bir-birindən fərqlənir. Məsələn, bəziləri yarı insan, yarı balıq olan məxluqlardan danışır. Bəziləri isə mərcan rifi üzü olan, qəlsəmələri və quyruğu olan məxluqlardan danışır.

1608-ci ilə aid gəmi qeydinə əsasən, gəmi heyəti balıq quyruğu olan qadın müşahidə ediblər. Qeydlərə əsasən, əgər quyruğu olmasa, onu insan kimi qəbul etmək olardı.

1737-ci ildə Ester yaxınlığında balıqçılar balıq quyruğu olan kişi məxluqu ölüncə döydülər. Onun bədəninin yuxarısı insan bədəni kimi idi. Sonradan isə dəniz sakinin meyiti şəhər muzeyində eksponat kimi sərgiyə qoyulub.

2005-ci ildə Cənubi Afrikada su pərisinə bənzəyən qəribə məxluqun meyiti tapılır. Alimlər onu tədqiq etmək istəsələr də, xüsusi xidmət orqanları meyiti aldılar və bundan sonra bu barədə heç bir məlumat olmadı.

2004-cü ildə isə Vaşinqton sahillərində insanabənzər məxluq tutuldu. Onun da taleyi məlum deyil. Çünki işə xüsusi xidmət orqanları qarışdı.
1982-ci ildə Baykal gölündə 50 metr dərinlikdə insana bənzər, quyruğu 3 metr olan qəribə məxluqlar görünüb. Bu məxluqlar suda çox sürətlə hərəkət edir və heç bir akvalanqdan istifadə etmirdilər. Onlara yaxınlaşmaq istəyənləri isə fəlakət bürüdü. Nəticədə dalğıclar xəstələndilər və bir çoxu dünyasını dəyişdi.
Bu tip hadisələr planetin müxtəlif guşələrində baş verir. Bu isə şüurlu, insanlardan daha yüksək səviyyədə inkişaf etmiş, okeanın dərinliklərində yaşayan sivilizasiyanın olma ehtimalını artırır.

Çünki okean sakinləri ilə görüşən insanlar qəribə hadisələrdən də danışırlar. Məsələn, sualtı aparatlar görənlər olub. Bu aparatlar ən müasir sualtı qayıqların belə edə bilmədiyi manevrlər həyata keçirib. Eyni zamanda bu aparatlar qurbağa qurultusuna bənzər siqnal verib. Bəzən bu tip aparatlar sualtı qayıqların yanında peyda olur. Onlara yaxınlaşmaq, əlaqə qurmaq isə mümkün deyil.

Bəzi tədqiqatçıların bunun qədim sualtı sivilizasiyaya məxsus olduğunu iddia edirlər. Onlar hazırda insanları müşahidə edirlər. Bəziləri isə onların suyun altında bazası olan yadplanetlilər olduğunu bildirir...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2019   Tarix: 20 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəlin toyda elə geyindi ki... HAMI ŞOK OLDU - VİDEO

Türkiyədə baş tutan toyların birində gəlinin geyimi xeyli müzakirələrə səbəb olub. Gəlin dərin sinə dekolteli libas geyinib. Əlində dəsmalla yallı gedən gəlinin açıq-saçıq paltarı kranla çəkiliş zamanı daha da ortaya çıxıb. Həmin görüntüləri təqdim edirik. ( )

13 aprel
.

Avtomobilin paslanmasına səbəb olan SƏHVLƏR

Gec-tez bütün avtomobillər paslanmağa başlayır. Mütəxəssislər avtomobil sahiblərinin maşında korroziyaya səbəb olan bir neçə ciddi səhvlərinin adını çəkiblər. xəbər verir ki, motoristlər tez-tez satın alındıqdan dərhal sonra korroziyaya qarşı mübarizə aparmağa çalışarkən səhv edirlər. Bütün sahiblə

6 aprel
.

Azərbaycanda qəbir daşlarının "dodaq uçuqladan" qiymətləri - VİDEO

300, 500, 700 manat. xəbər verir ki, istəkdən asılı olaraq isə daha bahalı qəbir daşları sifariş edilir. Qəbir daşlarının qiyməti sözün əsl mənasında "dodaq uçuqladır". Buna səbəb bəzi qranit və mərmərlərin xarici ölkələrdən gətirilməsidir. Bu işlə məşğul olan müəssisələrdən birinin direktor

14 aprel
.

Azərbaycanda istilik mövsümü başa çatır - BU TARİXDƏ

Gələn həftə Azərbaycanda istilik mövsümü bitəcək. xəbər verir ki, hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır. Qeyd edək ki, noyabrın 15-dən Azərbaycanda növbəti istilik mövsümünə start verilmişdi. 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdi

13 aprel
.

Hər gün içdiyimiz çay XƏRÇƏNG YARADIR - Bu səhvi etməyin

Çay Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Ölkəmizdə adətən armudu stəkanda içilən bu içki süfrəyə şirniyyat, çərəz və limonla birlikdə verilir. Hətta susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, qonağa hörmətin əlaməti sayılır. Bundan başqa, çay ürək sağlamlığ

7 aprel
.

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK: Bundan sonra...

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır. Yenilik "WhatsApp" status yeniləməsinin bildiriş funksiyasıdır. Məlumata görə, yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb. "WhatsApp" status yeniləmələri üçü

7 aprel
.

İlon Maskdan avqust müjdəsi: "Yeni taksilər gəlir"

Amerikalı milyarder İlon Mask avqustun 8-də "Tesla" elektromobili əsasında hazırlanmış robotaksi təqdim etməyi planlaşdırır. Bu barədə, "Tesla" avtomobil istehsalçısının sahibi özünün "X" sosial şəbəkə hesabında xəbər verib. Biznesmen bir neçə ildir ki, layihə haqqında danışır

6 aprel
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

13 aprel
.

Təyyarənin bütün pilotları uçuş zamanı yatdı - qeyri-adi hadisənin TƏFƏRRÜATLARI

Hər iki pilot gözlənilmədən 153 sərnişini daşıyan təyyarənin idarəetmə panellərində yuxuya gedib. -ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə planlaşdırılan marşrutdan yayınmağa başlayanda yer nəzarətçiləri ekipajla əlaqəni bərpa etmək üçün xeyli səy sərf etdilər. Araşdırma ilə müəyyən edili

7 aprel