Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişməOnun ruhi xəstə olmadığını Ermənistanın müdafiə naziri də təsdiqlədi

Xəbər verildiyimiz kimi, iyulun 15-də səhər saatlarında Ermənistanın kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Əsir götürülən şəxs 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Ermənistanın müdafiə naziri David Tonoyan hadisədən dərhal sonra Karen Kazaryanın geri qaytarılmasının təşkili üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə müraciət edib. Ermənistan hökuməti Karen Kazaryanın hərbçi diversant olmadığını, ruhi xəstə olduğunu iddia edir. İddialarını isə "Kazaryanın davranışlarına diqqət edən onun ruhi xəstə olduğu qənaətinə gələr" kimi fikirlərlə əsaslandırmağa çalışırlar.

Kazaryanın diversant kimi Azərbaycan sərhədini keçməyə cəhd etdiyi vaxt saxlandığı isə faktdır. Onun ağıldan kəm olmadığını, peşəkar hərbçi olduğunu onun əldə edilən fotoları da sübuta yetirib. Onun xüsusi hərbi geyimdə, üzərində silah olan fotoları əldə edilib və sosial şəbəkədə yayılıb. Bu, artıq ermənilərin "Karen hərbçi deyil, xəstədir" həşirini puç etmiş fakt hesab edilir.

İstefada olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bu barədə bildirdi ki, xüsusi hərbi, psixoloji təlim keçmiş hərbçilərin əməliyyatlar zamanı ələ keçirilərkən özünü ruhi xəstə kimi göstərməsi, xəstə təqlidi etməyə çalışması halları ola bilir, lakin bu, o demək deyil ki, həmin şəxs həqiqətən də xəstədir: "Karen Kazaryanın ruhi xəstə olmadığı faktdır. Ermənistanın təkzibi bu faktı dəyişmir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib və bunu da sübut edib ki, biz qarşı tərəfin mülki şəxsləri ilə heç bir mübarizə aparmamışıq və aparmırıq. O ki qaldı ermənilərin kəşfiyyat-diversiya əməliyyatlarında iştirak edən, bir çox hallarda əsgərlərimiz tərəfindən aşkarlanan, zərərsizləşdirilən, ələ keçirilən istənilən şəxslərə, bu cür hallarda dərhal Ermənistan rəsmiləri tərəfindən həmin diversantlar "xəstə", "mülki adam" kimi təqdim olunur.

Amma ermənilər çox arsız və həyasız olduqlarına görə etdikləri axmaq addımlara da diqqət etmirlər. Axırıncı Karen Kazaryan hadisəsində də ermənilər eyni taktikanı seçiblər, lakin başqa bir addımla özlərinin yalanlarını ifşa etmiş olublar. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan Karen Kazaryanla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayıb. Onda sual olunur, əgər Karen Kazaryan mülki və ruhi xəstədirsə, nədən onunla bağlı müraciəti Ermənistanın müdafiə naziri edir? Məhz müdafiə nazirinin müraciət etməsi faktı da Karenin hərbçi diversant olduğunu bir daha təsdiqləyən faktlardandır".

Ü.Cəfərov qeyd etdi ki, ermənilər öz əsgərini xilas etmək, vəziyyətdən çıxmaq üçün hətta ATƏT-in ermənipərəst səfiri Anjey Kaspşikin köməyindən də istifadə etməyə cəhd etdilər. Amma ermənilər ortalıqda konkret sübut və faktlar ola-ola da yenə inadkarlıq edirlər ki, guya bu adam hərbçi deyil. Kazaryanın sosial şəbəkələr vasitəsilə yayılmış əlində silah fotoşəkli də onun diversant olmasını tam sübut edir.

Onu da qeyd edək ki, artıq Azərbaycanın əlində ikinci erməni diversant var. 2014-cü il dekabrın 26-da erməni diversiya qrupunun üzvü Arsen Baqdasaryan qoşunların təmas xəttini keçib təxribata cəhd edərkən Azərbaycan ordusu tərəfindən tutulub. Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə Azərbaycana qarşı cinayət törətdiyini etiraf edib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov artıq ikinci erməni diversantın əsir düşməsinin Ermənistanı çətin duruma saldığını bildirdi: "Artıq hesablar bərabərdir. Bu gün azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin iki erməni hərbi kəşfiyyatçısı Arsen Baqdasaryan və Karen Kazaryanla dəyişdirilməsi barədə danışıqlara başlamaq olar. Düşünürəm ki, bu məsələdə ilk növbədə Ermənistan tərəfi maraqlı olmalıdır. Çünki Dilqəm və Şahbaz yaşlı mülki insanlardır və öz doğma rayonlarını ziyarət ediblər və bu zaman qanunsuz olaraq saxlanılıblar. Arsen və Karen isə gənc və peşəkar hərbi kəşfiyyatçılardır və Azərbaycan ərazisinə qanunsuz daxil olaraq təxribat törətməyə çalışıblar. Azərbaycan tərəfinin hələ bir neçə ay bundan əvvəl əsirlərin dəyişdirilməsi ilə bağlı çağırışı bu gün də aktualdır. Düşünürəm ki, Ermənistanın yeni hökuməti bu məsələdə daha praqmatik düşünəcək və əsirlərin dəyişdirilməsinə adekvat cavab verəcəklər. Yaxın vaxtlarda bu məsələnin öz həllini tapacağına inanıram". (Musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1717   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021