"Həyat yoldaşımın icazəsi ilə bir gecə o qadınla, bir gecə isə arvadımla..." - Azərbaycanda

"Həyat yoldaşımın icazəsi ilə bir gecə o qadınla, bir gecə isə arvadımla..." - AzərbaycandaSumqayıt şəhərində xalasının tanışını öldürməyə cəhd etməkdə təqsirli bilinən Şabran rayon sakini, 1994-cü il təvəllüdlü Ruslan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Ruslan İbrahimov 26 sentyabr 2017-ci il tarixdə, saat 10.00-da xalası Eyvaz Rzayeva ilə qeyri-rəsmi nikahda olan Ramil Şıxəliyevin yaşadığı Sumqayıt şəhəri 9-cu məhəllədə yerləşən evə gəlib.

O, Ramil Şıxəliyevi evdən çölə çağırıb. Söhbət edərkən o, Ramili Şıxəliyevi xalasının Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsində olan öz evində deyil, Sumqayıt şəhərində kirayə tutduğu evdə uşaqları ilə yaşamasında günahlandırıb.

Bu zaman Ruslan İbrahimov Ramil Şıxəliyevə bir neçə bıçaq xəsarəti yetirib. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Ruslan İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

"Evi mənə kirayə verməsini istədim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan İbrahimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, Ruhiyə Rzayeva onun xalasıdır və sonuncu Baloğlan Rzayevlə rəsmi nikahları olmaqla iki övladları ilə Zeynalabdin qəsəbəsi ərazisindəki Xəzri massivində fərdi evdə yaşayıb: "Bir neçə müddət Ruhiyyə ilə Baloğlan ayrı yaşasalar da, nikahları pozulmayıb. 2017-ci ilin may-iyun aylarında Ruhiyyəgilə getdim. Həmin vaxt xalam evindən uşaqlarla çıxıb kirayə yaşayacağını, bu evi də kirayə verəcəyini dedi. Ruhiyyədən evi niyə kirayə verməsinin səbəbini soruşdum. Sonuncu da ora məktəb və bağçaya uzaq olduğundan işə gecikdiyini dedi. Xalama evi mənə kirayə verməyi xahiş etdim. Ruhiyyə də mənimlə razılaşdı".

"Xalam dost olduğunu dedi"

Ruslan İbrahimovun sözlərinə görə, 2017-ci ilin iyun ayında Ruhiyyə uşaqları ilə Sumqayıt şəhəri 7-8-12-ci məhəllədə kirayə ev tutaraq həmin evdə yaşamağa başlayıb: "Mən də 100 manat vermək şərti ilə Ruhiyyənin evində kirayə yaşadım. Ruhiyyə öz evlərində yaşadığı zaman, yəni kirayəyə çıxmamışdan əvvəl Ramil Şıxəliyev ailəvi dost kimi bizə gəlib-gedib, onunla normal münasibətlərimiz olub. Ruhiyyənin kirayə yaşadığı evə gedib-gələn zaman Ramili bir neçə dəfə orada gördüm. Ramilin onların evinə gəlib-getməsi ilə əlaqədar xalama sual verdim. Xalam da Ramillə dost olduqlarını, aralarında başqa heç bir münasibət olmadığını dedi".

"Xalamın ərini atdığını dedi"

Ruslan İbrahimov qeyd edib ki, 2017-ci ilin avqust ayında Ruhiyyəgildə olduğu zaman Ramili orada görüb: "Ramillə söhbət zamanı mənə dedi ki, bu evə xalam Ruhiyyəyə görə gəlir, onların kəbinləri var. O, Ruhiyyənin ərini atdığını, qardaşının həbsxanada olduğunu və buna görə də ailə kimi sahib çıxaraq Ruhiyyəni saxladığını söylədi. Sentyabrın 5-də, axşam Ruhiyyəgildə olarkən Ramil də ora gəldi. Birlikdə Ruhiyyənin Zeynalabdin qəsəbəsində olan evinə getdik. Baloğlan Ruhiyyə ilə barışmağa cəhd göstərsə də, Ruhiyyə onunla barışmadı, Baloğlan evdə qaldı. Ruhiyyə, Ramil və mən uşaqlarla Ruhiyyənin Sumqayıt şəhərində kirayə yaşadığı evə gəldik. Bundan sonra Ramil öz evinə getdi. Mən isə Ruhiyyəgildə qaldım".

"Xalamın namusuna toxunduğunu başa düşdüm"

Ruslan İbrahimov bildirib ki, sentyabrın 26-da, saat 10 radələrində Ramilin Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yaşadığı evə gedib: "Həmin vaxt Ramili evin həyətinə çağırdım. Ramildən xalam ilə münasibətlərini rəsmiləşdirməyi, yəni Ruhiyyənin Baloğlandan boşandıqdan sonra Ramildən münasibətlərini davam etməsini tələb etdim. Ramilin xalamın namusuna toxunduğunu başa düşdüm. Ramillə danışa-danışa küçə ilə gedərkən üstümdə olan bıçaqla sonuncuya bir neçə bıçaq zərbəsi vurdum. Ramil zərbədən yerə yıxıldı və sonra hadisə yerinə polis əməkdaşları gələrək məni Sumqayıt şəhər Polis İdarəsinə gətirdilər".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, onun Ramili bıçaqla vurarkən xuliqanlıq niyyəti olmayıb, sonuncunun onun namusuna toxunduğunu fikirləşib və ona xəsarət yetirib.

"Aralarını düzəltməyə çalışdım"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ramil Şıxəliyev bildirib ki, 2013-cü ildən Sumqayıt şəhəri Nizami parkının yaxınlığındakı qarışıq geyim paltarları mağazasında satıcı işləyir: "Ruhiyyə ilə işlədiyim mağazaya müştəri kimi gəlib-gedərkən tanış olmuşam, aramızda münasibət yaranıb. Sonradan Ruhiyyə işləyən mağazada satıcı kimi işə düzəldim, bir-birimizin evinə gedib-gəlməyə başladıq. Ruhiyyə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində öz evində yaşayıb. Ruhiyyə ilə söhbət zamanı sonuncu ona ailəli olduğunu, əri Baloğlanın 60 yaşı olduğunu, ailə qurduqdan sonra yaxşı münasibətlərinin olmadığını, işi ilə maraqlanmadığını, onu işə aparıb gətirmədiyini dedi, Mən də arvadım Ülkərlə Ruhiyyənin Zeynalabdin qəsəbəsində yerləşən evinə qonaq getdik. Orada Baloğlanla tanış olduq. Baloğlonla söhbət edərkən, ona ailəsi ilə münasibətləri düzəltməyi dedim. Baloğlan isə arvadı ilə münasibətlərinin 7 il bundan əvvəl bitdiyini bildirdi. Ruhiyə ilə Baloğlan arasında münasibətləri bərpa etmək üçün təxminən 9-10 ay çalışdım. Lakin mümkün olmadı".

"Bundan arvadımın da məlumatı olub"

Ramil Şıxəliyev qeyd edib ki, Ruhiyyəgilin evinə gedib-gələrkən bacısı oğlu Ruslanı tanıyıb: "Hətta Ruslan hərbi xidmətdə olarkən Ruhiyyə ilə bir neçə dəfə sonuncunun yanına getmişəm. Ruhiyyəgilə gedib-gəldikdən sonra, Ruhiyyəyə qarşı məhəbbətim yarandı, eyni zamanda, Ruhiyyənin də mənə münasibəti yarandı. Ruhiyyə ilə tanış olandan 1 il sonra onunla aramızda daha yaxın münasibət yarandı, kəbin kəsdirərək ər-arvad kimi yaşadıq. Bundan arvadım Ülkərin və anası Cəlalətin də məlumatı olub".

"Bir gün Ruhiyyə ilə, bir gün Ülkərlə qalmışam"

Ramil Şıxəliyevin sözlərinə görə, 2015-ci ildə onun Ruhiyyədən bir qız övladı da olub: "Hazırda Ruhiyyəni ailəm kimi saxlayıram. Ruslan hərbi xidmətdən gəldikdən sonra Ruhiyyəgilə gəlib. Ruhiyyə Zeynalabdin qəsəbəsindən gələrək uşağı bağçaya qoyub və oradan işə gec getdiyi üçün Ruhiyyə üçün Sumqayıt şəhərində kirayə ev tutdum. Bir gün Ruhiyyə ilə, bir gün Ülkərlə qalmaqla ayrı-ayrı evlərdə yaşamışıq. Ruhiyyə ilə qaldığım müddətdə Ruslan da bizimlə eyni evdə qalıb. Mənim Ruhiyyə ilə münasibətimi görüb və bilib".

"Məni küçəyə çağırdı"

Ramil Şıxəliyev bildirib ki, sentyabrın 26-da, saat 10 radələrində Ruslan onun Ülkərlə yaşadığı Sumqayıt şəhəri "Növbətçi" deyilən ərazidə 9-cu məhəllədə yerləşən kirayə yaşadığı evə gəlib: "Mənə söhbəti olduğunu deyib küçəyə çağırdı. Küçədə gedərkən Ruslana onun telefon pulunu vermək lazım olduğunu və zəng edib pulun tələb edildiyini dedim. Ruslan isə pul məsələsini sonra söhbət edəcəyini bildirdi və xalası Ruhiyyənin Zeynalabdin qəsəbəsindəki evlərinə nə vaxt qayıdacağını soruşdu. Bu zaman əvvəl sağ qarın boşluğuma, sonra isə arxa sol tərəfdən iki bıçaq vuraraq xəsarət yetirdi".

8 il həbs cəzasından 4 il çıxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan İbrahimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ruslan İbrahimov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Ruslan İbrahimovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti əsasında hökm dəyişdirilib.

Məhkəmə Ruslan İbrahimovu Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilib və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 13325   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021