Qaradağdakı ağır qəzaya görə sürücü həbs edildi

Qaradağdakı ağır qəzaya görə sürücü həbs edildiİyulun 12-də Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində 1 nəfərin ölməsi, 10 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Sonxeber.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir.

İstintaqla müəyyən edilib ki, iyulun 12-də saat 08 radələrində Əliyev Rövşən İsa oğlu "Mersedes Benz" markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi "Deltabus" markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurub. Nəticədə avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölüb, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1943   Tarix: 22 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021