"Bəşirin də bir arzusu vardı…" - Vəfat edən qazinin vəzifəli qardaşı
Xəbər verdiyimiz kimi, Qarabağ qazisi Bəkir Bəkirli vəfat edib. O, Qarabağda aldığı yara nəticəsində orqanizmində yaranmış problemlər səbəbindən dünyasını dəyişib. 2 övladı qalıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli Modern.az-a açıqlamasında Qarabağ qazisi olan qardaşının arzularından söz açıb.
"Digər Qarabağ qaziləri kimi, Bəşirin də bir arzusu vardı. Qarabağı azad görmək... 20 ildən çox idi ki, səhhətində problemlər vardı. Həmişə Qarabağın azad olunmasını arzulayırdı. Bilirsiz ki, qazilər təkcə arzu ilə yaşamır, onlar həm də silaha sarılaraq döyüşə başlamaq əzmində olurlar. Təbii, Qarabağ məsələsində siyasi danışıqlar öz yerində, amma qazilərin müharibəyə yanaşması fərqli olub. Onlar müharibə iştirakçısı olduqlarından həmişə döyüş barədə fikirləşiblər" Asif Bəşirlinin sözlərinə görə, qardaşı birinci Qarabağ savaşına könüllü qatılmışdı.
"Bəşir o vaxtlar orta məktəbi bitirən kimi könüllü şəkildə birinci Qarabağ savaşına qatılmışdı. Tərtərdə, Ağdərə istiqamətində gedən döyüşlərdə yaralandı və hərbi hospitala yerləşdirildi. Sonra yenə döyüşlərə qatılıb yaralanmışdı. Həmin vaxt qəlpələri bədənindən çıxarmaq mümkün olmadı. Bədənin elə hissəsi zədələnmişdi ki, Bəşir travma almışdı. 2-ci qrup Qarabağ əlili idi"
Qeyd edək ki, B.Bəkirov 1975-ci il, martın 6 da Göyçay rayonunda anadan olub. Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. İki dəfə yaralanıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş