İş yerində stresslə mübarizə aparmağın yolları

İş yerində stresslə mübarizə aparmağın yollarıBəzi iş yerlərində stress adi qarşılansa da, həddindən artıq stressə məruz qalmaq məhsuldarlığınıza mane ola, fiziki və emosional sağlamlığınıza zərər verə və insanlarla münasibətinizə mənfi təsir göstərə bilər. Hətta stress işinizdə uğurlu olub olmamağınızı belə müəyyənləşdirə bilər.

İş yerində stressin səbəbləri:

İşdən çıxarılma qorxusu
Kadr azlığı səbəbilə iş vaxtından artıq işləmək
Gözləntiləri qarşılama tələbi
Hər zaman ən yüksək məhsuldarlıqla işləmə tələbi
İcra etdiyiniz iş üzərində lazımi nəzərətinizin olmaması
İş yerində həddindən artıq stress yaşadığınızı göstərən əlamətlər

Narahat və ya əsəbi olmaq, əhval ruhiyyənizin korlandığını hiss etmək
İşə olan meylin azalması
Yuxu problemləri yaşamaq
Yorğunluq
Fikrini cəmləyə bilməmək
Əzələ yorğunluğu və baş ağrısı
Mədə ağrıları
İnsanlarla ünsiyyət qurmaqda çətinliklər
Zəzərli vərdişlərə aludəçilik
İşdən gözləntiləriniz nə olursa olsun, özünüzü stressin zərərli təsirlərindən müdafiə edə biləcəyiniz, daha məhsuldar çalışa biləcəyiniz, səhhətinizi qoruya biləcəyiniz bəzi üsullar vardır. İndi isə gəlin, iş yerində yaşadığınız stressə qalib gəlməyiniz üçün bəzi tövsiyyələrlə tanış olaq:

1. Kiminləsə ünsiyyət quraraq iş yerində yaranmış stressin öhdəsindən gəlin.

Bəzən stressi azaltmağın ən yaxşı üsulu sizi stressə salan səbəbləri yaxın hesab etdiyiniz insanlarla bölüşməyinizdir. Səbəblər haqqında danışmaq və yaxın hesab etdiyiniz insanın dəstəyini almaq və onun məsləhətinə qulaq asmaq sizi sıxıntılarınızdan xilas edəcək və özünüzü daha yaxşı hiss etməyinizə səbə olacaq. Hətta həmin şəxsin sizin problemlərinizi "həll etməsinə" ehtiyac yoxdur, sadəcə yaxşı dinləyici olması kifayətdir.

2. Səhhətinizi idman və düzgün qidalanma ilə qoruyun.

Bütün diqqətinizi və vaxtınızı işinizə sərf etdiyiniz zaman səhhətinizin qayğısına qalmağı unuda bilərsiniz. Lakin, səhhətinizi düzgün qidalanma və idmanla məşğul olaraq qoruduğunuz zaman stressə qarşı daha güclü və dayanıqlı olarsınız.

Sağlamlığınıza diqqət etməyiniz bütün həyat tərzini dəyişdirməyinizə də səbəb olmaz. Həyatınızda edəcəyiniz ən kiçik müsbət dəyişikliklər belə psixoloji vəziyyətinizin dəyişməsinə, enerjinizin artmasına səbəb olacaq.

3. Yuxu rejiminə diqqət yetirin.

İşlərinizin çoxluğu səbəbilə lazımi qədər yatmaya bilərsiniz. Lakin, yuxu rejiminizin pozulması işdəki məhsuldarlığınıza, yaradıcılığınıza, problemləri həll etmə bacarığınıza və diqqətinizi cəmləmə qabiliyyətinizə mənfi təsir göstərə bilər. Yaxşı dincəlmək işdəki məsuliyyətlərinizi daha yaxşı yerinə yetirməyinizə və stresslə mübarizə aparmağınıza səbəb olacaq.

Həftə sonları da daxil olmaqla hər axşam eyni saatda yatıb hər səhər eyni saatda oyanmağa çalışın. Əsasən 8 saatlıq yuxu rejiminə əməl etməyiniz tövsiyyə olunur.
Yatma vaxtından ən az 1 saat əvvəl bütün cihazların ekranını söndürün. TV, planşet, ağıllı telefon və kompüterlərdən yayılan işıq süası orqanizminizdə melatonin hormonunun ifraz olunmasını ləngidir və yuxusuzluğa səbəb olur.
Yatmazdan əvvəl təcili işlərinizi həll etməkdən qaçının. Bunun əvəzinə zəif işıqlı otaqda kitab oxuya və ya musiqiyə qulaq asa bilərsiniz.

4. İşlərinizi vacibliyinə görə sıra ilə həll etməyə çalışın.

İş yerində yaranan stressi azaltmağın ən yaxşı üsullarından biri də vaxtınızı düzgün tənzimləməyninizdir. Bunun üçün bəzi tövsiyyələri sizinlə bölüşürük:

Gündəlik planınızı qurun. Sadəcə işdən ibarət olan və əyləncə və istirahətə vaxt ayırmadığınız bir gündəlik proqram sizə psixoloji cəhətdən mənfi təsir göstərə bilər. İş və ailə həyatı, sosial fəaliyyətlər və əyləncə, gündəlik məsuliyyətlər və istirahət arasında tarazlıq yaratmağa çalışın.

Səhər evdən erkən çıxın. İşə gecikməmək üçün tələsərək iş yerinə getmək əvəzinə evdən 15 dəqiqə tez çıxaraq rahat bir şəkildə işə çatmağınız belə sizə müsbət təsir göstərəcəkdir. Mübarizə aparmağa çalışdığınız stressə "işə gecikəcəyəm" stressini də əlavə etməyin.

Müntəzəm fasilələr verin. Gəzintiyə çıxmaq və ya dostlarınızla söhbət etmək üçün fasilə etməyi unutmayın. Bununla yanaşı nahar fasiləsi üçün iş mühitindən uzaqlaşmağınız daha effektiv olacaqdır.

Lazım olandan çox məsuliyyəti üzərinizə götürməyin. Bütün işləri eyni gündə bitirməyə çalışmayın. Etməli olduğunuz işlər çoxdursa, "edilməli olanlar" və "edilməsi zəruri olanlar" arasındakı fərqi düzgün müəyyənləşdirin. (banco.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 963   Tarix: 23 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Suyun şüşələrə doldurulması üsulu insanları TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Şüşələnmiş suyun daşınmasının asanlığı və onun güman edilən faydaları, istehsalının təfərrüatları məlum olduqdan sonra çoxlarını istifadədən çəkindirdi. xəbər verir ki, bu barədə "Mashed" "YouTube" kanalında məlumat verilib. Planetdə hər gün tullantıların miqdarını artıran və 60 milyo

6 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

Təyyarənin bütün pilotları uçuş zamanı yatdı - qeyri-adi hadisənin TƏFƏRRÜATLARI

Hər iki pilot gözlənilmədən 153 sərnişini daşıyan təyyarənin idarəetmə panellərində yuxuya gedib. -ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə planlaşdırılan marşrutdan yayınmağa başlayanda yer nəzarətçiləri ekipajla əlaqəni bərpa etmək üçün xeyli səy sərf etdilər. Araşdırma ilə müəyyən edili

7 aprel
.

Azərbaycanda qəbir daşlarının "dodaq uçuqladan" qiymətləri - VİDEO

300, 500, 700 manat. xəbər verir ki, istəkdən asılı olaraq isə daha bahalı qəbir daşları sifariş edilir. Qəbir daşlarının qiyməti sözün əsl mənasında "dodaq uçuqladır". Buna səbəb bəzi qranit və mərmərlərin xarici ölkələrdən gətirilməsidir. Bu işlə məşğul olan müəssisələrdən birinin direktor

14 aprel
.

12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ

"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər". Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib. Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır. Mütəxəssis bildiri

7 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

Hər gün içdiyimiz çay XƏRÇƏNG YARADIR - Bu səhvi etməyin

Çay Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Ölkəmizdə adətən armudu stəkanda içilən bu içki süfrəyə şirniyyat, çərəz və limonla birlikdə verilir. Hətta susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, qonağa hörmətin əlaməti sayılır. Bundan başqa, çay ürək sağlamlığ

7 aprel
.

Nübarlıq alça çıxdı: qiyməti təəccübləndirdi

Bir neçə gündür nübarlıq alça və çiyələk artıq bazar və dükanlarda satışa çıxıb. Sonxeber -a istinadən xəbər verir ki, istixanada yetişdirilən alçanın 4 ədədinin qiyməti 10 manatdır. Yəni bir kiçik alça 2,5 manat. Gilasın isə kilosu 10 manatdan başlayır

7 aprel
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14 aprel