Böyük Səhrada qədim sivilizasiya izləri — Tarixin gizli qatları

Böyük Səhrada qədim sivilizasiya izləri — Tarixin gizli qatlarıGünümüzdə Afrika qitəsindəki Böyük Səhra ucsuz-bucaqsız qum səhrasııdır.

Sonxeber.az "ölkə.az"a istinadla xəbər verir ki, bu səhranın ərazisi 6 milyon kvadrat kilometrdir. Burada yaşayan insan sayı dünyada ən az insan sayı hesab edilir. Adambaşına 3 kvadrat kilometr ərazi düşür.

Amma qədim dövrdə Böyük Səhra heç də qumlarla örtülü olmayıb. Bəşəriyyət XX əsrin əvvəllərinə qədər buraya fikir vermirdi.

İnsanlar Böyük Səhranı ancaq kommersiya məqsədi ilə tədqiq etməyə başladılar. Fransız ixtiraçı Oqüst Muşo ilk günəş enerji qurğusunu tikib və Böyük Səhraya səfər edib ki, vəziyyətlə tanış olsun. Onun dostu Jak Lepeu da bu səfərdə iştirak edib. Jak Muşonun günəş batareyası qurduğu qayanın üzərindəki təsvirləri diqqətlə nəzərdən keçirir. Lepeu bu təsvirlərlə maraqlanmağa başlayır və bir il sonra ekspedisiya qrupu ilə Tassilin-Acera rayonunda çoxsaylı təsvirlər kəşf edilir. Bu təsvirlər ərazi sakinlərinin müxtəlif həyat tərzini əks etdirirdi.

Bir müddət sonra isə Lepeunun işini davam etdirən digər tədqiqatçılar müasir Böyük Səhra ərazisində kifayət qədər inkişaf etmiş sivilizasiya izlərinə rast gəldilər. Təsvirlərdə inkişaf dinamikası-maldar tayfalardan tutmuş ilk iri yaşayış məntəqələrinə qədər, cəmiyyətin inkişaf mərhələləri təsvir edilmişdi.

Məlum olub ki, bu sivilizasiya 12 min il əvvəl başlayıb və eramızdan əvvəl 5-ci minilliyə qədər davam edib. Afrikanın ilk rəsmi sivilizasiya sayılan Qədim Misir sivilizasiyası isə tarix səhnəsinə daha gec çıxıb.

Geoloqlar isə daha maraqlı bir faktı üzə çıxarıblar. Məlum olub ki, Böyük Səhra eramızdan əvvəl 5-ci minillikdə səhraya çevrilib. Bu dövrə qədər region tropik oazis olub: cəngəlliklər, göllər, quşlar və heyvanlar. Qəflətən hansısa fəlakət nəticəsində region məhv olub.

Elmə əsaslansaq, regionda iqlimin qəflətən daha quru iqlimlə dəyişməsi, yağıntı miqdarının yüz dəfə azalması regionun məhvinə səbəb olub. Bildirilir ki, bu proses bir neçə yüz il davam edib.
Amma bəzi alimlər bu rəsmi versiyanı qəbul etmədilər. Anri Lot adlı fransız tədqiqatçı etnoqraf idi və arxeoloq kimi də işləyirdi. O, Afrikanın qədim mədəniyyətini tədqiq edirdi.

Lot axtarışlara Tassilin-Acera rayonunda başladı. 20 illik zəhmət bəhrəsini verdi. Alim sirli sivilizasiyanın bütün özəlliklərini tədqiq etdi. Eyni zamanda sübut etdi ki, bu sivilizasiya Aralıq dənizi və şimali-şərqi Afrika mədəniyyətləri ilə əlaqəli olub.

Lot həm də bu dövlətin etnik tərkibini də müəyyən edib. Məlum olub ki, ərazidə yaşayan insanlar nəinki fərqli millətlərin, eyni zamanda fərqli irqlərin nümayəndələri də olublar.

Alimin ən maraqlı kəşfi Axaqqar rayonunda üzə çıxıb. Axaqqarın bir neçə yerində qeyri-adi tapıntılar aşkar edilib. Bu isə insanabənzər, qeyri-adi geyimi olan fiqurlar idi. Bu fiqurların paltarı dalğıc paltarı və ya kosmonavt skafandrına bənzəyir. Lot əvvəlcə yadplanetlilərlə əlaqə fikrinə şübhə ilə yanaşır. O, bildirir ki, ya hansısa nağıl qəhrəmanı, ya da kahinlərin fiqurunu tapıb. Amma sonradan bu tip tapıntılar Böyük Səhranın digər ərazilərində də tapıldı. Alim artıq fikrini dəyişmək məcburiyyətində qalır. Bundan başqa bəzi rəsmlərdə qeyri-adi məxluqlar insanlara qarşı düşmən münasibəti göstərdiyi əks edilib.
Bu rəsmləri bir detal birləşdirir-onlar hamısı eyni vaxtda çəkilib. Rəsmlərin qayalarda peyda olma vaxtı 50 ildən çox deyil. Lot bildirib ki, Böyük Səhra sivilizasiyası təbii kataklizmalardan yox, sirli yadplanetlilər tərəfindən məhv edilib.

Təbii ki, elm dünyası Lotun hipotezini tənqid etdi. Amma bu, alimi dayandırmadı. O, Afrikada və Cənubi Ameriakda axtarışlarını davam etdirir. Buralarda isə o, Afrikada tapılan fiqurlara bənzər fiqurlar tapır.

Lotun hipotezinə əsasən, eramızdan 5 min il əvvəl Yerə kosmosdan yadplanetlilər uçub gəliblər. Onlarla əcdadlarımız arasında münaqişə olub. Münaqişə nəticəsində planetimizin sivilizasiyası məhv edilib...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1525   Tarix: 23 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20 aprel
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21 aprel
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

17 aprel
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14 aprel