Alış-veriş qərarına təsir göstərən ən vacib 10 səbəb

Alış-veriş qərarına təsir göstərən ən vacib 10 səbəbİnsanların internet vasitəsilə məhsul və xidmət satın alma formaları illər ərzində əsaslı şəkildə dəyişdi və bu gün müştərilər hər zaman olduğundan daha çox imkana sahibdirlər. E-ticarət üzrə texnologiya şirkəti olan "BigCommerce" istifadəçilərin onlayn alış-veriş edərkən nələrə əhəmiyyət verdikləri ilə bağlı fikir sahibi olmaq üçün bir çox e-ticarət saytını təhlil etdi. "BigCommerce" – in həyata keçirdiyi təhlil nəticəsində əldə etdiyi məlumatlar onlayn e-ticarət mağazalarını əsas götürsə də, burada bütün biznes sahələri üçün dərs olacaq nümunələr mövcuddur.

"BigCommerce" – in "Hər hansı bir alış-veriş qərarına nə təsir göstərir" başlıqlı yayımladığı cədvələ əsasən müştərilərin satın alma qərarına təsir göstərən ən mühüm 10 amil aşağıdakı kimi sıralanır:

Məhsulun keyfiyyəti – 56%
Pulsuz çatdırılma – 49%
Məhsulun asanlıqla geri qaytarılması – 35%
Müştəri rəyləri – 33%
Vizual axtarış – 30%
Mükəmməl naviqasiya – 26%
Rahat kassa – 24%
Çeşid müxtəlifliyi – 24%
Məxsusi ölçü – 12%
Yeni məhsul – 10%

Eyni zamanda 1995 – ci ildə 70% olan mağazanın daxilində qərar vermə göstəricisi 2012 – ci ildə 76% - ə yüksəldi.

İnternet alış-verişə necə təsir göstərir?

"BigCommerce" – in hazırladığı qrafikə görə alış-veriş edən insanların 62% - i hər hansı bir məhsulu onlayn olaraq satın almamışdan əvvəl mağazadakı çox bahalı məhsulları araşdırır. Həmçinin 10 istifadəçidən 9 – u satın alma ehtimalı olan texnoloji məhsullarla bağlı videoları izlədiyini bildirirlər. Bu baxımdan ağıllı telefonlar vasitəsilə ən çox satılan məhsullar aşağıdakı kimidir:

Elektronik – 64%
Market alış-verişi – 57%
Geyim əşyaları – 54%

Aparılan araşdırmaya görə alış-veriş edən insanların 54% - i ağıllı telefon sahibləridir. Bu insanların 76% - i öz ağıllı telefonlarından əsasən alış-veriş edərkən istifadə edirlər. İstifadəçilərin yarısı alış-veriş zamanı qiymətləri, promosiyaları, məhsul qiymətləndirmələrini və məhsulla bağlı məlumatları yoxlamaq üçün ağıllı telefonlarından istifadə edirlər.

Sosial media alış-verişə necə təsir göstərir?

Araşdırmaya görə istifadəçilərin 81% - i dostlarının etdikləri paylaşımların satın alma qərarlarına birbaşa olaraq təsir göstərdiyini bildirirlər. Bununla yanaşı istifadəçilərin 30% - isə markaların paylaşımlarının dostları tərəfindən yenidən paylaşılması halında onların diqqətini daha çox çəkdiyini söyləyirlər. Həmçinin ana olan qadınların 38% - nin "Facebook" – da bəyəndikləri markalardan alış-veriş etmə ehtimalının digər qadınlara görə daha yüksək olduğu qeyd edilir.

Bununla yanaşı insanların 44% - nin tərkibində şəkillərin olduğu paylaşımlara, 37% - nin isə videoların olduğu paylaşımlara diqqət yetirdiyi görülür. (banco.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2406   Tarix: 01 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Windows 11"dəki "Bloknot"a YENİ FUNKSİYALAR əlavə olundu

"Microsoft" son illərdə "Windows"da quraşdırılmış "Notepad" (Bloknot) proqramını tədricən təkmilləşdirir və indi, nəhayət, orfoqrafik yoxlama funksiyasını əlavə edib. Yenilik "Windows 11"in ən son sınaq versiyasında "Dev" və "Canary" kanallarınd

23 mart
.

Azərbaycanda uşaqları valideynlərindən almaq mümkün olacaq: Bu, hansı hallarda baş verə bilər?

Uşağı valideynlərindən uzaqlaşdırmaq travmatik bir təcrübədir. Əslində, bu, valideynlik hüququndan məhrum edilməzdən əvvəlki son addımdır. Heç şübhəsiz, valideynlərin övladı böyütmək üçün hüquq, vəzifə və öhdəlikləri var. Ancaq uşağın valideynləri ilə qalması onun hüquqlarını pozursa və sağlamlığın

16 mart
.

Azərbaycanda ŞOK: 17 milyona nömrə satılır

Azərbaycanda fantastik qiymətə mobil nömrə satılır. xəbər verir ki, yerli saytların birində yerləşdirilən elanda mobil operatorlardan birinə məxsus nömrənin satış qiyməti fiziki şəxslər üçün 1 milyon 700 min manat təşkil edib. Məlumatda bildirilib ki, bu nömrə hüquqi şəxslər üçün 17 milyon manatdır

16 mart
.

Finlandiya yenə xoşbəxtdir

Finlandiya ardıcıl yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. "Dünya Xoşbəxtlik Hesabatı"na əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir

20 mart
.

İlon Maskın şirkəti ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır

İlon Maska məxsus "SpaceX" şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur. Məlumata görə, şirkətin 2021-ci ildə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına cavabdehdir

17 mart
.

"Zelyonka" və yod ləkələrindən QURTULMAĞIN SADƏ YOLLARI

Dəridəki yod və "zelyonka" ləkələrindən xilas olmaq sadə, eləcə də təsirli proses ola bilər. Bu antiseptiklərdən olan ləkələr adətən 24 saat ərzində öz-özünə yox olur. Lakin onları çıxarmaq üçün səbirsizsinizsə, bunu daha sürətli və daha effektiv etməyə kömək edəcək bir neçə sübut edilmiş üsu

23 mart
.

Azərbaycanda yeni su anbarları yaradılır? - VİDEO

Azərbaycanda 10 yeni sututar tikiləcək. Bununla da sakinlərin suvarma problemi həll olunacaq. Onlardan üçü şimal bölgəsinin payına düşür. Belə ki, su ehtiyatları ilə bağlı artan narahatlıq fonunda təbii su mənbələrindən istifadə alternativ çıxış yollarından biridir. Ətraflı "AzTV Xəbər"in süjetində

23 mart
.

Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı

Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb. Böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb. Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib. Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısınd

24 mart
.

Boşanmaların sayının azalması üçün hansı yaşda evlənməliyik? - Mütəxəssisdən AÇIQLAMA

"Boşanma riskinin daha az olduğu və evlilik üçün ən uyğun yaş həddi 25-30 yaşdır". Bu fikri amerikalı psixoterapevt Lori Qotlib Stiven Bartletin "Diary of a CEO" podkastında bildirib. Qotlib iddia edib ki, çox erkən evliliklərdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağ

16 mart