Ayaq göbələyindən qurtulmaq üçün — QIZIL QAYDALAR

Ayaq göbələyindən qurtulmaq üçün — QIZIL QAYDALARBir çox insanda üzə çıxan və keçici xəstəlik olan ayaq göbələyi barmaq aralarının kəpəklənməsi və qaşınması ilə ortaya çıxır.

Sonxeber.az "ölkə.az"a istinadla xəbər verir ki, nəm və istiliyi sevən, bu şəraitdə sürətlə çoxalan göbələk bu xəstəliyə yoluxan insanların əşyalarından istifadə edən zaman da keçici olur. Bu xəstəliyi müalicə etmək üçün nə etmək lazımdır?

Hamamdan sonra ayaqlarınızı qurulayın

Mantar dəri problemidir. Xüsusən də yay aylarında daha çox üzə çıxır. Bunun qarşısını almaqdan ötrü hamamdan çıxdıqdan sonra ayaqları qurulamaq lazımdır. Çünki islaq ayaqda tər ilə nəmin və istinin artması ilə göbələk yarana bilər. Yay aylarında dəniz və hovuz mövsümü, duş və soyunma-geyinmə otaqları da göbələk üçün şərait yaradır. Steril olmayan manikür və pedikür alətlərindən də uzaq durun.

Müalicə olunmasa təkrarlanır

Ayaq göbələyi qaşıntılarla ilk simptomlarını biruzə verir. Əgər göbələk dırnaqda yaranıbsa, dırnaq altında oyulma, qaralma, qalınlaşma və rəng dəyişikliyi üzə çıxır. Bunu mütləq müalicə etmək lazımdır. Çünki əks halda göbələk yenidən təkrarlanır və infeksiyaya səbəb olur.

Müalicənin təsiri və müddəti

Ayaq göbələyini müalicə etmək üçün krem və sprey müalicəsi məsləhətdir. Müalicə müddəti və yan təsirləri müalicənin formasına və insana görə dəyişir. Bundan başqa krem və sprey ağız yolu ilə qəbul edilən dərmanlara nisbətən daha az yan təsirə sahibdir.

Yayda ayaqlarınızı göbələkdən qorumaq üçün bunları edin:

1.Ayağınızın tərləməməsinə çalışın;
2.Hər gün ayaqlarınızı yuyun. Hamamdan sonra ayaqlarınızı və barmaq aralarını yaxşıca qurulayın;
3.Ayaqqabını uzun müddət ayağınızda saxlamayın;
4.Bağlı ayaqqabı geyinməyin. Bir neçə ayaqqabını bir neçə gün növbə ilə dəyişərək geyinin;
5.İslaq zəminə çılpaq ayaqla basmayın;
6.İctimai idman mərkəzlərində öz tərliklərinizi geyinin;
7.İnsanlarla dolu hovuz ətrafında tərliksiz gəzməyin;
8.Steril olmayan pedikürdən qaçın;
9.Corablarınızı hər gün dəyişin.
10.Başqalarının hamam dəsmalı və ayaqqabılarından istifadə etməyin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2086   Tarix: 01 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səhərlər niyə isti su içməliyik? - 5 SƏBƏB

Bir çox insan acqarına bir stəkan təmiz suyun faydaları haqqında bilir, lakin əksər hallarda insanlar bu ritualı unutmamaq üçün gecələr yatağın yanında qoyduqları suyu içirlər. Ancaq həkimlərin fikrincə, bu səhvdir. Axı, isti su sağlamlıq üçün maksimum fayda gətirəcək. xəbər verir ki, isti su detoksifikasiy

9 mart
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart
.

Hansı hava şəraitində insult riski artır?

Alimlər müəyyən ediblər ki, isti hava şəraitində uzun müddət yüksək temperaturun təsirinə məruz qalmaq kəskin işemik insult riskini artırır. Tədqiqat zamanı 2019-2021-ci illərdə kəskin işemik insult keçirmiş Çindən olan 82 min xəstənin məlumatları təhlil edilib. Alimlər xəstələrin yaşı, pis vərdişləri

3 mart
.

Qan təzyiqini tez aşağaı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığın

6 aprel
.

Arıqlamaq üçün vacib olan "toxluq molekulları"nı necə yaradaq?

Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi "toxluq molekulları" əmələ gətirir. Bənzər bir maddə "Metformin" adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur. Qan şəkərinə nəzarət etmək üçün metmorfi

23 mart
.

Keratinin qorxunc fəsadından danışan dermotoloq: "Demək olar ki, zəhərdir" - VİDEO

Son vaxtlar saçlarını keratin etdirən xanımların sayı artıb. Tez-tez müraciət edilən saç düzləşdirmə prosedurunun orqanizmə bir çox zərərləri var. Keratinin tərkibində müəyyən kimyəvi maddələr olur ki, bu da orqanizmdə fəsadlara yol açır. xəbər verir ki, mövzu ilə bağlı "Günə doğru" verilişin

17 aprel
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. xəbər verir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərinə görə, sü

16 mart
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31 mart
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

7 aprel