Deputat: Birdə səhər durub gördük ki, "üzən məzənnə" siyasətinə keçilib

Deputat: Birdə səhər durub gördük ki, "üzən məzənnə" siyasətinə keçilibMilli Məclisin deputatı, iqtisadçı alim Vahid Əhmədov Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 10% səviyəsində, faiz dəhlizinin yuxarı və aşağı həddi buna simmetrik diapazonda +/-2% səviyyəsində (yuxarı həddi12%, aşağı həddi 8%) saxlanılmasına münasibət bildirib.

V.Əhmədov "Ölkə.Az"a açıqlamasında deyib ki, Mərkəzi Bankın bu qərarı çox doğru addımdır:

"Ümumiyyətlə, son vaxtlar Mərkəzi Bank çox normal pul-kredit siyasəti aparır. Mərkəzi Bank rəhbərliyi tərəfindən pul kütləsinə nəzarət qorunub saxlanılır. Bu isə müsbətdir".
Deputat qeyd edib ki, artıq Mərkəzi Bank "üzən məzənnə" siyasətinə keçməyə hazırlaşır:

"Birdə səhər durub gördük ki, "üzən məzənnə" siyasətinə keçilib. İnanmıram ki, bu il ərzində "üzən məzənnə"yə keçilsin. Yəqin ki, gələn il "üzən məzənnə"yə keçilə bilər. Bunun üçün müəyyən şərtlər mövcuddur. Birinci növbədə neftin qiyməti əsas rol oynayır. Əgər neftin qiyməti 70-75 dollar olarsa, əlbəttə ki, bunu həll etmək olar. Eyni zamanda qeyri-neft sektorundan gələn vəsaitin həcmi də çox yüksək olmalıdır. Pul kütləsinə nəzarət mexanizmi daha da şəffaf və sərt olmalıdır ki, xaricə valyuta axınının qarşısı alınsın. Yəni, burada bu kimi məsələlər olduğu üçün birdən-birə "üzən məzənnə"yə keçmək çox asan məsələ deyil. Burada müəyyən qədər ciddi risklər mövcuddur".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4265   Tarix: 01 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Doğum sayı azalıb, ölüm halı dəyişməyib

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb. 2024-c

12 dekabr
.

Dövlət qurumu deputatın şirkətindən 67 min manatlıq mebel alır

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 67 281,24 manatlıq mebel avadanlıqları alacaq. Qaynarinfo-nun məlumatına görə, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi isə "Embawood"

16 dekabr
.

Gələn il də maaş və pensiyalar artacaqmı?

Pərviz Heydərov yazır. 2026-cı il üçün dövlət büdcəsi gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, başqa sözlə cəmi 0.6% çox olmaqla 38 609 00.0 min manat, xərcləri isə 296 milyon manat, yəni cəmi 0.7% çox olmaqla 41 703 600.0 min manat təşkil edəcək. Lakin cəmiyyəti maraqlandıra

22 noyabr
.

Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərclərini 25 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 11,534 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 % azdır. Noyabrda Türkiyə Azərbaycana 550,3 min AB

6 dekabr
.

Bu il problemli kreditlərin həcmi 13,5 faiz artıb

2025-ci il noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artaraq 31 milyard 169.4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı v

13 dekabr
.

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 %-ə yaxın artıb

Bu ilin dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 % artaraq 850,9 min təşkil edib. Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 9,

6 dekabr
.

Gürcüstanın Azərbaycandan pendir və kəsmik alışına çəkdiyi xərci 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 343,2 min ABŞ dolları dəyərində pendir və kəsmik idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 5,7 dəfə çoxdur

6 dekabr
.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 19 %-dən çox azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 39,034 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 % azdır. Noyabrda Türkiyə Azərbaycan

6 dekabr
.

Mərhum nazirin şirkətinə 364 min manatlıq sifariş

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATA Texnologiya" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 364 124,4 manat təşki

5 dekabr