"Ter-Petrosyan xəritədə Ağdərə-Ağdam-Füzuli- Cəbrayıl yoluna baxdı, tapşırdı ki..."

"Ter-Petrosyan xəritədə Ağdərə-Ağdam-Füzuli- Cəbrayıl yoluna baxdı, tapşırdı ki..."Ermənistanda Qarabağ klanının bir sıra odioz nümayəndələrinin, o cümlədən keçmiş prezident Robert Köçəryanın həbsi "Azərbaycana bir qarış da olsun torpaq qaytarmamaq" tərəfdarlarını narahat edib. Belələri hesab edir ki, Azərbaycan ərazilərinin işğalına bilavasitə rəhbərlik edənlərin siyasi səhnədən uzaqlaşdırılması, cinayətkar sifətlərinin açılması gələcəkdə torpaqları qaytarmağa zəmin hazırlaya bilər. Bu günlərdə Levon Ter-Petrosyanın başçılıq etdiyi "Erməni Milli Konqresi"nin nümayəndəsi Zoya Tadevosyanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğal edildiyi və bütün beynəlxalq normalara görə Azərbaycan əraziləri olduğu barədə bəyanatı münaqişənin nizamlanması üçün hər hansı güzəştləri istisna edən erməni dairələrində qiyam əhval-ruhiyyəsi yaradıb. Hətta Qarabağda ordunu belə küçələrə çıxmağa və torpaqların qaytarılmalı olduğu haqda danışmağa cəsarət edən "milli satqınlara" qarşı etiraz etməyə çağıranlar olub.

Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, belə çağırışla çıxış edənlərdən biri-Ermənistan müdafiə nazirinin keçmiş müavini (habelə qondarma "dqr"-in keçmiş "vitse-premyeri") Artur Aqabeyan özünün Facebook səhifəsində keçmiş prezident Levon Ter-Petrosyanın torpaqların qaytarılması məsələsində mövqeyinin əslində necə olduğu barədə yazıb.

Artur Aqabekyan yazır: "1995-ci ilin yayında Ermənistan prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağa gəldi. Qarabağ müdafiə ordusunun komandanı Samvel Babayanın kabinetində səkkiz müdafiə rayonunun komandirləri və müdafiə ordusunun komandan müavinləri ilə görüşmək istədiyini bildirdi. Müdafiənin təşkili barədə məruzə ilə Seyran Ohanyan çıxış etdi. Levon Ter-Petrosyan Seyran Ohanyana müraciət edib dedi ki, ona xəritədə Mardakert (Ağdərə)-Ağdam-Martuni (Xocavənd)-Füzuli-Cəbrayıl avtomobil yolunu göstərsin, məsafəni desin. Sonra o sərəncam verdi, müharibənin yenidən başlayacağı təqdirdə bu cəbhəboyu yolun əhəmiyyətindən danışdı. Tapşırdı ki, bu yol həmişə təmirli, işlək olmalıdır. Sonda o çox mühüm bəyanat verib dedi ki, biz hələ bundan sonra torpaqların qaytarılması, güzəştlər və qarşılıqlı güzəştlər haqda minlərlə söz eşidəcəyik. Dedi ki, mən torpaq almamışam və torpaq da güzəştə gedən deyiləm. İstənilən danışıqlar nəticəsində siz "hə" və ya "yox" deməlisiniz və müharibəyə hazırlaşmaq lazımdır. Sonra o mənim komandir olduğum cənub-şərq müdafiə xəttinə getdi. Mən Levon Ter-Petrosyanı, Samvel Babayanı və digərlərini Qaraxanbəyli kəndinə apardım, orada təmas xəttindəki vəziyyət barədə məlumat verdim".

Ermənistan müdafiə nazirinin keçmiş müavini bildirir ki, torpaqların qaytarılması məsələsi 2016-cı ilin aprel döyüşlərindən sonra yenidən qaldırılıb. Serj Sərkisyan Qarabağa gələrək hərbi-siyasi rəhbərliklə görüşüb. Həmin görüşdə "dqr"in keçmiş "prezidenti" Arkadi Qukasyan da iştirak edirdi.

"Serj Sərkisyan danışıqların gedişi barədə ətraflı məlumat verdi və hər kəsin mövqeini dinləmək istədiyini bildirdi. Etiraf edirəm ki, vahid mövqe ortaya qoyulmadı. Lakin dominant mövqe bundan ibarət idi ki, müharibəyə hazırlaşmaq lazımdır. Həmin görüşdə Dağlıq Qarabağ əhalisi arasında keçirilmiş rəy sorğusunun nəticələri də səsləndi, hansı ki, əhalinin 97 faizi hər hansı güzəştin əleyhinə idi..."-Aqabekyan bildirir.

Erməni siyasətçi əmindir ki, bu mövqe Nikol Paşinyanın hakimiyyəti üçün də əsasdır, yəni güzəştə yox, müharibəyə hazırlaşmaq lazımdır.

Beləliklə, Ermənistanda hələ ki, Qarabağ məsələsində hər hansı güzəşti istisna edən ictimai rəy hakimdir və belə vəziyyətdə danışıqlara hansısa ümid bəsləməyin yersiz olduğu bu ölkədə baş vermiş hakimiyyət dəyişikliyinə baxmayaraq bir daha aşkara çıxır...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2075   Tarix: 04 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Qisas əməliyyatı" nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəf

13 fevral
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart
.

Azərbaycan Ordusunun zabiti qətlə yetirildi - Saxlanılan var

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevin ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-c

27 yanvar
.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel
.

Ukraynada çörək sexinə raket düşdü: 28 nəfər həlak oldu

Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində raket çörək sexinə düşüb. Nəticədə 28 nəfər həlak olub. Məlumata görə, daha 10 nəfər xəsarət alıb. Ölənlərin 18-i kişi, doqquzu qadın və biri uşaqdır. Raketin Ukrayna Silahlı Qüvvələri tərəfindən HİMARS sistemilə buraxıldığı iddia edilir

4 fevral
.

İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ

İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu

14 aprel
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel
.

Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını yaydı. nazirliyə istinadən icmalı təqdim edir:

21 yanvar