Mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə bu xəstəliklər daha azdır

Mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə bu xəstəliklər daha azdırÜrək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yer tutur. Bu xəstəlik dünyada çox yayılsa da, müəyyən sadə qaydalara əməl edən xəstə özünü onun ağır fəsadlarından qoruya bilər. Yağlı, duzlu, qızardılmış qidalardan imtina etmək, daha çox balıq yemək mütəxəssislərin tövsiyə etdiyi qaydalar arasındadır. Balıq ürəyin sağlamlığına çox müsbət təsir edir, fəaliyyətini yaxşılaşdırır. Məhz bu səbəbdən mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəlikləri daha az yayılıb.

Sonxeber.az bildirir ki, bu barədə "azərtac"a M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin invaziv uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov məlumat verib.

Kardioloq əti həftədə 1-2 dəfə yeməyi, qidalanmada duzun həcmini minimuma çatdırmağı məsləhət görüb. O, bildirib ki, duz damarların sağlamlığına mənfi təsir edir: "Qida rasionunuza kaliumla zəngin olan qidaları daxil edin. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Üzüm, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s. kaliumla zəngindir. Un məmulatlarının və şirin qidaların qəbulunu azaldın. Bununla yanaşı, insan orqanizminə ciddi ziyan vuran marqarin, spred və s. kimi yağları, fast-fud, dükanlarda satılan müxtəlif peçenye, vafli, hazır tortlar və s. kimi məhsulları qida rasionunuzdan çıxardın. Yağlı süd məhsullarını (yağlı pendir, xama, qaymaq və s.) yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin (kəsmik, yoğurt, kefir və s.)".

Mütəxəssis artıq çəkidən əziyyət çəkənlərin arıqlamasını tövsiyə edib. O, bildirib ki, həkimlərin müşahidələrinə görə, bədən çəkisinin azalması xəstənin vəziyyətini xeyli yaxşılaşdırır. E.İmanov çox yorulmamağı, tez-tez istirahət etməyi, kifayət qədər yatmağı, gündə 2 dəfə açıq havada gəzməyi məsləhət görüb. "Səhhətiniz buna yol verirsə, yüngül bədən tərbiyəsi ilə məşğul olun. Lakin bu haqda əvvəlcədən həkimlə məsləhətləşməyiniz vacibdir. Bağırsaqların fəaliyyətinə fikir verin, qəbizliyi müalicə edin. Bunun üçün qida rasionunuzda hər gün meyvə-tərəvəz, göyərti olmalıdır. Stressdən uzaq olun. Hər hansı söhbət, vəziyyət sizi qıcıqlandırır, əsəbləşdirirsə, söhbəti davam etdirməyin, həmin insandan, yerdən və s. uzaqlaşın. Həkimlər sübut edir ki, kütləvi informasiya vasitələri (televiziya, İnternet və s.) müasir insanlar üçün ciddi stress mənbəyidir. Bu səbəbdən insanlar televizorun və kompüterin qarşısında daha az vaxt keçirməlidirlər", - deyə kardioloq vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 971   Tarix: 04 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart
.

Arıqlamaq üçün vacib olan "toxluq molekulları"nı necə yaradaq?

Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi "toxluq molekulları" əmələ gətirir. Bənzər bir maddə "Metformin" adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur. Qan şəkərinə nəzarət etmək üçün metmorfi

23 mart
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. Dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxilə ehtiyacından xilas edə bilər. Dərmanla müalicə iki həftəlik fasilələrl

27 yanvar
.

"Xərçəngə daha çox bu qadınlarda rast gəlinir"

"Uşaqların süni qidalanması son 20 ildə sürətli şəkildə artıb. Ana südü ilə qidalanma kəskin azalıb". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. Deputat vurğulayıb ki, bu, təhlükəli tendensiyadır: "Dünyad

28 fevral
.

Dünyada daha bir epidemiya gözlənilir: Gözlərinizi qoruyun!

Qadjetlərdən geniş istifadə miyopiyanın dünyada yayılmasına səbəb olub. Problem xüsusilə 1997-2012-ci illər arasında doğulanlar arasında müşahidə olunur. Sonxeber -a istinadən xəbər verir ki, bu barədə göz cərrahı Yorn Yorgensen danışıb. Həkimin sözlərinə görə, Böyük Britaniyada son 30 ildə yeniyetmələ

10 mart
.

Bişmiş qarğıdalının orqanizmə 12 faydası – Bu xəstəliklərdə effektivdir

Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər. Qarğıdalının faydaları və zərərləri barədə ətraflı məlumat almaq üçün məqaləni oxuyun. Bizdə isə qarğıdalı az xörəkd

23 mart
.

Professor xərçənglə bağlı həyəcan təbili çaldı: müayinədən keçməsəniz...

Tibbi onkologiya mütəxəssisi professor Deniz Yamaç dünyada xərçəng xəstəliyində ciddi artım olduğunu bildirib. Həkimin sözlərinə görə, tədbir görülməsə, 30 ildən sonra xərçəng hadisələrinin 75 faiz artacağı təxmin edilir. Professor hər kəsin sağlamlıq təşkilatlarının tövsiyə etdiyi skrininq proqramlar

11 fevral
.

Müalicəvi Masajın insan Sağlamlığına xeyirləri

Masaj Bütün bədənin başdan başa ən azı bir saat masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur. Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəcikləri

24 mart
.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart