Xanəndələrin ölümü ilə bağlı şok detallar: 4 nəfər həbs olundu

Xanəndələrin ölümü ilə bağlı şok detallar: 4 nəfər həbs olunduBərdədə törədilən dəhşətli qətl və intiharın düyünləri açıqlamağa başlayıb. Həmin gün, avqustun 1-də gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayıldı.

Sonradan isə məlum oldu ki, baş verənlərin yol nəqliyyat hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Yayılan xəbərlərə görə, Novruz Hüseynov öz xanəndə dostu Miryusif Mirizadəni çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra idarə etdiyi avtomobili qəzaya uğradıb. Sonra isə Qarabağ kanalına gələrək, intihar edib.

"Yeni Müsavat"a daxil olan məlumatda deyilir ki, olay Novruz Hüseynovun evində baş verib. Orada Novruz Hüseynovun yeni maşın alması ilə bağlı məclis olub. Məclisdə yaranan mübahisə zəminində belə bir qanlı olay meydana gəlib. Ailənin tək övladı olan Miryusif Mirizadə öldürülüb. Sonradan baş verənlər isə cinayətin ört-basdır edilməsinə xidmət edən addımlar olub. Hadisənin şahidləri və mümkün iştirakçıları sırasında ev sahibi Novruz Hüseynovun yaxınlarının olması haqda da dəqiqləşməmiş məlumatlar var. Belə iddialar da var ki, qətllə əlaqədar Novruz Hüseynovun qardaşı Azər Hüseynov və daha 3 nəfər də istintaqa cəlb edilərək saxlanılıblar. Qətllə bağlı istintaq hərəkətləri Baş Prokurorluğun xüsusi nəzarətinə götürülüb.

Mərhum Miryusif Mirizadənin dayısı oğlu, tanınmış xanəndə Səbuhi İbayev baş verən dəhşətli olayla bağlı bunları deyib: "Biz də bilirik ki, bu, qətldir, avtoqəza deyil. Hüquq-mühafizə orqanlarından bizə də konkret bir söz deməyiblər. Bərdə Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Biz də eşitmişik ki, hadisə ailəsinin gözünün qabağında olub. Amma dəqiq bir məlumat verilməyib. Gözləyirik".

Mərhum Miryusif Mirizadənin əmisi Mirsəməd Mirizadə deyib ki, Novruz Hüseynov hadisədən əvvəl Bakıda maşın alıb və qardaşı oğlundan birgə rayona getmələrini xahiş edib: "Qardaşım oğlundan da xahiş edib ki, maşınla rayona getsinlər. O da xahişini yerinə yetirib. Orada nə baş verdiyini dəqiq bilmirik. Bizim məlumatımız yoxdur".

M.Mirizadə deyib ki, hadisədən sonra Novruz Hüseynovun qardaşının saxlanılması ilə bağlı onlara hər hansı bir məlumat verilməyib.

O deyib ki, hadisədən sonra onlara qardaşı oğlunun qəzaya düşməsi haqda məlumat verilib: "Ekspertlər isə bədəni üzərindəki xəsarətləri görəndən sonra deyiblər ki, bu xəsarətlər avtoqəzalıq deyil. Yəni bıçaqla qətlə yetirilib. Bundan sonra araşdırmağa başlayıblar. Hələlik dəqiq bir məlumatımız yoxdur".

Bundan əvvəl M.Mirizadə azvision.az-a demişdi ki, xəbəri ilk bilən qardaşı olub: "O, keçmiş polis əməkdaşıdır. Polis idarəsində Miryusifin soyadından biliblər ki, bizim qohumumuzdur. Ona görə də ilk ona zəng ediblər. Daha sonra meyiti Bərdə Polis Şöbəsinin əməkdaşları morqa aparıblar və orada ekspertiza edilib. Miryusifin bədənində elə yaralar var ki, ekspertizadan keçəndə şübhələr doğurub. Müəmmalar var. Çox dəhşətli vəziyyətdir. Təsəvvür edin, maşın yuvarlanıb, ağacları qıra-qıra gedib. Biz hələ də bilmirik ki, nə baş verib? Qəzadır, yoxsa qətl, bilmirik. Miryusif elə vəziyyətdə idi ki, biz onun meyitinə baxa bilmədik. Araşdırmadan sonra hər şey dəqiq bilinəcək. İlkin araşdırma zamanı Novruz Hüseynovun evində qan ləkələri aşkar edilib. Ehtimal edilir ki, o, sənət yoldaşını öz evində qətlə yetirib, daha sonra izi itirmək üçün onu avtomobilə qoyaraq ərazidən uzaqlaşmağa çalışıb. Hətta yaxınlıqdakı yanacaqdoldurma məntəqələrinin kameralarına düşən Hüseynovun qeyd olunan vaxtda avtomobildə tək olduğu görüntülənib. Maşının yük yerinə baxış keçirilərkən orada da qan izlərinin olduğu müəyyən edilib. Bu isə onu deməyə əsas verir ki, o, Mirizadəni evdən çıxarkən avtomobilin yük yerində gizlədib. Törətdiyi hadisəni ört-basdır etmək istəyən Hüseynov bu məqsədlə həmkarının olduğu avtomobili ağaclara çırparaq aşırıb. Bununla xanəndənin qəzada ölməsinə dair görüntü yaratmağa cəhd edib. Lakin törətdiyi qətlin üstünün açılacağından qorxan Hüseynov özünü Qarabağ kanalına ataraq intihar edib. Onu intihardan öncə kanalın yaxınlığında olan çoban görüb. Kimliyi açıqlanmayan çobanın sakinlərə dediyinə görə, N.Hüseynov törətdiyi qanlı cinayətdən dəhşətə gələrək "Ay Allah, mən nə etdim?" deyərək qışqırıb".

"Yeni Müsavat"a daxil olan məlumatda deyilir ki, N.Hüseynovun meyiti ərazidəki çobanın ifadəsindən sonra Qarabağ kanalında axtarılmağa başlayıb: "Həmin çoban istintaqçılara deyib ki, qəzadan sonra ərazidə 2 dəfə "Ay Allah" xitablarını eşidib və suya kiminsə düşdüyü qənaətini formalaşdıran səslər eşidib. Çoban Novruz Hüseynovun özünü kanala atmasını görməyib. Sadəcə, səs eşidib. Bunu istintaqçılara deyəndən sonra kanalda axtarışlara başlanıb. Novruz Hüseynovun meyitini kanalın Ağcabədidən keçən hissəsində aşkar ediblər".

Mənbə olayın sankı əvvəldən hazırlanan plan üzrə germəkləşdirildiyini də bildirib.

Miryusif Mirizadə və Novruz Hüseynov yaxın dost olublar. Olaydan 2 gün sonra Novruz Hüseynovun qardaşı Azər Hüseynov ATV-yə açıqlama verərək qardaşının sənət yoldaşı Miryusif Mirizadəni öldürməsi ilə bağlı məlumatlara inanmadığını bildirmişdi. Demişdi ki, qardaşı Miryusif Mirizadəni ondan çox istəyib. Azər Hüseynov bu işdə müəmmaların olduğunu da diqqətə çatdırmışdı. "Mən qardaşımın belə bir cinayəti törədəcəyinə inanmıram" – deyə bildirmişdi. Əlavə etmişdi ki, cinayətin törədilməsində şübhələndiyi başqa şəxslər var: "İnşallah, hüquq-mühafizə orqanları cinayətin əsl səbəbkarlarını tapacaq".

"Yeni Müsavat" əməkdaşı məsələ ilə bağlı Bərdə Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan açıqlama verməyiblər. Baş Prokurorluğun mətbuat xidmətindən də hər hansı bir şərh verilməyib.

Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 12063   Tarix: 07 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021