Gözlərini yumub-açan mumiyanın sirri açıldı - FOTOLAR

Gözlərini yumub-açan mumiyanın sirri açıldı - FOTOLARDünyanın "yatmış gözəl" olaraq qəbul etdiyi Rosaliya Lombardonun mumiyasının sirri çözülüb.

Taxta beşiyə yerləşdirilmiş şüşə tabutun içindəki qız uşağının mumiyası müntəzəm olaraq gözlərini yumub açır.
Rosaliya 1918-ci ildə İtaliyada anadan olub və 1920-ci ildə "ispan qripi" xəstəliyindən vəfat edib. 98 ildir şüşə tabutda uyuyan mumiya ara-sıra gözlərini yumub açırdı.

Məlum olub ki, həkim Alfredo Salafiya tərəfindən mumiyalanan 2 yaşlı qızın damarlarına bir maye vurulub. Amma həkim mayenin tərkibini heç vaxt açıqlamayıb.

Rosaliyanın mumiyası İtaliyanın Palermo şəhərindəki bir muzeydədir. Alimlər onun necə mumiyalandığının sirrini açmağa çalışırlar. Rosaliyanın meyiti 98 ildir ki, heç xarab olmadan qalıb. O dövrdə başlayan "ispan qripi" Avropada 25.000.000 insanı məhv edib.
Qızını itirən Lombardo övladını ölümsüzləşdirmək istəyib. Bu işi həyata keçirəcək adamı isə Siciliyada tapdı. Mumiya üzrə mütəxəssis Alfredo körpənin meyitini mumiyalayaraq şüşədən hazırlanmış bir məzarın içinə qoydu. Amma həkim mumiyalamada hansı üsuldan istifadə etdiyini heç kəsə demədi və sirrini özü ilə qəbirə apardı.
Alimlər uzun illər mumiyanın sirrini axtarıblar. 1999-cu ildə Palermo universitetinin arxeoloqu Piombino Maskali bu sirri çözür. Maskali təsadüfən bir əlyazma tapır. Salafiya kiçik qızı necə mumiyaladığını bu əlyazmada qeyd edib.

Qeydlərə əsasən, həkim Rosaliyanın damarlarına spirt və salisil qarışığı olan bir maddə vurub. Alimlər əlyazmanı tədqiq ediblər və qliserin, sink, xlor və salistik turşusu ilə mumiyalandığı məlum olub. Bu məhlul qızın bədənini bu günə qədər olduğu kimi saxlayıb.
Başqa bir iddiaya görə isə 2 yaşlı qızın mumiyasının göz qırpması sadəcə vizual bir hiylədir. Tabutun olduğu yerdəki işıq oyunu səbəbindən mumiyanın gözlərini yumub-açdığı görünür.

İddiaya əsasən, içəri sızan işıq səbəbindən hər 60 saniyədən bir kiçik qız gözünü açıb-bağlayır.

mənbə: olke.az
Gözlərini yumub-açan mumiyanın sirri açıldı - FOTOLARGözlərini yumub-açan mumiyanın sirri açıldı - FOTOLARGözlərini yumub-açan mumiyanın sirri açıldı - FOTOLARGözlərini yumub-açan mumiyanın sirri açıldı - FOTOLARGözlərini yumub-açan mumiyanın sirri açıldı - FOTOLARGözlərini yumub-açan mumiyanın sirri açıldı - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3759   Tarix: 07 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021