"Baxırsan ki, 20 yaşında əxlaqsız bir qız toylara gedib pullar qazanır" — Araz Əlizadə Samiraldonun fəxri ad istəyindən DANIŞDI

"Baxırsan ki, 20 yaşında əxlaqsız bir qız toylara gedib pullar qazanır" — Araz Əlizadə Samiraldonun fəxri ad istəyindən DANIŞDIMilli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə stilist Samiraldo və digər şou-biznes nümayəndələrinin fəxri adlar istəməsindən danışıb.

Sonxeber.az-ın məlumatına görə, A.Əlizadə "ölkə.az"a açıqlamasında bildirib ki, fəxri adlar Sovet İttifaqı dövründən qalıb:

"Sovet dövründə fəxri adlar verilirdi, insanların maaşları artırdı, konsert proqramlarında qonarlar artırdı və sairə. İndi isə bunun heç bir mənası yoxdur. Bəzən baxırsan ki, 20 yaşında əxlaqsız bir qız toylara gedib pullar qazanır. Kimsə deyə bilərmi ki, ABŞ, Böyük Britaniyada xalq artisti və sairə fəxri adlar var? Qərbdə belə bir hallar mövcud deyil. Ona görə də fəxri adların verilməsini ləğv etmək lazımdır. Atalarımızın bir misalı var: "abır yoxdursa, oynamağa nə var!" İndi bu adamlarda abır yoxdursa, durub fəxri ad tələb etməyin heç bir mənası yoxdur".

Deputat deyib ki, Sovet İttifaqı dövründə xalq artisti fəxri adı Şövkət Ələkbərova kimi sənətkarlara verilib:
"Ancaq indi baxın görün ki, xalq artistdi kimlərə verilir. Heç birinə baxan yoxdur. O Samiraldonu heç tanımıram. Ümumiyyətlə, mən nə səhər yeməklərinə, nə də bayağı konsertlərə baxmıram. Telekanallarda yalnız xəbərlərə və siyasi verilişlərə baxıram".

Xatırladaq ki, məhşur stilist Samiraldo Unikal.org-a açıqlamasında fəxri ad almaq istədiyini bildirib:

"Mənim fəxri adımı öncə Allah verib ki, məni milyonlarla insana sevdirib. Mən onlarla filmlərdə rol almışam. Öz rolumu - Samiraldo obrazımı canlandırmışam. Hətta çox filmlərə çəkilməkdən imtina etmişəm. Guya, fəxri ad alanların çoxu buna layiqdir? Əminəm ki, dövlət də mənə fəxri ad verəcək. Niyə verməsinlər ki? Mən də Azərbaycan vətəndaşıyam. Mən insanların sevimli Samiraldosuyam. Niyə də olmasın?Allah məni son illər ərzində çox mükafatlandırdı.Əminəm ki, dövlət də məni yaxın zamanlarda fəxri adla mükafatlandıracaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 5213   Tarix: 07 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021