Şəhriyarın adına metro stansiya? - Tuneldə qalan cavab

Şəhriyarın adına metro stansiya? - Tuneldə qalan cavabAzərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən ənənəvi beynəlxalq superturnirin qalibi olmaqla tarixi uğura imza atdı desək, yanılmarıq.

Hər halda 33 yaşlı qrossmeysterin norveçli Dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanması adi hadisə deyil. Özü də o, bunu sona bir tur qalmış bacardı.

Düzdü, idmançılarımızın beynəlxalq arenada qazandığı uğurlar istər dövlət, istərsə də federasiyalar tərəfindən yüksək dəyərləndirilir, onların zəfəri müxtəlik mükafatlarla qiymətləndirilir.

Bəs görəsən, idmanın inkişafı və gənclərin bu sahəyə olan marağını artırmaq üçün daha nələr etmək olar? Məsələn, müvəqqəti də olsa, metro stansiyalardan biri qısa müddətlik Şəhriyarın adını daşıya bilərmi? Niyə də yox? Bu, həm idmançı üçün əlavə motivasiya olacaq, həm də onun daha da tanınmasına şərait yaradacaq.

Nəzərə alaq ki, dünya təcrübəsində belə nümunələr var. Məsələn, Fransa millisinin dünya çempionu olmasından sonra Parisdə iki metro stansiyasının adı dəyişdirilib. Müvəqqəti olaraq ​"Notre-Dame des Champs" stansiyası millinin baş məşqçisi Didye Deşamın şərəfinə "Notre Didier Deschamps" və "Champs Elysées-Clémenceau" stansiyası "Deschamps Elysées-Clémenceau" adlandırılıb. Bundan başqa, komandanın kapitanı Uqo Llorisin şərəfinə "Victor Hugo" stansiyasının adı "Victor Hugo Lloris" olaraq dəyişdirilib. Sözügedən dəyişiklər 6 aylıq nəzərdə tutulub.

Hər halda bu nümunədən Bakı metrosunda da istifadə edilsə, heç nə itirmərik, əksinə qazanarıq. Məsələn, "Ulduz", "Əhmədli" kimi stansiyaların adını idmançının şərəfinə heç olmasa 10 günlük dəyişmək olar.

Görəsən, Bakı Metropoliteni bu təşəbbüslə çıxış edə bilərmi? Bu sualla qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət etdik. O, əməkdaşımızla söhbətində bildirdi ki, stansiyaların adının dəyişdirilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Məmmədov sualımızı metropoliten rəhbərliyinin nəzərinə çatdıracağını, ondan sonra ətraflı cavab verə biləcəyini söylədi. Ötən həftə müraciət etməyimizə baxmayaraq, eşitmək istədiyimiz cavab tuneldə qaldı.

Görünür, metropoliten rəhbərliyinin işçi qəbuluna başı qarışdığından, 3-5 dəqiqə suala cavab verməyə imkanı olmayıb.

Hər halda biz təklifimizi irəli sürdük. İdmançılarımızın növbəti uğurlarında bu barədə fikirləşmək, hətta Nazirlər Kabineti qarşısında təşəbbüslə çıxış etmək olar. Məsələn, növbəti stansiya "Qarabağ"…

yenicag


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3928   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tokioda Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilir

Tokioda Paralimpiya Oynlarının bağlanış mərasimi keçirilir. Avqustun 24-dən sentyabrın 5-dək təşkil olunan yarışlarda 22 idman növündə 539 medal dəsti oynanılıb. Xatırladaq ki, pandemiya səbəbindən ötən il keçirilməli olan, lakin bir il təxirə salınan turnir Azərbaycan idmançıları üçün uğurlu olub. Təmsilçilərimi

5 sentyabr 2021
.

"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu

Azərbaycan Premyer Liqasında II turun digər iki matçı üçün bütün təyinatlar açıqlanıb. xəbər verir ki, ikinci oyun günündə keçiriləcək "Səbail" - "Sumqayıt" görüşü Vüqar Həsənliyə, "Neftçi" - "Qarabağ" qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb. 12 sentyabr. 18:00

11 sentyabr 2021
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

7 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda

5 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə

5 sentyabr 2021
.

Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI

Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin

12 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021
.

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak

6 sentyabr 2021