08.08.2018 tarixi Azərbaycanda toylara təsir edib?

08.08.2018 tarixi Azərbaycanda toylara təsir edib?Adətən eyni rəqəmlərin ardıcıllıqla düzüldüyü gün insanların diqqət mərkəzində olur və əlamətdar gün hesab edilir. 08.08.2018 tarixi də belə günlərdəndir.

Cəmiyyətdə belə bir fkir var ki, guya bu gün toy və digər özəl günlər keçirənlərin sayı başqa günlərə nisbətən daha çoxdur. Səbəb isə insanların belə günlərə daha çox maraq göstərməsidir. Hətta toyunu məhz belə günlərdə, bu tarixlərdə etmək üçün uzun müddət gözləyənlər də az olmayıb və indi də var. Lakin məsələyə bu cür yanaşanların sayı deyəsən ötən illərə nisbətən azalıb. Bakının bir neçə şadlıq evindən aldığımız məlumatlar da bunu nisbətən təsdiqləyir.

Səadət Sarayından Milli.Az-a bildirilib ki: "Bu gün müraciət edənlər nisbətən bir az çoxdur. Lakin demək olar ki, digər günlərlə müqayisədə elə də ciddi bir fərq nəzərə alınmır".

"Neolit" şadlıq evindən Mİlli.Az-a bununla bağlı bunlar bildirilb: "Keçən il əlamətdar günlərdə toy etmək üçün müraciət edənlər indiyə nisbətən çox idi. Bu il isə belə müraciətlər çox az olub".

"Su Sonası" şadlıq evindən isə məsələ ilə bağlı qeyd edilib ki: "08.08.2018-ci il tarixi ilə bağlı toy etmək müraciəti qeydə alınmayıb. Demək olar ki, bizə müraciət edənlər içində belə günləri xüsusi nəzərə alan gənclərlə rast gəlmirik".

Buradan belə nəticəyə gəlmək olar ki, cəmiyyətdə hələ də belə günləri əlamətdar sayan insanlar olsa da, ümumilikdə bununla bağlı fikirlər xeyli dəyişib.

Astroloqlar isə qeyd edir ki, bütün rəqəmlərin izahı var və bununla bağlı numerologiya elmi mövcuddur. "Numerologiya" latın sözü olub "numerus" rəqəm, "logos" elm deməkdir. Bu elmdə rəqəmlərin insan taleyində müəyyən rol oynadığına inanılır. Məsələn, neçənci ildə, ayda, gündə, bütün bunlar hesablanır, bölünür, çıxılır. Alınan rəqəmlər insanın hansı xarakterdə olduğunu xəbər verir. Burada da rəqəmlərin heç birini müqəddəsləşdirmək olmaz. Yəni, oxşar rəqəmlərin yan-yana düzülməyindən nəsə fövqəladə nəticə almağı planlaşdırmaq, fikirləşmək düzgün yanaşma deyil.

Sonda qeyd etmək lazımdır ki, rəqəmlərə mistik və ya xoşbəxtlik gətirən bir səbəb kimi baxmaq olmaz. İnsanlar xoşbəxt olmaq üçün bəhanə axtarırlar. İstəyir ayın 18-i olsun, istəyir 28-i, bunun insanların xoşbəxt və ya uğurlu-uğursuz olmasına heç bir təsiri yoxdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2411   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel