Konqressmenlərdən Trampa təklif – Türkiyəni Ermənistanla əvəzləyək

Konqressmenlərdən Trampa təklif – Türkiyəni Ermənistanla əvəzləyəkABŞ Konqressinin 50-yə yaxın üzvü Trampa məktub yazaraq, onu Ermənistanın yeni baş naziri Nikol Paşinyanla təcili görüşməyə çağırıblar. Məktub, ABŞ Konqressinin erməni məsələləri üzrə komitəsinin təşəbbüsü ilə tərtib olunub. AzVision.az bildirir ki, bu barədə "The Washington Free Beacon"da yazılan məqalədə məlumat verilib.
Məktubda qeyd olunur ki, hazırda ABŞ-la Türkiyə arasındakı münasibətlər olduqca gərgindir və bu gərginlik getdikcə daha da artır. Bu mənada, Vaşinqtonun İrəvanla əlaqələrini daha da gücləndirməsi üçün münbit şans yaranıb və bundan istifadə edərək Tramp tez bir zamanda Paşinyanla görüş keçirməlidir.

Lakin ABŞ prezidentinin administrasiyası "The Washington Free Beacon"un konqressmenlərin məktubu və Trampla Paşinyanın mümkün görüşü ilə bağlı sorğusuna şərh verməkdən imtina edib. Eləcə də Ağ Evin milli təhlükəsizlik şurası da məsələ ilə bağlı sualı cavablandırmaq istəməyib. Lakin Tramp administrasiyasının keçmiş üzvlərindən biri anonim şəkildə "The Washington Free Beacon"a bildirib ki, konqressmenlərin ünvanladığı məktubun mətni ilə tanışdır və bu müraciət Ermənistanla yeni əlaqələrin qurulması üçün fürsət yaradır.

"Ağ Ev mövcud vəziyyətdən istifadə etməlidir. İndiki vaxtda Türkiyə ABŞ-dan və bizim milli maraqlarımızdan üz döndərir. İrəvan isə bununla bağlı bizə çox şey təklif edə bilər. Ermənistan bizimlə yeni əlaqələrin qurulmasına can atır və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlindən gələn hər şeyi edir. Tramp bunu nəzərə almalı və Ərdoğan qarşısında geri çəkilməməlidir." – deyə o bildirib.

Maraqlısı odur ki, "The Washington Free Beacon"dakı məqalədə Trampa göndərilən məktuba imza atan konqressmenlərin kimliyinə də xüsusi diqqət çəkilir. Onların sırasında Konqressin Nümayəndələr Paltasının xarici əlaqələr komitəsinin sədri Ed Roys, həmçinin, Trampın impiçment olunmasını istəyən demokrat konqressmen Adam Şiff də var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3322   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Aprelin 5-də nə baş verəcək? "Avropa İttifaqı Ermənistandakı anti-Rusiya havasını daha da qızışdırmaq istəyir" - POLİTOLOQ

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. Bəzi mənbələr bu görüşdə Ermənistanın Rusiyaya qarşı təhlükəsizli

29 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart
.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart