"Gömrük prosedurları sadələşdirilir" - Komitə sədri

"Gömrük prosedurları sadələşdirilir" - Komitə sədriAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Dövlət Gömrük Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, imzalanma mərasimindən öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektlərilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir və qanunvericilik ardıcıl olaraq təkmilləşdirilir.

Səfər Mehdiyev diqqətə çatdırıb ki, Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Məqsəd sahibkar məmnunluğuna nail olunmaqla xidmətlərin təşkili, göstərilən xidmətlər haqqında sahibkarların maarifləndirilməsi, eləcə də gömrük qanunvericiliyinin icrası zamanı dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, kiçik və orta biznesin ixrac potensialının artırılması məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və birgə layihələrin icra edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini tənzimləməkdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, bu tədbir dövlət xidmətlərinin effektivliyinin artırılması və bu xidmətlərdən kiçik və orta sahibkarlığın faydalanması baxımından dövlət qurumları arasında əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirir. Ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən strateji xəttin ardıcıl olaraq reallaşdırılması və bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlığa yönəlik dövlət xidmətlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda bu tendensiya davam edir və yeni dövrün çağırışları, o cümlədən sahibkarlara göstərilən xidmətin operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsipi əsasında həyata keçirilməsi birgə əməkdaşlığı şərtləndirir.

Orxan Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək üçün birgə səylər göstəriləcək, bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə yaxından əməkdaşlıq ediləcək. Əlamətdar haldır ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi əməkdaşlıq və qarşılıqlı fəaliyyət göstərilməsinə dair ilk memorandumu Dövlət Gömrük Komitəsi ilə imzalayır. Memorandum qarşılıqlı fəaliyyət istiqamətləri və formalarını, mexanizimləri özündə əks etdirməklə yanaşı, sahibkarların xarici iqtisadi fəaliyyətinin daha şəffaf şəkildə həyata keçirilməsinə zəmin yardacaq, kiçik və orta sahibkarlar vaxt itkisi ilə üzləşmədən daha keyfiyyətli xidmətlər əldə edəcəklər.

Sonra Anlaşma Memorandumu imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.

Daha sonra mərasimdə iştirak edən media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, Anlaşma Memorandumunda səlahiyyətli iqtisadi operator (SİO) statusunun verilməsi sahəsində hüquqi şəxslərin maarifləndirilməsi, bu statusu almaq niyyəti olan şəxslərin namizəd kimi irəli sürülməsi və qanunvericilikdə müəyyən edilmiş şərtlərin və öhdəliklərin yerinə yetirilməsi üzrə birgə dəstəyin verilməsi; gömrük nəzarəti zonalarında və gömrük rəsmiləşdirilməsinin aparıldığı digər yerlərdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) idxal-ixrac əməliyyatları üzrə fəaliyyətinin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməsinə köməklik göstərilməsi, eləcə də gömrük orqanları ilə KOB-lar arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi məqsədilə "KOB Evi - Gömrük və Logistika adaları"nın təsis olunması; KOB-ların "Yaşıl dəhliz" buraxılış sistemlərindən istifadə üzrə maarifləndirilməsi və SİO statusu almaq niyyətində olan sahibkarların bazasının yaradılması; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin tətbiqi və "Yaşıl Dəhliz Xidməti"nin birgə təşkil edilməsi və s. məsələlər öz əksini tapıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1256   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel