ABŞ rial və lirənin ardınca rublu da çökdürür

ABŞ rial və lirənin ardınca rublu da çökdürürABŞ Rusiyaya qarşı heç bir izahat vermədən və detalları açıqlamadan yeni sərt sanksiyalar tətbiq edib. Virtualaz.org xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyi bəyanat yayaraq sanksiyaların "əjdahasayağı oldğunu" bildirib.

"Avqustun 8-də bizim səfirliyin müşavirinə Dövlət Departamentində Rusiyanın Solsberidə Böyük Britaniya vətəndaşlarına qarşı "Noviçok" qazından istifadə etdiyi barədə uydurma bəhanələrlə yeni "əjdahasayağı" sanksiyaları elan ediblər. Hər hansı fakt və ya sübut təqdim edilməyib. Dəqiqləşdirici suala Amerika tərəfi məxfiliyi əsas gətirərək heç bir izahat verməyib"-səfirliyin bəyanatında bildirilir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti elan edib ki, avqustun 22-dən etibarən Moskvaya qarşı Rusiyanın Solsberidə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq yeni sanksiyalar qüvvəyə minəcək. Sanksiyaların detalları barədə açıqlama verilməyib. Amma xəbər verilir ki, qadağaların birinci mərhələsi Rusiyaya ikili təyinatlı malların təchizatına aidir. 90 gün sonra qüvvəyə minəcək ikinci dalğada isə Rusiya aviaşirkətlərinin ABŞ-a uçuşlarının dayandırılması, Birləşmiş Ştatlardan Rusiyaya ixracın demək olar kəsilməsi nəzərdə tutulur.

ABŞ-ın qəfildən Rusiyaya qarşı yeni sərt sanksiyalar barədə qərarı elan etməsindən əvvəl bir qrup nüfuzlu senator Konqresə Moskvaya qarşı daha bir sanksiya paketinə dair qanun layihəsi təqdim etmişdilər. Bu qanun layihəsində Rusiyanın dövlət borclarının alınmasına qadağadan tutmuş bir sıra sərt məhdudiyyətlərə dair təkliflər yer alır.

ABŞ-ın yeni sanksiyaları barədə xəbərlər Rusiya rublunun məzənnəsinin kəskin aşağı düşməsinə səbəb olub. Dünən günün ikinci yarısından etibarən rubl çökməyə başlayıb və 2016-cı ilin payızından bəri ən aşağı məzənnəyə enib. Hazırda 1 ABŞ dolları birjalarda 65.2 rubla satılır. Bu, rublun bir gündə 2 bənd ucuzlaşması deməkdir. Gözlənilir ki, rublun çökməsi bu gün də davam edəcək.

Qeyd edək ki, ABŞ-ın sanksiyalarına görə digər qonşu ölkələrdə-İran və Türkiyədə də milli valyutaların sürətlə ucuzlaması baş verir. ABŞ-ın İranla nüvə razılaşmasından çıxacağı haqda bu ilin aprelində xəbərlərin yayılmasından sonra rial sürətlə ucuzlaşmağa başladı. Avqustun 7-də ABŞ-ın sanksiyalarının rəsmən qüvvəyə minməsinə qədər İran milli valyutası iki dəfədən çox dəyərdən düşmüşdü.

Türkiyədə də ABŞ-la münasibətlərdə neçə vaxtdır yaşanan gərginliyə görə lirənin sürətlə ucuzlaşması baş verməkdədir. Bu gərginlik ölkədən kapital axınını sürtləndirib, invesotları yatırım qoymaqdan çəkindirib və iqtisadi göstəricilərin pisləşməsinə səbəb olub. Hazırda 1 ABŞ dolları 5.3 Türkiyə lirəsinə satılır, lirə az qala hər gün ucuzlaşır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2654   Tarix: 09 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Zədələnmiş pullar nə vaxt yararsız hesab olunur? - VİDEO

Nağd alış-veriş etdikdən və ya bankomatdan pul çıxardıqdan sonra zədələnmiş pulla qarşılaşa bilərik. Belə hallar ilə üzləşdikdə biz bu zədələnmiş əskinasdan nağd alışlar üçün istifadə etməyi düşünürük. Lakin əksər alış-veriş məntəqələri, supermaketlər məhsul ödənişi zamanı zədələnmiş yaxud cırılmış pullar

31 yanvar
.

Müalicəyə ehtiyacı olan Ülvinin atası: "Tək övladımızdır, borc almaqdan da utanırıq artıq" - FOTO

10 yaşlı Ülvinin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə -a onun atası Ayaz İbrahimxəlilov məlumat verib. O bildirib ki, övladı anadangəlmə beta-talassemiya xəstəliyindən əziyyət çəkir. "Ülvi artıq 10 ildir ki, beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz ilk gündən onu

13 mart
.

SON DƏQİQƏ! Bu tarixdə benzin və dizel bahalaşacaq

Hazırda güclü tələb fonunda qlobal neft hasilatı imkanları məhduddur. Böyük Britaniyanın BP şirkətinin rəhbəri Mutrrey Okinklossun investorlarla söhbət zamanı deyib ki, dünyada dizel istehsalı güclərində çatışmazlıq var, gələcəkdə benzin istehsalı ilə bağlı da eyni vəziyyət yaranacaq. BP rəhbəri həmçinin

10 fevral
.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Ekspert: "Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır"

"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib. O, "Report"a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır. P.Vəliyeva qeyd edib ki, burada qızıl yatağını

27 yanvar