Gizlicə evinə girdi, özünü yatdığı yerdə, anasını isə... - "Pulya Nəriman"ndan ağlasığmaz əməl

Gizlicə evinə girdi, özünü yatdığı yerdə, anasını isə... - "Pulya Nəriman"ndan ağlasığmaz əməlLənkəran şəhərində qətl, quldurluq və digər ağır cinayət törətməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Nəriman Fatullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Nəriman Fatullayev tanıdığı və münasibətdə olduğu Lənkəran şəhərinin mərkəzi bazarında zərgərlik fəaliyyəti ilə məşğul olmaqla onunla eyni şəhərdə yaşayan "Zərgər Şükür" ləqəbi ilə tanınan Şükür Əhmədovun oğlu Şahin Əhmədovun külli miqdarda olan qızıl-zinət əşyalarını və digər əmlakını tamah məqsədilə ələ keçirmək qərarına gəlib.

Bu məqsədlə o, 4 iyun 2008-ci il tarixdə, saat 07 radələrində əvvəlcədən hazırladığı plana əsasən basqında istifadə etmək üçün nəzərdə tutulmuş silah qismində bıçaqla silahlanıb və maska taxaraq Şahin Əhmədovun yaşadığı Lənkəran şəhəri, Koroğlu küçəsi 71 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından içəri daxil olub.

Zərgər necə öldürüldü?

Nəriman Fatullayev evin bağlı vəziyyətdə olan giriş qapısının açılmasını gözləyib. Bu zaman Şahin Əliyevin anası Əzizənin qapını açaraq evin birinci mərtəbədə yerləşən mətbəxə düşməsindən istifadə edib və o, evin ikinci mərtəbəsinə qalxaraq eyvana daxil olub.

Nəriman Fatullayev orada çarpayıda arxası üstdə yatmış Şahin Əhmədovun köməksiz vəziyyətindən istifadə edərək onu qəsdən öldürmək üçün hücum edib, metal boru ilə başından və bədəninin digər nahiyələrindən vurub, sonra bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Şahin Əhmədov həmin zaman aldığı xəsarətlərdən ölüb.

Oğlunun köməyinə gələn anaya qarşı amansızlıq

Daha sonra o, qışqırıq səsinə köməyə gələn Əzizə Əliyevanı da yumruqla vurub. Bu zaman Əzizə onun başından maskanı çıxarmağa cəhd edib.

Nəriman Fatullayev törətdiyi cinayəti gizlətmək üçün öldürmək məqsədilə əlində olan bıçaqla Əzizə Əliyevanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

"Pulya Nəriman" necə ələ keçdi?

Əzizə Əliyevanın qışqıraraq qonşuları köməyə çağırması səbəbindən tutulacağından qorxan Nəriman Fatullayev hadisə yerini tərk edib.

Əzizə Əliyeva vaxtında göstərilən tibbi yardımla sağ qalıb.

2008-ci ildə qətl törədən Nəriman Fatullayev uzun müddət hüquq-mühafizə orqanlarından gizlənə bilib. O, ötən ilin aprelinin 28-də həbs edilib. Nəriman Fatullayev cinayətkar aləmdə "Pulya Nəriman" ləqəbi ilə tanınır.

10 il sonra 8 maddə ilə ittiham

İstintaq orqanı tərəfindən Nəriman Fatullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Nəriman Fatullayevin barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmə istintaqı zamanı tədqiq edilmiş qeyd olunan Lənkəran şəhər-rayon polis şöbəsində 27 may 2010-cu il tarixli əməliyyat məlumatından görünür ki, qeyd edilən cinayət hadisəsinin cinayətkar aləmdə nüfuzlu şəxs kimi aqressiv qəddarlığı ilə seçilən, əvvəllər şəxsiyyət əleyhinə müxtəlif cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunmuş, "Pulya Nəriman" ləqəbli Nəriman Fatullayev tərəfindən törədilməsi barədə əməliyyat məlumatı daxil olur.

"Başından papağı çıxarmağa cəhd etdim"

Məhkəmədə tədqiq edilmiş zərər çəkmiş şəxs Əzizə Əliyevanın ifadəsindən görünür ki, o, 4 iyun 2008-ci il tarixdə səhər saat 07.30-da mətbəxdə çay qoyub və həyətə çıxarkən oğlu Şahinin qışqırıq səsini eşidib: "Həmin vaxt evə daxil oldum. Sifəti tam şəkildə bağlı olmaqla başına yun idman papağı (maska) geymiş, papağın üzərinə isə şüşəsi dairəvi formalı eynək taxmış bir nəfər şəxsə müqavimət göstərdim. Onun başından papağı dartaraq yuxarı çıxarmaq istədim. Həmin şəxs mənə xəsarət yetirdikdən sonra hasardan aşaraq qaçdı".

"Pulya Nəriman"nın qətllə bağlı açıqlaması

Nəriman Fatullayev evində aşkar olunan üzərində gözlüklər düzəldilmiş qara rəngli papağın (maskanın) ona məxsus olmadığını bildirsə də, arvadı Nargilə Səfərova həmin papağın evlərində olmasını təsdiq etməklə papağı 5 yaşlı oğlunun istəyinə görə ona tikdiyini bildirib.

Nəriman Fatullayev qeyd edib ki, hadisə baş verən günü evdə olmayıb. Onun sözlərinə görə, gecə saat 02-03 radələrində Bakı şəhərinə tanımadığı şəxsə məxsus avtomaşınla gedib.

"Pulya Nəriman"a 14 il 6 ay həbs

Məhkəmə bütün sənədləri araşdırandan sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Nəriman Fatullayev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Nəriman Fətullayevin cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Onun cəzasının əvvəli 2017-ci il aprelin 28-dən hesablanıb.

Hökmdən narazı qalan Nəriman Fatullayev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Nəriman Fatullayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nəriman Fatullayevin apelyasiya şikayəti təmin olunmayıb.

mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4410   Tarix: 09 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021