Üzeyirin London küçələrində səslənən mahnısı – VİDEO

Üzeyirin London küçələrində səslənən mahnısı – VİDEO"BBC Azərbaycan"ın müxbiri Vüsal Həmzəyev London küçələrində gəzinti zamanı İngiltərənin paytaxtında müğənni Üzeyir Mehdizadənin mahnılarına qulaq asıldığının şahidi olub.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Həmzəyevin təqdim etdiyi videoda yer alan türkiyəli London rikşaçıları (red. – kiçik ikitəkərli arabaya qoşulub minik və yük aparan adam) böyük həvəslə Üzeyir Mehdizadəni dinlədiyini bildirir.

"Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Londonda Azərbaycan musiqisi sədaları altında gəzintiyə çıxaram", - deyə Həmzəyev söyləyib.

Türkiyəli rikşaçının məsələyə münasibəti belə olub:

"Sevdiyim bir neçə Azərbaycan mahnısı var. "Çırpınırdı Qara dəniz" və "Yaxşı olar" mahnısını çox sevirəm", - deyə türkiyəli rikşa bildirib.

Qeyd edək ki, azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnıları uzun müddətdir ki, Azərbaycan cəmiyyətini iki yerə parçalayıb.

Belə ki, bir qrup onun mahnılarının bayağı olduğunu desə də, digərləri xaricdə yaşayan azərbaycanlılar, eləcə də əcnəbilərin Mehdizadəyə qulaq asdığını əsas gətirərək, ona sevgi və rəğbətlərini ifadə edirlər.

Mübahisələr kifayət qədər gərgin şəraitdə keçsə də, etiraf etmək lazımdır ki, cəmiyyət tərəfindən həqiqətən də Mehdizadənin yaradıcılığına böyük maraq müşahidə olunur.

Onu da əlavə edək ki, Üzeyir Mehdizadənin London küçələrində səslənən "Yaxşı olar" mahnısının klipi və klipsiz versiyası YouTube-də 73 milyondan çox izlənmə sayı toplayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4347   Tarix: 09 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. xəbər verir ki, "Caspian music"in yaydığı məlumatda qeyd edilib:. "Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatl

25 mart
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25 mart
.

Ququş Azərbaycanla bağlı suala belə cavab verdi - Video

Azərbaycanəsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) izləyicilərinin suallarını cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, sənətçi müəllifi olduğu yutub layihəsində Azərbaycanla bağlı da danışıb. O, izləyicisinin "Bir İran azərbaycanlısı olaraq nədən Azərbaycan dilində albom təqdim etməmisiz

18 mart
.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24 mart
.

Röya silahlı insidentdən son anda xilas oldu: "İki dəqiqə sonra səhnəyə çıxacaqdıq" - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident baş verib. xəbər verir ki, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki "Vegas City Hall"da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış. Baş vermiş hadisə ilə əlaqədar konser

23 mart
.

"Bilsəydim, səni dünyaya gətirməzdim..." - Aybəniz Haşımova

"Deyirlər insan yaşa dolduqca çox şeyi unudur. Yaddaşından çox hadisələr, yaşantılar bir-bir silinməyə başlayır. Amma çox xatirələr var ki, hələ də yadımdadır. Hətta onları unutmaq belə istəmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənn

23 mart
.

"Gah "tanış olaq" yazır, gah da məni sevdiyini..." - Kamil

Tanınmış fitnes müəllimi Kamil Zeynallının -a müsahibəsini təqdim edirik:. - Kamil, Rusiyada həbs olunanda müraciət yaymışdınız: rənginiz ayazımışdı. Çox qorxmuşdunuz?. - Qorxusuz insan yoxdur. Kim deyirsə ki, mən heç nədən qorxmuram, yalan deyir. Sırf o məsələdə, həbsimdə qətiyyən qorxmadım. Stres

16 mart
.

Alla Puqaçovanın əri ona məbəd tikdirəcək

Alla Puqaçovanın əri Maksim Qalkin ona qotik məbəd tikdirməyi planlaşdırır. xəbər verir ki, məbəd "Qryazi" kəndində cütlüyün qəsri yanında tikiləcək və onunla bir kompleks təşkil edəcək. İçərisi pravoslav kilsə kimi düzələnəcək məbədin qarşısında park salinması nəzərdə tutulub. Qalkin məbəd

22 mart
.

Terrordan son anda xilas olan Röyadan YENİ AÇIQLAMA - VİDEO

Moskvada dünən terror aktı baş verən ticarət mərkəzində azərbaycanlı məşhurlar da olub. -ın məlumatına görə, silahlı insident baş verən dəqiqələrdə həmin məkanda Xalq artisti Röya Ayxanın konsert proqramı ilə çıxışı planlaşdırılırdı, lakin hadisə səbəbindən konsert təxirə salınıb və sənətçi binadan təxliy

23 mart