İstirahətə gedə bilməyib işləyənlərə 5 maraqlı MƏSLƏHƏT

İstirahətə gedə bilməyib işləyənlərə 5 maraqlı MƏSLƏHƏTArtıq yay fəslinin son ayını, həm də ən qızmar vaxtlarını yaşayırıq. Bu səbəbdən də insanların əksəriyyəti müxtəlif istirahət məkanlarında bu isti günlərin dadını çıxarırlar. İşləyən və məzuniyyətə çıxa bilməyən insanlar üçün isə yayın bu isti günlərini ofisdə masa arxasında çalışaraq keçirmək, yəgin ki elə də ürəkaçan deyil...

Biz də bugünki məqaləmizdə istirahətə gedə bilməyən və yayı işləyərək keçirənlərə, bu vəziyyətin onların motivasiyasına və işdəki məhsuldarlığına mənfi təsir göstərməməsi üçün bəzi tövsiyələr verəcəyik.

1. Ehtiyac olmadığı təqdirdə sosial media vasitələrindən istifadə etməyin

Bu yay ərzində hələ ki istirahətə çıxmamısınızsa, özünüzə edə biləcəyiniz ən böyük pislik boş vaxtlarınızı sosial şəbəkələrdə, xüsusilə də "Instagram" – da keçirmək ola bilər. Çünki necə olduğu bizə də maraqlıdır, amma "Instagram" hesabı olan hər kəs sanki istirahətdədir... İstisna olaraq tətilə gedə bilməyənlər də xüsusilə cümə axşamı günləri köhnə istirahət şəkillərini yenidən paylaşır və nəticədə istirahətə çıxa bilməyənlərin əhvalı korlanır...

2. Həftə sonlarını məhsuldar keçirməyə çalışın

Məzuniyyətə çıxa bilməsəniz də arzu etdiyiniz kimi keçirə biləcəyiniz iki gün sizin ixtiyarınızdadır. Bəlkə də həftə sonuna yaxın bir və ya iki gün işdən icazə alıb həftə sonu da daxil olmaqla qısa müddətə də olsa istirahət edə bilərsiniz. Əks təqdirdə yenə də ruhdan düşməyin və həftə sonu üçün yaşadığınız şəhərə yaxın ərazilərə səfər planı qurun. Bu iki günü ürəyinizcə dincəlmək və iş həftəsinə gümrah başlamaq üçün əsasən şəhərin səs-küyündən və stressindən uzaqlaşmağınız faydalı olacaqdır.

3. İş yerinizi əyləncəli bir məkana çevirin

Bilirik ki, bir çox iş yerlərində ciddi qaydalar tətbiq edilir. Lakin, yay aylarında bu qaydalarda bəzi güzəştlər edilə bilər. Belə ki, iş yoldaşlarınızla birlikdə özünüzə xüsusi asudə vaxt müəyyən edə, bu zaman dilimi də yaradıcı, intellektual və əyləncəli oyunlarla dəyərləndirə bilərsiniz.

4. Yay axşamlarının da dincəlmək üçün əla fürsət olduğunu unutmayın

Yay aylarında havanın gec qaralması, günlərin uzun olması hər birimizə iş gününü başa vurduqdan sonra da dincəlmək imkanı verir. Nəticədə işdən evə gəlib sosial şəbəkələrdə dostlarınızın istirahət şəkillərinə baxmaq əvəzinə işdən çıxdıqdan sonra iş yoldaşlarınız və ya dostlarınızla əyləncəli vaxt keçirə bilərsiniz. Hətta özünüz ilə tənha qalıb sakit bir məkanda yaxud dəniz sahilində dincələ bilərsiniz. Tək başına bir kafeyə gedib kitab oxumaq, kinoteatra gedib filmə baxmaq daha çox qış aylarına xas fəaliyyətlər hesab edilsə də, yay aylarında da sınaqdan keçirə bilərsiniz.

Hər kəsin istirahət məkanlarında olmasının ən yaxşı tərəfi isə şəhərlərdə insanların az olmasıdır...

5. Təxirə saldıqlarınızı edin

Təxirə saldığınız bəzi işləri yekunlaşdırmaq sizi motivasiya edə bilər. Məsələn, çoxdan izləmək istədiyiniz filmləri izləmək, oxumağı düşündüyünüz kitabları oxumaq, iş çıxışı və ya həftə sonu getməyi düşündüyünüz, ancaq müəyyən səbəblərdən daima təxirə saldığınız kurslara yazılmaq, açıq hava konsertlərinə getmək və s. fəaliyyətlərlə məşğul olmağı tövsiyə edirik.

Bütün bu məsləhətlərə əməl edərək siz də özünüzü ən az istirahət edən dostlarınız qədər gümrah və dincəlmiş hesab edəcəksiniz. ( Banco.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3537   Tarix: 09 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər. "Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiy

14 aprel
.

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA

Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir. Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlar

21 aprel
.

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilə

20 aprel
.

56 milyon insanın ölümünün dəhşətli sirri AÇILDI - Dondurulmuş soyqırım

Antarktidadan gələn buz nümunələrinin tədqiqi alimlərə avropalıların Amerikaya müstəmləkəçilik etməyə gəlməsi ilə bağlı dəhşətli həqiqəti üzə çıxarmağa imkan verib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, alimlərin aşkar etdiyi sübutlar 15-ci əsrdə müstəmləkəçiliyin başlanğıcının 56 milyon insanı

19 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

Məşhur psixoloji test: Ən böyük qorxunuzun nə olduğunu öyrənin

"Girməkdən qorxduğunuz hər mağarada axtardığınız bir şey var", - Cozef Kempbell deyib. Qorxularımız tez-tez irəliləməyimizə, özümüzü yetərli və xoşbəxt hiss etməyimizə mane olan maneələr yaradır. -ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçı və yazıçı Cozef Kempbell inanırdı ki, qorxularınız

21 aprel
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21 aprel
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14 aprel