Ərinin təhqirlərinə dözə bilməyən qadın bıçağa əl atdı -TƏFƏRRÜAT

Ərinin təhqirlərinə dözə bilməyən qadın bıçağa əl atdı -TƏFƏRRÜATNizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 45-də qanlı olay baş verib.

1987-cü il təvəllüdlü Abbasova Turanə Əlövsət qızı həyat yoldaşı, 1984-cü il təvəllüdlü Yalçın Vəliyevi bıçaqlayıb. Yaralı təcili olaraq 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Cərrahiyə əməliyyatı zamanı məlum olub ki, bıçaq zərbələri daxilə nüfuz edib. Reanimasiya şöbəsinə yerləşdirilən Y.Vəliyevin vəziyyəti orta-ağır olaraq qalır.

İnsidentin hansı səbəbdən baş verməsinə gəlincə, ər daim həyat yoldaşını ağır sözlərlə təhqir edib, bunlara dözməyən qadın isə sonda bıçağa əl atmağa məcbur olub.

Faktla bağlı 24-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb və qadın şübhəli şəxs qismində saxlanılıb. Baş vermiş hadisə ilə bağlı təyin olunan məhkəmə-tibbi ekspertizanın verəcəyi rəydən sonra fakta hüquqi qiymət veriləcək.

mənbə:olke.az

Kriminal   Baxılıb: 1988   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR