Rublun ucuzlaşması Rusiyada işləyən azərbaycanlıların kütləvi geri qayıtmasına səbəb olmayacaq

Rublun ucuzlaşması Rusiyada işləyən azərbaycanlıların kütləvi geri qayıtmasına səbəb olmayacaqTürkiyə və Rusiyada milli valyutaların kəskin ucuzlaşması hər iki ölkəyə iş dalınca gedən həmyerlilərimizin qazancını nisbətən azaldacaq.

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Bununla belə, millət vəkili hesab edir ki, qonşu ölkələrdə dolların bahalaşması oralarda işləyən azərbaycanlıların geriyə kütləvi axınına səbəb olmayacaq.

Lirə və rubla təsir edən amillər

Onun sözlərinə görə, milli valyutanın mütəmadi olaraq nisbətən devalvasiyası dövlət tərəfindən aparılırsa, ölkəyə xarici kapitalın gəlməsi asanlaşır, digər tərəfdən daxili istehsal artır: "Çünki həmin ölkələrdə istehsal olunan mallar nisbətən ucuz başa gəlir və onları xaricə satmaq daha gəlirlidir. Məsələn, Yaponiya və Çin kimi dövlətlər bu cür addım atırlar".

R. Quliyevin fikrincə, Rusiya və Türkiyədə milli valyutaların kəskin ucuzlaşmasına təsir edən əsas amil siyasidir: "Hər iki ölkə son vaxtlar suveren siyasət aparmaq istəyirlər. Rusiyanın siyasəti daha çox hərbi müqayisələrlə bağlıdır, Moskva regionda aparıcı qüvvə kimi qalmağa və inkişaf etməyə çalışır. Qərb dünyası bunu qəbul etmək istəmir. Siyasətlə iqtisadiyyat arasında zəncirvari əlaqə var.

Türkiyənin son vaxtlar regionda və dünyada nüfuzunun artması və müstəqil siyasət yürütməsi ilə əlaqədar ölkənin milli valyutası lirə dollara qarşı ucuzlaşır. Ankaranın Suriya siyasəti, eləcə də regionda və ondan kənarda milli maraqlarını qoruması da iqtisadi təzyiqlərə gətirib çıxarıb.

Anormal devalvasiyadır

Rusiya iqtisadiyyatı son 300-400 ildə eyni səviyyədə inkişaf edir. I Pyotrun dövründən bu günədək bu ölkədə iqtisadi artım və inkişaf eyni tempdə gedir. Türkiyədə isə vəziyyət başqadır. Ankara son 10-15 il ərzində dünyada nüfuzunu artıraraq möhkəm addımlar atıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın atdığı addımlar ölkənin iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə xidmət edir. Təbiidir ki, Qərb bunları qəbul etmir və müxtəlif oyunlar aparır".

Deputat diqqətə çatdırıb ki, Türkiyə və Rusiyada baş verən devalvasiyalar, yəni yerli valyutaları kəskin ucuzlaşması anormal devalvasiyadır: "Yəni hər iki ölkədə baş verən bu prosesləri iqtisadi cəhətdən izah etmək mümkün deyil. Milli valyutaların ucuzlaşması təbii ki, ölkə əhalisinin yaşayışına mənfi təsir göstərir. Bu təkcə həmin ölkələrdə yaşayan etnik azərbaycanlılara deyil, oralarda yaşayan bütün millətlərə aiddir. Rusiyada 100-dən çox xalq yaşayır.

Putin demişdi ki, azərbaycanlılar...

Təqribən 7-8 il bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin demişdi ki, Rusiyada yaşayan azərbaycanlılar ölkələrinə, ailələrinə, qohum-əqrəbalarına 2 milyard dollardan çox pul göndərirlər. Təbii ki, rublun ucuzlaşması fonunda orada yaşayan həmyerlilərimizin Azərbaycana göndərəcəkləri vəsait həmin səviyyədə olmayacaq. Çünki qazanclar aşağı düşüb. Bütün dünyada orta sinif parçalanmağa başlayıb. Az bir hissə dəhşətli formada varlanır, çox hissəsi isə müflisləşməyə doğru gedir. Bu, bütün dünyada baş verən prosesdir.

Rusiyada rublun kəksin ucuzlaşması həm də iqtisadi səbəblərlə də bağlıdır. Orada yaşayan azərbaycanlıların yaşayış səviyyəsi nisbətən aşağı düşəcək. Müvafiq olaraq onların Azərbaycandakı ailələrinə, qohum-əqrəbalarına göndərəcəyi vəsaitlərin həcmində nisbi azalma müşahidə olunacaq.

Azərbaycanlılar kütləvi şəkildə geriyə qayıda...

Son 4-5 ilə nəzər salsaq görərik ki, Rusiya iqtisadiyyatı defolta gedirdi. 1 dolların məzənnəsi hətta 80-85 rubladək qalxmışdı. Həmin vaxt çətin vəziyyət yaransa da Rusiyaya iş dalınca gedənlərin geriyə kütləvi axını baş vermədi. İnanmıram ki, rubl və lirənin kəskin ucuzlaşdığına görə oralarda işləyən azərbaycanlıların kütləvi formada geriyə axını başlasın. Bunu da proqnozlaşdıra bilmərəm. Hər iki ölkədə işsizliklə əlaqədar problemin yaranacağını və nəticə etibarı ilə həmyerlilərimizin Azərbaycana qayıdacağını düşünmürəm. Türkiyə və Rusiyada milli valyutaların ucuzlaşması o səviyyədə deyil ki, oralardan azərbaycanlılar panik şəklində geri qayıtsınlar".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2427   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - DEPUTAT

"Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir, gərginləşib. Təbii ki, buna əsaslı səbəblər var. İlk növbədə Fransa Ermənistanın müttəfiqidir və bu ölkədə böyük erməni icması yaşayır bu icmada dövlətin Azərbaycan- Ermənistan münasibətlərindəki mövqeyinə təsir edir". Bunu -a danışa

18 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar. xəbər verir ki, sənədi 206 nəfər imzalayıb. Məktubda deyilir:. "Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,. Biz - Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərini

18 aprel
.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel