"Son 25 ildə Xəzərdə qonşu olan ölkələr bəzən bir-birindən narazı düşüb"

"Son 25 ildə Xəzərdə qonşu olan ölkələr bəzən bir-birindən narazı düşüb"Avqustun 12-də Qazaxıstanın paytaxtı Aktau şəhərində Xəzəryanı dövlət başçılarının sammitinin keçirilməsi və Xəzərin hüququ statusunu müəyyən edəcək konvensiyanın imzalanması böyük hadisədir. Nəzərə almaq lazımdır ki, bu razılaşma 25 il ərzində aparılan danışıqların nəticəsində əldə olunub.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə bu həftənin bazar günü Aktauda imzalanacaq Xəzər konvensiyası haqqında danışarkən deyib.

Əlizadə bildirib ki, konvensiyanın imzalanmasına Xəzəryani dövlətlərin liderləri razılıq verirsə, bu o deməkdir ki, prezidentlərin bu istiqamətdə danışıqlar aparmaq üçün vəkil təyin etdiyi şəxslər razılığa gəlib:

"Əlbəttə, danışıqları aparan mütəxəssislər hər bir məsələni dövlət başçıları ilə razılaşdırırlar. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, belə məsələlər yalnız qarşılıqlı kompromislər nəticəsində öz həllini tapır. Əlbəttə, Xəzəryanı dövlətlərin hər biri çalışardı ki, konvensiya vasitəsilə özü üçün ideal şərait yaratsın. Amma həyatda ideal heç nə olmur. Hesab edirəm ki, bizim diplomat və mütəxəssislərimz bu danışıqlar zamanı böyük mərhələlərdən keçiblər. Düşünürəm ki, sonda tərəflər razılığa gəlib, hər bir dövlət öz kompromis yolunu keçib. Artıq sənədin imzalanması vaxtı gəlib çatıb. Hesab edirəm ki, bu konvensiya Xəzərdə qonşu olan bütün dövlətlərin maraqlarını ifadə edir. Bundan sonra Xəzərin idarə olunması, yeni konvensiya əsasında həyata keçiriləcək".

Deputat bildirib ki, son 25 ildə Xəzərdə qonşu olan ölkələr bəzən bir-birindən narazı düşüb, iddialarla çıxış edən tərəflər belə olub. Onun sözlərinə görə, Aktauda Xəzər konvensiyası imzalandıqdan sonra belə anlaşılmazlıqlar birdəfəlik gündəmdən çıxacaq:

"Bu sənədin imzalanması ilə Xəzərdə təsərrüfat işləri, balıqçılıq, yükdaşımanın tənzimlənməsi, donanmaların fəaliyyəti qanunla tənzimlənəcək. Yəni tərəflər arasında anlaşılmazlıqlara, əsassız iddialara, qarşıdurmalara yer qalmayacaq. Hesab edirəm ki, bu çox vacib sənəddir. Azərbaycan son illər bu sənədin imzalanması üçün əlindən gələni edib. Azərbaycan Xəzərdə sülhün və sabitliyin olmasında, mehriban qonşuluq münasibətlərinin yaranmasında maraqlı dövlətdir".

Xatırladaq ki, bu həftənin bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin sammiti keçiriləcək. Sammitdə 25 illik danışıqların nəticəsi olaraq Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan prezidentləri Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalayacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1885   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel