"Ölkəmizə gələn turistlər Azərbaycandakı sabitliyin resepti ilə maraqlanırlar" — Deputat

"Ölkəmizə gələn turistlər Azərbaycandakı sabitliyin resepti ilə maraqlanırlar" — Deputat"Azərbaycana gələn turistlərlə tez-tez söhbətlərim olur. Onlar heyranlıqla mənə sual verirlər ki, siz Azərbaycanda bu cür güclü sabitliyi necə qazanmısınız? Həmin turistlər Azərbaycandakı sabitliyin necə əldə edilməsinin resepti ilə maraqlanırlar".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib.

Ərəb turistlərə qarşı gözdənsalma kampaniyasının aparılması ilə razılaşmadığını söyləyən İlham Məmmədov deyib ki, ərəb turistlərin içərisində kifayət qədər yüksək mədəniyyətə və dünya görüşünə sahib insanlar da var:

"O gün AZAL-ın bir məlumatına rast gəldim. Həmin məlumatda deyilir ki, 6 ay ərzində Azərbaycana 2 milyondan çox sərnişin daxil olub. Həmin 2 milyon insanın hər biri ən azı 500 manat pul xərcləsə görün nə qədər vəsait edər. Azərbaycanda fəaliyyət göstərən otellərin gəlirləri ildən-ilə daha da artır. Bu gün otellərdən 167 milyon vəsait əldə edilib. Bu vəsaitlər ölkəmizə qalır, yeni iş yerləri açılır. Ərəb turistlərin hesabına nə qədər insanımız işləyir, evinə pul aparır. Ərəblər bura ailə üzvləri ilə səfər edirlər. Mən hava limanında da şahid olmuşam ki, neçə-neçə ərəb qadınları Azərbaycana gəlirlər. Onlar gəlib ölkəmizi tanıyırlar, tanıdırlar. Bunun özü də bir xidmət sektorunun inkişaf etdirilməsidir. Ərəblər bura gəlirsə, deməli ölkəmizdə sabitlik, əmin-amanlıq var. Yoxsa ki, ərəbin istədiyi ölkəyə getməyə puılu var. Azərbaycan yaxşı olmasa, ərəbin burada nə işi var? Ərəblər Avropa ölkələrinə də gedir. Ölkəmiz sabitdir ki, bura gəlirlər də. Azərbaycana təkcə ərəblər deyil, xeyli sayda rus və digər ölkələrdən də turistlər gəlir. Mənim rus turistlərlə də ünsiyyətim olur, onlar da Azərbaycana heyranlıqla baxırlar. Bu yaxınlarda Bakıda "Jara" festivalı keçirildi, həmin tədbirə Rusiya prezidentinin və xarici işlər nazirinin köməkçiləri də gəlmişdilər. Onlar Bakıda gəlib dincəlirdilər. Biz həmin tədbirdə insanların musiqi ətrafında həmrəyliyinə şahid olduq".
Deputat qeyd edib ki, Azərbaycanda dövlət tərəfindən turizmin inkişafı üçün ciddi işlər həyata keçirilir:

"Azərbaycanın bütün bölgələrində yollar çəkilir, infrastruktur yaradılır, şəhərlər gözəlləşdirilir. Ona görə də turistlərin Azərbaycana marağı böyükdür. Azərbaycana nə qədər çox turist gəlsə, bu, insanlarımızın rifahı üçün yaxşıdır. Qonşu ölkələr olan Ermənistan və Gürcüstana da baxaq, qalıblar ortada, bilmirlər ki, hansı tərəfə getsinlər. Azərbaycanın isə öz inkişaf yolu mövcuddur. Səmimi deyirəm ki, turistlərlə söhbətim zamanı onlar heyranlıqla mənə sual verirlər ki, axı Azərbaycandakı bu inkişafa necə nail olmusunuz, bu nə quruluşudur, bu inkişafa nail olunmağın resepti nədir? Təbii ki, mən də onlara deyirəm ki, bu inkişafın əldə olunmasının əsas səbəbi Azərbaycanda xalqın və prezidentin birliyidir. Misal üçün, bu yaxınlarda Rusiyadan olan turistlər bizə açıq şəkildə dedilər ki, Azərbaycanda gecə saat 3-də, 4-də rahat gəzə bilirsən. Onlar bildirdilər ki, biz buna heyran qalırıq. Turistlər mənə deyir ki, biz Azərbaycanda hamının prezidentin yanında olduğunu görürük. Doğrudan da bununla fəxr etmək lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 965   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel