Faiq Ağayev: "Sosial şəbəkədə yazdığım status təhrif olunub" - AÇIQLAMA

Faiq Ağayev: "Sosial şəbəkədə yazdığım status təhrif olunub" - AÇIQLAMAXalq artisti Faiq Ağayevin sosial şəbəkədə yazdığı status birmənalı qarşılanmayıb.

İfaçı Hiroşima və Naqasaki faciələrinin ildönümü münasibətilə geniş status yazıb.

Statusdan sitat: "Bu gün bəşəriyyətin ən miqyaslı, ən ağır, ən dəhşətli hərbi cinayətinin 73 ili tamam olur. 1945 ildə ABŞ-ın hərbi qüvvələri Yaponiyaynın Hiroşima və Naqasaki şəhərlərini amansızcasına yerlə yeksan etdi. Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsidir. Nəticədə, "Bala" və "Gonbul" adlı nüvə bombaları bir anın içində yüz minlərcə (!!!) adamın həyatına müdhiş, faciəvi son qoydu".

Xalq artisti daha sonra faciənin nəticələri haqda fikir bildirib. O bildirib ki, dünyada heç bir müharibə və savaş əbədi deyil:

"Zaman keçdi. İndi amerikalılarla yaponlar əməkdaşlıq, müttəfiqlik və hətta dostluq münasibətlərindədir. Eyni hal II Dünya müharibəsində milyonlarla insan itkisi vermiş SSRİ və Almaniya xalqları arasında da baş verdi. Yəni heç kim, heç bir millət, ya dövlət rəqibi ilə əbədi düşmənçilik içində yaşamır.

İfaçı daha sonra deyib ki, Azərbaycanın da torpaqları işğaldan azad ediləndən sonra qonşu dövlətlə münasibətləri bərpa etmək mümkündür:

"Əslində, söhbəti özümüzə şamil etmək fikrindəyəm. Gün gələcək və nə vaxtsa (əlbət ki, dərhal yox) biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi - Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq. Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox. Bu yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağı düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər"

Xalq artistinin bu fikirləri bəzi saytlar və səhifələr tərəfindən təhrif edilmiş formada yayımlanıb. Belə ki, onun sözləri konteksdən çıxarılaraq paylaşılıb.

Bu haqda azxebere açıqlama verən Faiq Ağayev deyib ki, bəzi şəxslər onun fikrini təhrif edib və bu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: "Mən çox təəsüf edirəm ki, bəzi saytlar ucuz şou ardınca qaçır, bəzi şəxslər də təəsüf ki, başlığı oxuyub, fikir bildirirlər. Çox az adam xəbərin içi ilə tanış olur, bu düzgün hal deyil. Mən sizin vasitənizlə bir daha qeyd edirəm ki, statusda bildirdiyim fikir bundan ibarətdir ki, ərazi bütövlüyümüz, əsirlərimizin azadlığa buraxılması, azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdıb, təhlükəsiz yaşamı təmin olunmayınca, heç bir münasibət bərpasından söhbət gedə bilməz. Biz sadəcə olaraq öz haqqımızı dünyadan tələb edirik, heç kimin torpağında da gözümüz yoxdur. İşğalçı ölkə öz niyyətindən əl çəksə, Azərbaycana qarşı işğal siyasətini durdursa və səhvini anlasa, hər hansısa barışıqdan söz gedə bilər".

Xalqa artisti bir daha qeyd edib ki, o yalnız Azərbaycan haqları tanınandan sonra münasibət qurulmasının tərəfdarıdır: "Gəncənin giriş qapıları Gürcüstandadır, hərbi trofey kimi. Bəyəm Gürcüstanla dostluq etmirik? Bunlar tarixi faktdır. Biz humanist və sülhsevər xalqıq. Sadəcə dediyim odur ki, biz yalnız öz haqqımızı müdafiə etməliyik, bir daha qeyd edirəm ki, bizim heç kimin torpağında gözümüz yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1999   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021