DTX-dan əməliyyat: Zabitlərimizi şantaj edən şəxslər həbs olunub - VİDEO

DTX-dan əməliyyat: Zabitlərimizi şantaj edən şəxslər həbs olunub - VİDEO"El həkimi" qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən "reket nəşr"in təsisçisi və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeçiliyində olan Cümşüdova Günel Cəlil qızı və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilib, Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanıb.

Bu barədə Sonxeber.az-a Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi "90-PF-742" dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılıb, əvvəlcədən üzəri xüsusi qaydada işarələnən pullar, əllərində isə həmin pulların üzərinə çəkilən xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.

Faktla bağlı başlanılan cinayət işi üzrə davam edən araşdırmalarla həmin şəxslər məsuliyyətə cəlb olunubar. Onlar tərəfindən gizli qaydada informasiya alınması üçün texniki vasitələrdən istifadə etməklə insanların güdülməsi, gizli videoçəkilişlərin aparılması, qanunla əməliyyat tədbiri hesab edilən sair əməllərin qanunsuz həyata keçirilməsi, insanların intim münasibətə cəlb edilməsi və sair yollarla toplanmış materiallar əsasında ayrı-ayrı şəxslərin şantaj edilməsi, müxtəlif məbləğlərdə pul tələb edilib alınması, bu üsulla müxtəlif təşkilatlardan dövri haqq toplanılması, hərbi qulluqçuların hər birindən əlavə digər hərbçilərin təsir altına salınmasına şərait yaratmalarının tələb edilməsinə dair çoxsaylı sübutlar, saxta media vəsiqələri və sair dəlillər aşkar edilərək götürülüb.

Cinayət məsuliyyətinə cəlb edilən şəxslər cinayət əməlləri barədə ətraflı ifadələr veriblər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilməklə Zöhrab Ağayev, Günel Cümşüdova və digərlərinin oxşar qanunsuz əməllərindən zərər çəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7345   Tarix: 13 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda qaya uçqunu baş verib

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsind

11 aprel
.

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən ikinci şəxs də həbs edilib

Məhkəmənin qərarı ilə "Roşka" ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib. "Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. *. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edə

11 aprel
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığ

7 aprel
.

Türkiyədə naməlum silahlıların hücumu zamanı 1 nəfər ölüb, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 3 naməlum silahlıların atəş açması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Qeyd edilir ki, hücum zamanı 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Əraziyə polis əməkdaşlar

13 aprel
.

Oğuzda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a məlumat verilib. Bildirilib ki, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıblar. Onlardan narkoti

14 aprel
.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan  -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl

11 aprel
.

Xankəndidə avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 1

11 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Bakıda mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm

14 aprel