Son kadrlar: az sonra həlak olacaq uşaqlar hələ deyir, gülürlər - VİDEO

Son kadrlar: az sonra həlak olacaq uşaqlar hələ deyir, gülürlər - VİDEOYəməndə bombalanmış avtobusda olan uşaqların faciəli şəkildə həlak olmalarından cəmi bir neçə saniyə əvvəl çəkilmiş görüntüləri yayılıb.

Səudiyyə Ərəbistanını başçılıq etdiyi koalisiyanın hərbi-hava qüvvələrinin raket zərbələri nəticəsində 42 nəfər həlak olub, 77 nəfər yaralanıb.

Səudiyyə Ərəbistanının təyyarələri Yəmənin şimal-qərbindəki Səada vilayətində yerləşən Dəhyan şəhərini vurublar.

Həlak olanların əksəriyyəti uşaqlardır.

Həmin avtobusdakı uşaqların raket-bomba zərbəsindən cəmi bir neçə saniyə əvvəl çəkilmiş görüntülərində şagirdlər deyib-gülür, sevinirlər.

Dərs ilinin başa çatması münasibətilə gəzintiyə aparılan məktəblilər şadlanırlar.

Videonu da avtobusdakı uşaqlardan biri - Usaiə Heyd əl Hümran çəkib.

Bir neçə saniyədən sonra isə avtobusdakı uşaqlar, o cümlədən videonu çəkən Əl Hümran həlak olublar.

Onların ən kiçiyi 6, ən böyüyü 11 yaşda idilər.

Bombardmanda 40 uşaq həlak olub, 56 uşaq yaralanıb.

Houthi TV-nin verdiyi məlumata görə, yaralı uşaqların aparıldıqları hzospitalın cərrahı Hüseyn Tayibin oğlu da avtobusda həlak olan məktəblilər arasındadır.

"Hospitala çoxlu uşaq cəsədi, yaralı uşaqlar gətirildilər. Yaralılara dərhal yardım etməyə başladıq. Bir müddət sonra cəsədlərə baxanda oğlum Əhmədi tanıdıb. Bağrıma basdım onu, ağladım..." - Hüseyn Tayib söyləyib.

Avtobusda həlak olmuş 7 yaşlı Məhəmməd Əbdel İlanın atası Əbdel İla Məhəmməd dəfn mərasimində deyib: "Mohamməd məktəbdən gəzintiyə aparılacağı üçün çox həyacanlı, çox sevincli idi. Həmin gün səhər 6-da oyanmışdı. Ağ köynək geyindi, anası onu yola saldı. Nə biləydik ki, oğlumuzu son dəfə görürük. İndi balamın tikələrini basdırıram".

Səudiyyə Ərəbistanı uşaqları hədəfə aldığını danır. Koalisiyanın mətbuat katibi Turki əl Maliki deyib: "Biz uşaqları hədəfə almamışdıq. Hədəflərimiz arasında mülki şəxslər olmur. Biz ərazimizə raketlər buraxılan obyekti vurmuşuq".

BMT-nin baş katibi Antoniu Qutyerriş uşaqlarla dolu avtobusun bombalanmasını qətiyyətlə pisləyərək olayın operativ və müstəqil araşdırılmasına çağırıb.

milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2386   Tarix: 14 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Arvadını döyüb öldürən qazaxıstanlı nazirin telefonu araşdırılacaq: Şifrəsi əldə edilib - FOTO

Qazaxıstanda vətəndaş nikahında olduğu Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən keçmiş nazir Kuandıq Bişimbayevin məhkəmə prosesi davam edir. Keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmədə araşdırılması üçün telefonunun şifrəsini məhkəməyə verməyə razılaşıb. Bu barədə keçirilə

22 aprel
.

Qazaxıstanda daşqınlar səbəbindən 8,8 mindən çox insan təxliyə məntəqələrində qalıb

Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,8 mindən çox insan təxliyə məntəqələrində qalıb. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip bildirib. "Ümumilikdə, təxliyə məntəqələrindən 22 734 nəfər evlərinə qayıdıb. 8 809 nəfə

21 aprel
.

Luqansk vilayətində ağır yol qəzasında 6 nəfər ölüb

Ukraynanın Luqansk vilayətinin işğal olunmuş hissəsindəki P-343 Luqansk-Lisiçansk yolunda yol-nəqliyyat hadisəsində altı nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə qondarma Luqansk Xalq Respublikasının prokurorluğu məlumat yayıb. "20 aprel 2024-cü il tarixində, saat 16:40 radələrind

21 aprel
.

Azyaşlı qız böyüklərə "dərs keçdi" - VİDEO

Azyaşlı qızın küçədə oturan yaşlı kişiyə kömək etməsi gündəm olub. -a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Parkinson xəstəsi olan yaşlı kişinin su içə bilmədiyini görən qızcığaz ona köməklik edib. Həmin görüntüləri təqdim edirik:

22 aprel
.

Cənubi Koreya və Ukrayna 2,1 milyard dollarlıq kreditlər üzrə çərçivə sazişi imzalayıb

Koreya Respublikası və Ukraynanın maliyyə nazirləri Çxve San Mok və Sergey Marçenko Vaşinqtonda Kiyevə 2,1 milyard dollarlıq güzəştli uzunmüddətli kreditlərin verilməsi ilə bağlı çərçivə sazişi imzalayıblar. "Report"un məlumatına görə, bu barədə Cənubi Koreyanın Planlaşdırma və Maliyyə Nazirliy

21 aprel
.

Almaniyada avtobus qəzasında azı 27 yeniyetmə xəsarət alıb

Almaniyada avtobusun qəzaya uğraması nəticəsində 14-15 yaşlı azı 27 məktəbli xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb. "Report" xəbər verir ki, bu barədə polisin məlumatında deyilir. Hadisə Almaniyanın qərbindəki Zauerland bölgəsində A45 avtomobil yolunda baş verib. Naməlum səbəbdən ikimərtəbəl

21 aprel
.

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb, ölənlər var

Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb. Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilə

21 aprel
.

İsrail "HƏMAS"a qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir

İsrail yaxın günlərdə Fələstinin radikal "HƏMAS" hərəkatına qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Yaxın günlərdə biz HƏMAS-a hərbi və siyasi təzyiqləri artıracağıq, çünki bu, girovlarımız

21 aprel
.

238 rəsmi seçkidə məğlub olub: Ona "Seçki kralı" deyirlər -VİDEO

Hindistanlı K.Padmarajan 238 seçkiyə qatıldığı və hər dəfə məğlub olduğu üçün "Seçkilər kralı" və "Dünyanın ən bədbəxt namizədi" adlandırılıb. -ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, son 30 ildə Hindistanın Tamilnad ştatından olan 65 yaşlı təmirçi K.Padmarajan yüzlərlə seçkid

22 aprel