Zəvvarlar Ümrə ziyarətini yerinə yetirdi

Zəvvarlar Ümrə ziyarətini yerinə yetirdi"Hazırda Səudiyyə Ərəbistanında olan azərbaycanlı zəvvarlar Həccdən əvvəl Ümrə ziyarətinin 5 əməlini yerinə yetiriblər".

Sonxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda Həcc ziyarəti üçün sənəd verən 1440 nəfərdən 1260-sı artıq yola düşüb: "Sabah sonuncu reyslə də qalan 180 nəfər Səudiyyə Ərəbistanına uçacaq".

H.Babayev bildirib ki, Ümrə ziyarətini yerinə yetirmiş azərbaycanlı zəvvarlar hazırda hotellərdə istirahət edirlər: "Avqustun 19-da azərbaycanlı hacı namizədləri qaldıqları hotellərdən Ərafata daşınacaq və onlar dualar edərək ehrama daxil olacaqlar. Zəvvarlar zöhr azanından şam namazına kimi Ərəfat çölündə vüqüf edəcək (dayanmaq), namaz qılacaq, dualar edəcəklər. Onlar şam azanından sonra Ərəfatdan çıxıb Müzdəlifəyə gedəcəklər. Hacı namizədləri Müzdəlifədə gün çıxanadək vüquf edəcək, ibadətlə məşğul olacaqlar. Avqustun 21-də isə zəvvarlar Minaya yollanacaq, əşyalarını qoyub, böyük şeytana daş atmağa gedəcəklər. Şeytan daşlandıqdan sonra geri qayıdıb, qurbangahda qurban kəsəcəklər".

QMİ rəsmisi qeyd edib ki, azərbaycanlı zəvvarlar avqustun 23-də Məkkəyə qayıdıb Həccin sonuncu əməllərini yerinə yetirəcəklər: "Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitmiş hesab olunacaq. Həcc əməlləri bitdikdən sonra Məkkədə üç gün qalan hacılar Mədinə şəhərinə gedəcəklər. Orada da üç gün qaldıqdan sonra sentyabrın 1-dən geri qayıdacaqlar. Azərbaycana geri dönüş sentyabrın 1-dən günün ikinci yarısından sonra gündə iki reys olmaqla sentyabrın 5-nə qədər baş tutacaq".

H.Babayev vurğulayıb ki, hazırda azərbaycanlı zəvvarların səhhətləri normaldır, xəstələnmə halları qeydə alınmayıb: "Zəvvarlarla birlikdə 8 nəfərlik həkim briqadası yola düşüb".

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 684   Tarix: 14 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri Ermənistan hökumətinin tərkibində 5-ci kolonun formalaşmasından xəbər verir" - DEPUTAT

"Bu gün Ermənistanın parlamentdə deputat olan Xocalı qatili Seyran Ohanyan fraksiyasının digər deputatları ilə birgə Qazağın işğal altında qalan kəndlərində olub". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, hər birimizə məlumdur ki, Ohanyan daha əvvəl bu kəndlərd

29 mart
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

29 mart
.

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı. Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünk

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)

Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb. Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib. Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir. Son günlər, konkret 20 gün ərzind

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

Küp evlər sosial medianı çalxaladı – Bu haradır?

Sosial mediada küp formasında evlərdən ibarət kiçik bir kənd insanlarda böyük maraq oyandırıb. -ın xəbərinə görə, öncə bu evlərin Türkiyənin Yozqat vilayətində olduğu deyilsə də, əslində küp evlər Gürcüstanda yerləşir. Görüntülər Gürcüstanın Telavi şəhərində yerləşən Qveyrebi otelinə aididir. Oteli

29 mart
.

"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO

Paytaxt Bakının mərkəzində qəribə görüntü insanların marağına səbəb olub. xəbər verir ki, gənc qız çiy ətdən libas geyinərək pozlar verib. Kənar özünü qeydə aldıran səbəbkar, şəhər sakinlərinin təəccübünə səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:

29 mart
.

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

Sumqayıtda zavodda ölüm hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma Zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin iş zamanı başına boru düşüb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

29 mart