"İşıq pulu ilə bağlı şübhələr kütləvidir, Ombudsman ciddi araşdırmaya başlamalıdır"

"İşıq pulu ilə bağlı şübhələr kütləvidir, Ombudsman ciddi araşdırmaya başlamalıdır"Belə görünür ki, "Azərişıq" ASC elektrik şəbəkəsinin və buradakı informasiya sistemlərinin auditini aparmaqda maraqlı deyil. Əgər istəmirsə, onda, düşünürəm ki, aidiyyəti dövlət qurumları buna münasibət bildirməlidirlər. Çünki "Azərişıq" təbii inhisar subyektidir".

Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün "Facebook" səhifəsində yazıb.

"İnsanların enerjini digər yerdən almaq imkanları yoxdur. Enerji satışı ilə bağlı bütün proseduralar, sərfiyyatı ölçən avadanlıq və onun ölçülməsi, məlumatların ötürülməsi, hesablamalar, bütün satış mərhələləri də yalnız bu qurumun nəzarətindədir. Dövlət nəzarəti yetərli deyil və ictimai nəzarət imkanları məhduddur.

Bu qeyd olunanları və elektrik enerjisindən istifadə ilə bağlı son ayda daxil olan bildirişlərdəki məbləğlə real sərifyyat arasında kəskin uyğunsuzluğun olması ilə bağlı çoxsaylı şikayətləri nəzərə alaraq fikrimcə, aşağıdakıların reallaşdırılması faydalı olardı:

1. Dövlət qurumlarının informasiya sistemlərinin auditinə cavabdeh qurum olan XDMX, həmçinin "eGov" üzrə səlahiyyətli qurum Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi, Energetika Nazirliyi "Azərişıq"ın bütöv şəbəkəsini və "billinq" sistemini audit etməlidir.

Müstəqil ekspertlər və beynəlxalq qurumların da bu prosesə cəlb edilməsi daha doğru yanaşma olardı. Əgər qanunvericilik məcburi auditə imkan vermisə, onda düşünürəm ki, ləngimədən qanunverici baza yenilənməlidir.

2. "Azərişıq"ın mərkəzi serveri və sayğacalar arasında mövcud informasiya şəbəkəsinin iş prinsipi audit olunmalıdır.

3. Şikayətlərin kütləvi olmasını nəzərə alaraq Ombudsman ciddi araşdırma aparmalı və istifadəçilərn hüquqlarını qorumaq üçün tədbirlər görməlidir.

4. "Azərişıq" hər bir istifadəçinin internet üzərindən öz sayğacının məlumatlarına daxil olması və uzaqdan idarəetməsi üçün imkanlar yaratmalıdır.

5. "Azərişıq"da ictimai nəzarət imkanlarını daha yaxşı reallaşdırmaq üçün İctimai Şuranın formalaşdırılması faydalı olardı.

6. "Azərişıq", Açıq Hökumət Platforması və digər aidiyyəti qurumlar, enerji sektorunda uzun illər çalışmış mütəxəssislər elektrik enerjisi istifadəçilərinin ictimai qurumunun formalaşdırılmasına səy göstərməlidirlər.

7. "Azərişıq" öz internet resursunu yenidən qurmalı, mobil texnologiyalardan isifadə etməklə daha əlçatan etməldir və ictimai əhəmiyyət kəsb edən bütün informasiyaları açıqlamalıdr. Şəffaflıq təmin olunmalıdır",-deyə o vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7517   Tarix: 15 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Report-a isinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. E.Bağıro

18 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel
.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onu

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel