Ermənilərin Türkiyəni içəridən işğal etmə PLANI – MÜSAHİBƏ

Ermənilərin Türkiyəni içəridən işğal etmə PLANI – MÜSAHİBƏErmənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra Azərbaycan torpaqlarının işğalına son qoymadan Türkiyə ilə diplomatik əlaqələr qurmağa çalışır. Türkiyədə də Azərbaycan amilini kənara qoyaraq, Ermənistanla münasibətlərin qurulmasını istəyən qüvvələr aktivləşib. Hərçənd, Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddialarının olduğu və 1915-ci il hadisələrini qondarma erməni soyqırımı adı altında təqdim edərək, Ankaradan təzminat almaq istədikləri məlumdur.

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey Publika.az-a müsahibəsində ermənilərin Türkiyə üzərində qurduqları xain planları açıqlayıb.

- Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları bu gün də davam edir. Siz zaman-zaman Türkiyə daxilində erməni diasporunun qurduqları oyunlar haqqında məlumatlar yayırsınız.

- Ermənilər tarix boyu türklərə qarşı xain hücumlar ediblər. Azərbaycan torpaqlarını işğal edən Ermənistan Türkiyəyə qarşı da ərazi iddialarını gizlətmir. Bu gün Türkiyədə 37,055 erməni ailəsi kürd, ələvi və türk adı altında gizlənir. 1915-ci ildə Osmanlıya qarşı separatçı addımlar atan daşnak və hınçak qruplaşmaları köçürüldü. Həmin vaxt getmək istəməyənlər türk adı altında gizləndilər. Türkiyə erməni camaatının vəkili Aram Ateşyan bir verilişdə Tunceli əhalisinin 90 faizinin erməni olduğunu etiraf edib. Türkiyənin müxtəlif bölgələrində 37,055 erməni ailəsi türk, kürd və ələvi adı altında gizlənərək yaşayırlar. Bunların siyahısı da var: Diyarbəkirdə 1000 ailə kürd, süryani və ələvi, Malatyada 3,655 ailə kürd, ələvi, Kayseridə 5000 ailə türk, Elazığda 1000 ailə kürd, ələvi, Vanda 4000 ailə kürd, Tuncelidə 2000 ailə kürd, ələvi, Şanlıurfada 3500 ailə kürd, ərəb, Siirtdə 1200 ailə kürd, ələvi, türk, Erzincanda 1300 ailə kürd, ələvi, Sivasda 2000 ailə kürd, ələvi, Mardində 1500 ailə ərəb, Kahramanmaraşda 3000 ailə kürd, ələvi, Adıyamanda 1600 ailə kürd, Adana 2000 ailə kürd, ərəb və ələvi adı altında gizlənən kripto ermənilərdir.

Türk Tarix Qurumunun keçmiş rəhbəri, MHP-nin Kayseri millət vəkili Yusuf Halaçoğlu yüzə yaxın erməni əsilli HDP və PKK üzvlərinin adlarını rəsmi sənədlərlə açıqlamışdı. Biz də illərdir gizlənən ermənilərin bölgələrimizdə gizli planlar qurduqlarını və erməni lobbisinə xidmət etdiyini dilə gətiririk. Dövlət tərəfindən bu erməni ailələrinin nəzarətdə saxlanılması vacibdir. Çünki İspaniyada və Şimali İraqda mərkəzi hökumətləri saymayaraq, müstəqillik referendumu keçirtdikləri kimi, gələcəkdə bu gizli ermənilər də PKK və digər terror təşkilatlarının dəstəyi ilə Şərqi Anadolu və cənub-şərqi bölgələrdə belə bir şeyə cəhd edə bilərlər. Onların "Qərbi Ermənistan" iddiaları da bunu deməyə əsas verir.

- Ermənilər Türkiyədə yaşayan həmşinlərin olduğunu iddia edirlər. Bu gün Həmşin bölgəsində hansı planlar qurulur?

- Erməni lobbisinin Həmşin bölgəsində (Rize və Artvin) apardığı gizli fəaliyyətin hədəfi Türkiyənin Qara dəniz bölgəsinin Ermənistana verilməsidir. Bu məqsədlə ermənilər Qara dəniz bölgəsində gizli plan qururlar. Erməni lobbisi Türkiyədə 200 min olan həmşinlilərin erməni olduğunu iddia edir. Erməni lobbisinin dəstəklədiyi bəzi yazarlar, dərnəklər və araşdırmaçılar Həmşin xalqına erməni olduqlarını deyərək, onları aldadır. Məqsəd Qərbi Anadoluda ərazi iddiası olan ermənilərin Qara dəniz bölgəsində də torpaq tələb etməsinə şərait yaratmaqdır. Bu işdə erməni lobbisinə HDP və DBP üzvləri, həmçinin, onların bələdiyyə sədrləri dəstək verir. Onlar gizli planla Qərbi Ermənistan xəyallarını həyata keçirmək niyyətindədirlər. Buna görə də Qara dənizin Həmşin bölgəsində (Rize, Artvin) yaşayan həmşinliləri uydurma tarix və coğrafi yaxınlıq məsələsini irəli sürərək aldadır, onların erməni olduğunu sübut etmək üçün gizli şəkildə fəaliyyət göstərirlər.

Bu plan Ermənistanda rəsmi dairələr və bölgədəki bəzi şəxslər tərəfindən birgə həyata keçirilir. Beynəlxalq fondların dəstəklədiyi müəyyən təşkilatlar həm Ermənistanda, həm də Türkiyədə simpoziumlar, konfranslar keçirirlər. Məqsəd "həmşinlilər ermənidir" rəyini formalaşdırmaq və ərazi iddialarının ilkin bazasını qurmaqdır.

- Ermənistan Türkiyəyə qarşı terror hücumları həyata keçirən PKK-ya da dəstək verir.

- Doğrudur, bu haqda kifayət qədər məlumat var. Misal üçün, PKK terror təşkilatının Ermənistanda iki dərnəyi və satın aldığı 2 mərtəbəli qərargahı var. PKK-ya aid mülklər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yanında yerləşir. Hətta binalar arası məsafənin 5-6 metr olduğu deyilir. Bu evlərdə ağır yaralanan terrorçular müalicə olunur, yüngül yaralananlar isə Şimali İraqda Bərzani rejiminin xəstəxanalarında müalicə olunurlar. Ermənistanla PKK arasında gizli anlaşma var. Bu anlaşmaya görə, Ermənistan PKK-ya hər ay müəyyən sayda viza verir. Terrorçular ayrılan viza sayına görə pasportlarını Ermənistanın Parisdəki səfirliyinə göndərirlər və oradan istədikləri ölkəyə gedirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə ən fəal yer Ermənistanın Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi xidmətlər də buradan təmin edilir. PKK liderlərindən Murat Karayılanın istifadə etdiyi telefon Ermənistan Xarici İşlər Nazirliyinin balansına aiddir.

Bundan başqa, Ermənistan PKK-ya hər cür yardım göstərir. Terrorçular həm İrəvan yaxınlığındakı düşərgələrdə, həm də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təlim keçirlər. Qarabağdakı təlimləri I Qarabağ müharibəsinin döyüşçüləri həyata keçirir. Bu terrorçular həm Azərbaycana qarşı döyüşdə istifadə olunur, həm də Türkiyəyə hücuma keçirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2381   Tarix: 15 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə REAKSİYA

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, AB

18 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel